Previous Next
Bağla

Vətəndaşların saatlarla növbə gözləməsinə Mərkəzi Poçtdan münasibət

12-11-2018 17:30
Vətəndaşların saatlarla növbə gözləməsinə Mərkəzi Poçtdan münasibət

Bir neçə gün öncə Yeniavaz.com saytında "Mərkəzi Poçtda nə baş verir: insanları niyə bu qədər gözlədirlər?" sərlövhəli məqalə yayımlanmışdı. Yazıda 1 saylı poçt filialının "Şəbəkə" xidmət mərkəzində müəyyən günlərdə vətəndaşların saatlarla növbə gözlədikləri vurğulanırdı.

Xeberler.az  bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1 saylı poçt filialının "Şəbəkə" xidmət mərkəzi yazıda səsləndirilən məqamlara münasibət bildirib. Mərkəzdən göndərilən cavabda bildirilir: "Sizin "Mərkəzi Poçtda nə baş verir: insanları niyə bu qədər gözlədirlər?" başlıqlı məqalənizdə 1 saylı "Şəbəkə" xidmət mərkəzi ilə bağlı qeyd olunanlara aydınlıq gətirilməsi barədə "Azərpoçt" MMC-yə ünvanladığınız 22.10.2018-ci il tarixli müraciətiniz tərəfimizdən araşdırılmışdır. Bildiririk ki, Sizin növbə bildirişinizdə sıra nömrəsinin P-800 qeyd edilməsi əməliyyat günü ərzində 50-ci müştəri olduğunuzu göstərir. Belə ki, bağlama sahəsinin sıra nömrəsi 750-dən başlayır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, "Şəbəkə" xidmət mərkəzlərində növbə sıxlığının yaranmasına az-az hallarda təsadüf olunur".

1 saylı poçt filialının "Şəbəkə" xidmət mərkəzi daha sonra bildirir ki, müştəri məmnunluğunun tam şəkildə təmin olunması məqsədi ilə bu kimi halların tamamilə aradan qaldırılması istiqamətində tərəfimizdən işlər aparılır: "Məlumat üçün bildirək ki, "Şəbəkə" xidmət mərkəzlərində xidmətlərin göstərilmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədi ilə mütəmadi olaraq monitorinqlər keçirilir. Monitorinqlərin nəticələri təhlil olunaraq lazımi işlərin görülməsi iş planına daxil edilir və icrası növbəlilik prinsipləri əsasında təmin olunur. Eyni zamanda bildiririk ki, "Şəbəkə" xidmət mərkəzlərində bir sıra xidmətlərlə yanaşı, bank-maliyyə xidmətləri də göstərilir. Müştəri məmnunluğunun tam şəkildə təmin olunması məqsədi ilə bu kimi halların tamamilə aradan qaldırılması istiqamətində tərəfimizdən işlər aparılır".

Mərkəz buradakı ayaqyolundan vətəndaşların istifadəsinə icazə verilməməsi məsələsinə də münasibət bildirib: "Maliyyə təhlükəsizliyi nəzərə alınaraq, xidmət mərkəzlərinin sanitar qovşaqları müştərilərin istifadəsi üçün nəzərdə tutulmur. Qeyd edək ki, digər ölkələrin də bank sistemində bu qayda tətbiq olunur. Təkliflərinizə görə Sizə təşəkkür edirik. Xahiş edirik nəzərə alasınız".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Şəbəkə” xidmət mərkəzləri və bəzi poçt şöbələri bayram günləri də xidmət göstərəcək

“Şəbəkə” xidmət mərkəzləri və bəzi poçt şöbələri bayram günləri də xidmət göstərəcək

30-07-2020
Poçt şöbələri növbəli iş rejimində fəaliyyət göstərir

Poçt şöbələri növbəli iş rejimində fəaliyyət göstərir

30-03-2020
“Azərpoçt” bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək

“Azərpoçt” bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək

30-12-2020
Sistem yenilənməsi ilə əlaqədar “Azərpoçt” bazar günü iş vaxtını qısaldır

Sistem yenilənməsi ilə əlaqədar “Azərpoçt” bazar günü iş vaxtını qısaldır

15-01-2022
“Azərpoçt” bayram günlərində işləyəcək

“Azərpoçt” bayram günlərində işləyəcək

06-11-2021
NRYTN Bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

NRYTN Bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

30-07-2020
Sumqayıtda ilk Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

Sumqayıtda ilk Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

26-07-2018
"Azərpoçt" bayram günlərində işləyəcək

"Azərpoçt" bayram günlərində işləyəcək

05-03-2022
Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 3 il ötür

Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 3 il ötür

10-02-2020
Yeni Şəbəkə xidmət mərkəzi açılacaq

Yeni Şəbəkə xidmət mərkəzi açılacaq

11-02-2018
Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 2 il keçir

Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 2 il keçir

08-02-2019
Ağdaşda Şəbəkə Xidmət Mərkəzi istifadəyə verilib

Ağdaşda Şəbəkə Xidmət Mərkəzi istifadəyə verilib

29-10-2019
Poçt şöbələri bayram günlərində növbəli rejimdə işləyəcək

Poçt şöbələri bayram günlərində növbəli rejimdə işləyəcək

08-05-2021
Bir sıra poçt şöbələri həftə sonları da xidmət göstərəcək

Bir sıra poçt şöbələri həftə sonları da xidmət göstərəcək

04-07-2020
Telefon qovşaqlarının adları dəyişdirilib

Telefon qovşaqlarının adları dəyişdirilib

30-11-2018
“Azərpoçt” bayram günlərində xüsusi rejimdə fəaliyyət  göstərəcək

“Azərpoçt” bayram günlərində xüsusi rejimdə fəaliyyət göstərəcək

07-11-2024
Bakı Beynəlxalq Avtovağzal Kompleksində Şəbəkə xidmət mərkəzi  istifadəyə verildi

Bakı Beynəlxalq Avtovağzal Kompleksində Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

06-12-2018
“Azərpoçt” profilaktik tədbirləri davam etdir

“Azərpoçt” profilaktik tədbirləri davam etdir

20-03-2020
ASAN xidmət və ASAN Kommunal mərkəzləri işə daha erkən başlayacaq

ASAN xidmət və ASAN Kommunal mərkəzləri işə daha erkən başlayacaq

14-08-2018
“Azərpoçt” növbəli rejimdə fəaliyyət göstərəcək

“Azərpoçt” növbəli rejimdə fəaliyyət göstərəcək

08-11-2020
Borclu abunəçilərə şad xəbər

Borclu abunəçilərə şad xəbər

08-08-2019
Prezident “Şəbəkə” xidmət mərkəzinin açılışında iştirak edib-Yenilənib

Prezident “Şəbəkə” xidmət mərkəzinin açılışında iştirak edib-Yenilənib

10-02-2017
“ASAN Kommunal” necə fəaliyyət göstərəcək?

“ASAN Kommunal” necə fəaliyyət göstərəcək?

05-05-2016
“Azərpoçt” MMC-in 1494 poçt şöbəsi fəaliyyətini bərpa edib

“Azərpoçt” MMC-in 1494 poçt şöbəsi fəaliyyətini bərpa edib

13-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə