Previous Next
Bağla

Ölkəmiz Dünya Nüvə Sərgisində təmsil olunub

06-07-2016 10:37
Ölkəmiz Dünya Nüvə Sərgisində təmsil olunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndə heyəti Fransanın Paris şəhərində təşkil olunan Dünya Nüvə Sərgisində iştirak edib.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, sərgidə nüvə sənayesinə malik olan ölkələrin təmsilçiləri öz eksponatları ilə iştirak ediblər. Sərgi çərçivəsində nüvə elmləri və texnologiyaları sahələri üzrə mindən çox mütəxəssisin iştirakı ilə müxtəlif mövzular üzrə panel iclasları keçirilib.
         
Sərgini Fransanın İqtisadiyyat, sənaye və rəqəmsal texnologiyalar naziri Emmanuel Makron açıq elan edib. Açılışda energetika, nüvə elmləri üzrə beynəlxalq qurum rəhbərləri mövcud vəziyyət və gələcək inkişaf perspektivləri üzrə məruzələrlə çıxış ediblər.
 
Mütəxəssislər mövcud nüvə reaktorlarının təhlükəsizliyinin, nüvə yanacaq ehtiyatlarının təmini və ekoloji təminatlı nüvə yanacaq istehsal tsikllərinin yaradılması, işlənilmiş yanacaq və tullantıların idarə olunması, istifadə olunmuş yanacaqların tərkibindən Uran-238, Uran-233, Plutonium-239 kimi qiymətli nüvə yanacaq materiallarının ayrılması və istifadə perspektivləri, istifadə müddəti bitmiş energetik reaktorların fəaliyyətinin dayandırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Adil Qəribov tərəfindən Fransanın AREVA, Rusiyanın "Rosatom" şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib. Eyni zamanda, Almaniya, Fransa, Yaponiya, Rusiya, Cənubi Koreya mütəxəssisləri ilə nüvə texnologiyaları sahəsində ikitərəfli maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
 
 Tədbir çərçivəsində əldə edilmiş biliklər, aparılan təcrübə mübadiləsi "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin gələcək fəaliyyətində istifadə olunacaq. 

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rosatom rəsmiləri Milli Nüvə Tədqiqatları Mərkəzində olub

11-11-2015

“Milli Nüvə Tədqiqatları Mərkəzi” beynəlxalq tədbirdə təmsil olunub

23-11-2016

Nazir ROSATOM-un rəhbərliyi ilə görüşüb

26-11-2018

Ramin Quluzadə Rosatom-un nümayəndə heyəti ilə görüşüb

24-05-2019

“Milli Nüvə Tədqiqatları Mərkəzi”nə yeni ləğvedici təyin olunub

28-03-2022

Bakıda Avropa Nüvə Tədqiqatları Mərkəzinin toplantısı keçirilir

02-05-2016

Milli Nüvə Tədqiqatları Mərkəzinə yeni baş direktor təyin olunub

13-12-2021

Milli Nüvə Tədqiqatları Mərkəzi oktyabrda istifadəyə veriləcək

20-07-2015

İranla əməkdaşlıq imkanları müzakirə edilib

06-08-2015

Nazirliyin nümayəndələri Moskvada Rabitə sərgisində iştirak edir

23-04-2019

Azərbaycan rəsmiləri beynəlxalq telekommunikasiya sərgisində

18-03-2015

Ölkəmiz atom enerjisi üzrə beynəlxalq konfransda təmsil olunub

06-10-2016

Azərbaycan ITU Telecom World 2015-də təmsil olunacaq

17-08-2015

Rusatom və Milli Nüvə Tədqiqatları Mərkəzi arasında protokol imzalanıb

16-04-2019

“İKT Azərbaycan-Pakistan münasibətlərinin inkişafında xüsusi yer tutur”

25-08-2015

Nar Mobil Dünya Konqresində iştirak edib

28-02-2018

Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2018 beynəlxalq sərgi-konfransında iştirak edir

10-09-2018

Ramin Quluzadə Fransanın Azərbaycana təyin olunmuş səfiri ilə görüşüb

02-10-2019

Ölkəmiz beynəlxalq İKT sərgi-forumunda təmsil olunub

20-04-2016

Nazir Ramin Quluzadə İranda səfərdədir

19-07-2019

Nazirlik sammitdə iştirak etdi

29-05-2018

Tədqiqat Nüvə Reaktoru yaradıla bilər

20-04-2018

Nümayəndə heyətimiz Avropa Nüvə Tədqiqatları Mərkəzində olub

01-05-2015

4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

31-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə