Previous Next
Bağla

Qamma Şüalanma Kompleksinin açılışı baş tutub

13-03-2020 21:18
Qamma Şüalanma Kompleksinin açılışı baş tutub

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin Sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksinin açılışı olub.

Xeberler.az bildirir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Texniki Əməkdaşlıq Proqramı üzrə Milli Layihə çərçivəsində (AZB 8002) Azərbaycanda Sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksi yaradılması qərara alınıb. Layihə üzrə Azərbaycan tərəfi qurğu və laboratoriyalar üçün bina, elektrik, su, kanalizasiya və digər kommunikasiya vasitələri ilə təmin etmək, AEBA isə qurğunu və 100 000 küri aktivlikdə Co-60 izotopu, kadrların tədrisi treninqi, ekspert yardımı ilə təmin etməyi öz öhdəsinə götürüb. Hər iki tərəf öz üzərinə düşən öhdəlikləri yerinə yetirib və nəticədə unikal qurğu yaradılıb. Sterilizasiya məqsədli qamma-şüalanma qurğusu beynəlxalq tələblərə tam uyğundur.

Qamma Sterilizasiya Kompleksi Abşeron rayonu Qobu qəsəbəsində yerləşir və 3 hektar ərazini əhatə edir. Qurğunun iş həcmi 38 m 3 /sutka və ya 1548 litr/saatdır. Qurğuya Co-60 radioizotoplarının ilkin yüklənən aktivliyi 300 000 küridir. Qurğunun maksimum yüklənmə tutumu 2 milyon küri təşkil edir.

Qamma Şüalanma Kompleksində neftçıxarma sənayesində, maşın və avadanlıqlarda istifadə olunan polimer-rezin məmulatlarının kimyəvi və mexaniki davamlılığını artırmaq üçün radiasion işlənməsi həyata keçirilə bilər. Həmçinin tibbi avadanlıq, bütün cərrahiyyə vasitələri, xüsusən də plastik-polimer materialları, birdəfəlik iynələr, təbii dərman bitkilərinin radiasion sterilizasiyasını etmək mümkündür.

Müasir dövrün ən aktual problemlərindən biri istehsal olunmuş qida məhsullarının saxlanmasıdır. Əksər ərzaq məhsulları uzun müddət saxlandıqda xarab olur. Bu gün ölkəmizdə yerli istehsal və idxal məhsullarının radiasion işlənməsi tələb olunur. Kompleksdə qida məhsullarının sterilizasiyası da aparıla bilər.

Pambıq, tütün, soya və başqa texniki bitkilərin toxumlarının qabaqcadan şüalanması bitkilərin xəstəliklərə davamlılığını və məhsuldarlığını artırması elmdə sübut olunub. Azərbaycan aqrar ölkə olduğundan, bu Kompleksdə respublikamızda istifadə olunan bütün toxumların səpindən əvvəl şüalandırılması zəruridir.

Qamma şüalanması qiymətli ağac növlərinin daxili həşəratlardan qorunması, onlardan hazırlanan mebellərin keyfiyyətinin və rəqabətə davamlılığının artırılması, dərman bitkilərinin uzun müddət saxlanması, həmçinin həşərat və mikrobioloji təhlükədən qorunmasında böyük əhəmiyyətə malikdir.

Azərbaycanda istehsalı artan kabel və polimer-plastik məmulatların hazır qablaşma halında qamma şüalandırılması ilə onların izolyasiya sisteminin davamlılığının artırılması mümkündür. Bu isə ixracda və daxili istifadədə rəqabətə davamlılığa şərait yaradır. Qeyd edək ki, mədəni və tarixi abidələr, maddi-mədəni irsin qorunması sahəsində də Qamma şüalanması tətbiq oluna bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Tədqiqat Nüvə Reaktoru yaradıla bilər

Tədqiqat Nüvə Reaktoru yaradıla bilər

20-04-2018
İRİA: İşğaldan azad edilmiş ərazilərdə radioekoloji tədqiqatlar aparılır

İRİA: İşğaldan azad edilmiş ərazilərdə radioekoloji tədqiqatlar aparılır

12-06-2025
Azərbaycan atom yanacağı istehsal etmək üçün təkliflər hazırlayacaq

Azərbaycan atom yanacağı istehsal etmək üçün təkliflər hazırlayacaq

13-07-2015
Azərbaycanda sənaye istehsalı 2 faiz azalıb

Azərbaycanda sənaye istehsalı 2 faiz azalıb

12-07-2023
NASA-nın teleskopu tarixdə ən böyük kosmik partlayışı təsdiq edib

NASA-nın teleskopu tarixdə ən böyük kosmik partlayışı təsdiq edib

20-10-2025
Milli Nüvə Tədqiqatları Mərkəzi oktyabrda istifadəyə veriləcək

Milli Nüvə Tədqiqatları Mərkəzi oktyabrda istifadəyə veriləcək

20-07-2015
HDRI formatlı fayllarla  iş

HDRI formatlı fayllarla iş

12-09-2008
İranla sərhəd ərazilərdə radiasiya artmayıb - BİRGƏ MƏLUMAT

İranla sərhəd ərazilərdə radiasiya artmayıb - BİRGƏ MƏLUMAT

24-06-2025
Tacikistan Azərbaycanla sənayenin rəqəmsallaşdırılmasını təklif edib

Tacikistan Azərbaycanla sənayenin rəqəmsallaşdırılmasını təklif edib

22-05-2026
Ramin Quluzadə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə görüşüb

Ramin Quluzadə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə görüşüb

26-10-2019
Rusatom və Milli Nüvə Tədqiqatları Mərkəzi arasında protokol imzalanıb

Rusatom və Milli Nüvə Tədqiqatları Mərkəzi arasında protokol imzalanıb

16-04-2019
Yerli məhsul istehsal edən startapımıza dəstək lazımdır

Yerli məhsul istehsal edən startapımıza dəstək lazımdır

23-06-2017
Yüksək Texnologiyalar Parkı innovasiya festivalında təmsil olunub

Yüksək Texnologiyalar Parkı innovasiya festivalında təmsil olunub

29-04-2022
Rosatom rəsmiləri Milli Nüvə Tədqiqatları Mərkəzində olub

Rosatom rəsmiləri Milli Nüvə Tədqiqatları Mərkəzində olub

11-11-2015
Azərbaycanda ayın səthini tədqiq etmək üçün xüsusi detektorlar hazırlanır

Azərbaycanda ayın səthini tədqiq etmək üçün xüsusi detektorlar hazırlanır

11-07-2023
Azərbaycan alimləri Yaponları geridə qoydular

Azərbaycan alimləri Yaponları geridə qoydular

27-07-2018
Qida sahəsində yeni elektron xidmətlər

Qida sahəsində yeni elektron xidmətlər

05-12-2022
Ramin Quluzadə  İKT sektorunda görülən işlərdən danışıb

Ramin Quluzadə İKT sektorunda görülən işlərdən danışıb

19-12-2017
Nazir ROSATOM-un rəhbərliyi ilə görüşüb

Nazir ROSATOM-un rəhbərliyi ilə görüşüb

26-11-2018
 Pirallahı Sənaye Parkı yaradılır-Sərəncam

Pirallahı Sənaye Parkı yaradılır-Sərəncam

14-09-2016
“Texnologiyaların tətbiqi iqtisadiyyatın inkişafında mühüm rol oynayır”

“Texnologiyaların tətbiqi iqtisadiyyatın inkişafında mühüm rol oynayır”

25-04-2018
“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025
“Azexport” portalı Latviyanın “STC” şirkəti ilə əməkdaşlığa başlayır

“Azexport” portalı Latviyanın “STC” şirkəti ilə əməkdaşlığa başlayır

25-09-2024
Bakı Teleqüllə Kompleksinin istismara verilməsindən 25 il ötür

Bakı Teleqüllə Kompleksinin istismara verilməsindən 25 il ötür

06-07-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə