Microsoft şirkəti neyroşəbəkə alqoritmləri əsasında işləyən və İnternetə qoşulmanı tələb etməyən oflayn tərcüməçini təqdim edib.
İstehsalçıların sözlərinə görə, İnternetə qoşulmadan tərcümə üçün bir çox avtonom proqram mövcud olsa da, onlarda tərcümənin keyfiyyəti istənilən səviyyədə deyil.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, neyroşəbəkə alqoritmlərinə əsaslanan proqramların tərcüməsi isə daha dəqiqdir.
Microsoft Translator-un tamamlanmış versiyası ərəb, Çin (sadələşdirilmiş), fransız, alman, italyan, yapon, koreya, portuqal, rus, ispan və tay dilləri üçün yenilənmiş neyroşəbəkə dil paketlərini dəstəkləyir. Tərcümənin keyfiyyəti digər proqramlarla müqayisədə orta hesabla 23 faiz artıb.
Qeyd edək ki, neyroşəbəkə tərcüməsi funksiyası 2017-ci ilin payız aylarında, lakin yalnız neyroşəbəkə hesablamaları üçün ayrılmış çipə malik bəzi qurğularda əlçatan idi, həm də daim İnternetə qoşulmanı tələb edirdi. Yenilənmiş versiyanı tezliklə IOS və Android sistemləri üçün proqram mağazalarında yükləmək mümkün olacaq.
Xeberler.az
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət