Bəzi dizüstü kompüterlərdə olan sürətli açılış xüsusiyyəti həm çox yaxşıdır, həm də praktiki olaraq problemlidir.
İstifadəçilər sürətli açılış xüsusiyyəti olan dizüstü kompüterlərdə sürətli şəkildə e-poçtlarına baxmaq kimi sadə əməliyyatları reallaşdıra bilirlər. Ancaq istifadəçilər ofis proqramı işlədə bilmirlər.
İstehsalçılar dizüstü kompüterlərdə sürətli açılışı inkişaf etdirmək istəyirlər.
Çünki sürətli açılış təqdim edən dizüstü kompüterlər internet əsaslı tətbiqlərə üstünlük verilir. Eyni tətbiqlərə "ağıllı telefonlar"da da üstünlük verilir .
Xeberler.az bildirir ki, bu telefonlar açılış müddəti problemi olmadan eyni işlərin çoxunu görür. Ancaq onlar inkişaf etmiş xüsusiyyətləri olan dizüstü kompüterlərlə yarışa bilməzlər.
Sürətli açılış xüsusiyyətini bir çox firma inkişaf etdirməyə, açılış müddətini 10 saniyəyə çatdırmaq istəyir. DeviceVM, Splashstop proqramını, Phoenix Technologies, HyperSpaces bu iş üçün təqdim edilir və üzərində hələ də təkmilləşdirmə işləri aparılır.
İstehsalçılar isə istəyirlər ki, elə bir sistem hazırlasınlar ki, həm sürətli açılsın, həm də bir çox proqram sürətli açılış ilə işlədilə bilsin. Amma bir problem var. Kompüterlərin "ağıllı" xüsusiyyətləri artdıqca açılış müddəti uzanmağa başlayır. Buna görə də, Windows alternativləri və ya sürətli açılış üçün yeni Windows 7 ilə problem yaratmayacaq tətbiqlər inkişaf etdirilməsi üçün müəyyən işlər görülür.
Məsələn, HyperSpace minimalist bir Linux distributividir. Tam distributiv Windows yüklənən bir kompüterin sürətli açılış variantını seçdikdə işini görə bilir. Splashtop isə daha işcil istifadələr üçün inkişaf etdirilmişdir. Server üzərindəki proqramları uzaqdan işlədən variantlar təqdim edir. Ancaq bu xüsusi proqramlar çox da məşhur deyil. 10 saniyədə başlayan Android isə çox uyğun, həm də getdikcə yayılan bir əməliyyat sistemidir. Yadda saxlamaq lazımdır ki, sürətli yüklənən əməliyyat sistemləri Windows-un yerini vermir. Yalnız sürətli açılış variantını seçəndə işini görə bilir.
Bu proqramların qabiliyyətləri də açılış müddətləriylə əlaqəlidir. Dizüstü kompüterlərin yüksək xüsusiyyətləri, göstəriciləri artdıqca açılış müddəti də uzanır. Əgər 10-12 saniyədə açılış problem deyilsə, dizüstü kompüterlərin qabiliyyətlərinin daha çoxundan faydalana bilərsiniz.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri