“Süni intellekt 3-cü dünya müharibəsinə səbəb olacaq”

05-09-2017 / 12:54

Elon Musk süni intellektin gələcək fəaliyyəti ilə bağlı proqnozlarına davam edir.

Məlumat verdiyimiz kimi, Musk sivilizasiya kimi qarşılaşdığımız ən böyük təhlükənin süni intellekt ola biləcəyini demişdi.

Bununla bağlı diqqətləri üzərinə çəkən Elon-un Mark Zuckerberg-lə mübahisəsi də dünya mediasının gündəmini zəbt etmişdi. Belə, Mark bu mövzuda onunla razı deyil. Facebook rəhbəri  bu kimi çıxışları məsuliyyətsizlik hesab edir.

Twitter-dən aktiv istifadə edən Elon Musk-ın gündəmində yenə də süni intellekt var.

Xeberler.az-ın məlumatına görə, dünənki paylaşımında Musk süni intellektin bəşəriyyətin varlığına təhlükə yaratdığını bir daha vurğulayıb:

“Çin, Rusiya və güclü kompüter elmləri olan ölkələr, beynəlxalq səviyyədə süni intellekt yarışları. Bütün bunlar çox güman ki,  3-cü dünya müharibəsinə yol açacaq".

Onun bu açıqlama ilə çıxış etməsinə səbəb isə The Verge-ün paylaşdığı  Rusiya prezidenti Vladimir Putinin süni intellektin yalnız Rusiya üçün deyil, bütün insanlığın gələcəyi ilə bağlı tweet-i olub.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə