SwiftKey klaviaturasına tərcüməçi funksiyası əlavə edilib

01-10-2018 / 13:05

"Ağıllı" "SwiftKey" klaviaturasının "Android" üçün versiyası sözləri real vaxt rejimində tərcümə etməyi öyrənib. Yeni funksiya həm daxil olan, həm də göndərilən mesajlara aiddir və bütün messencerləri dəstəkləyir.
 
Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, 60-dan çox dilin dəstəklənməsi reallaşdırılıb. Yeni texnologiya "SwiftKey"in sahibi "Microsoft" korporasiyası tərəfindən təqdim edilib. Tərtibatçıların sözlərinə görə, smartfona "Microsoft Translator" proqramı quraşdırıldığı halda tərcümələrin keyfiyyəti daha yaxşı alınır. Bundan başqa, sonuncu internetə qoşulma olmadıqda yeni funksiyadan istifadə etməyə imkan verəcək.
 
2016-cı ilin əvvəlində "Microsoft" tərəfindən satın alınmış "SwiftKey" "Android" və "iOS" üçün "ağıllı" klaviaturaların işlənib hazırlanması ilə məşğuldur. Proqram daxil edilmiş mətnin korreksiyası üçün neyron şəbəkəsindən istifadə edir, sözləri müqayisə edə və onlar arasındakı əlaqəni ayırd edə bilir.
 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə