Yaxın günlərdə Dell 150 dollarlıq monitorları Tayvanda texniki səhv nəticəsində 15 dollara satılmışdır.
Xatırladaq ki, Tayvanlı səlahiyyətlilər 15 dollardan hər bir müştərinin sifarişinin verilməməsi təqdirində iddia qaldıracağını ifadə etmişdir. Dell isə rəqəm səhvi ilə bağlı üzr istəmiş, səhvi hər hansı bir şəkildə kompensasiya edəcəyini bildirmişdir.
Nəhayət Dell bir tədbir gördü.Tayvan internet mağazasını müvəqqəti bağladı. Sifariş verənlərə də pullarını geri ala biləcəkləri kuponlar paylandı. Kuponlardan Dellin online alış-veriş saytı təkrar açılanda istifadə edilə biləcək.
İndi də problemi Tayvanın Müxtəlif İstehlakçını Qoruma və Ticarət Komissiyaları həll etməyə çalışır. Dell-in məhsulları növbəti dəfə yenə səhvən aşağı qiymətə satıldı.
LCD monitor hadisəsini Dell Latitue E4300 dizüstü kompüterinin qiymətində edilən səhv izlədi. Normalda 2.100 dollara satılan E4300, 563 dollara satıldı. Yenə alıcıların sayı çoxaldı və çoxlu sifariş verildi. Tayvan Dell-dən məhsulun sifarişçilərə satılan qiymətə, yəni 563 dollara verilməsini istəyir. Məsələ getdikcə daha da çətinləşdi. Dell-i vəziyyətdən üzr istəmək də çıxarda bilmədi.
Hər il Tayvandan 10 milyard dollarlıq kompüter hissəsi alan Dell-ə Tayvanın yazığı gəlmədi. Taiwan Fair Trade Commision, Dell-i 759.000 dollarlıq cərimə etdi. Nəzərə alaq ki, Dell həm maddi, həm də mənəvi ziyana düşdü. Dell-in imici zədələndi.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri