Previous Next
Bağla

İRİA: İşğaldan azad edilmiş ərazilərdə radioekoloji tədqiqatlar aparılır

12-06-2025 17:01
İRİA: İşğaldan azad edilmiş ərazilərdə radioekoloji tədqiqatlar aparılır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamentinin fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.

Xeberler.az məlumat verir ki, videoda radiasiya texnologiyaları, məhsulların sterilizasiyası, qamma şüalandırması və radionuklid analizi üzrə xidmətlər, müasir laboratoriya imkanları və eləcədə ölkəmizdə sahibsiz radioaktiv materialların axtarışı ilə bağlı ətraflı məlumat yer alıb.

Qeyd edək ki, Nüvə tədqiqatları departamenti radionuklid analizləri, qamma şüalandırma, radiasiya cihazlarının quraşdırılması və təmiri, nüvə kriminalistikası sahəsində xidmət göstərir və radiasiya və nüvə texnologiyalarını tətbiq edərək ölkəmizdə radiasiya təhlükəsizliyinə tövhə verir. Departament tərəfindən mineral sular, qida və sənaye məhsullarının radiasiya təhlükəsizliyi üzrə radioloji sınaqları həyata keçirilir.

Qamma şüalandırma texnologiyası tibbi və əczaçılıq məhsullarının sterilizasiyası, qida məhsullarının mikrob yükünün azaldılması və rəf ömrünün uzadılması məqsədilə istifadə olunur. Eyni zamanda bu texnologiya qədim əlyazmaların, mədəni irsin qorunması və polimer tullantıların utilizasiyası kimi digər sahələrdə də tətbiq edilir.

Departament radioloji ölçü avadanlıqlarının quraşdırılması, sazlanması, texniki xidməti və təmiri, eləcə də sənaye mühitində avtomatlaşdırma işləri kimi sifarişləri həyata keçirir. Bununla yanaşı, istifadəçilər və mütəxəssislər üçün təlim proqramları təşkil edir, elmi-tədqiqat layihələri həyata keçirir və beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

Eyni zamanda, nüvə kriminalistikası sahəsində işğaldan azad edilmiş ərazilərdə radioekoloji tədqiqatlar aparılır.

Dövlət obyektləri, yaşayış məntəqələri, su mənbələri və əkin sahələrinin radiasiya təhlükəsizliyi tədqiq edilir. Sahibsiz radioaktiv mənbələri və qeyri-qanuni tranzit zamanı aşkar edilən nüvə və radioaktiv materiallarının ekspertizasını yerində həyata keçirir, aidiyyəti qurumlara texniki və metodik dəstək göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İranla sərhəd ərazilərdə radiasiya artmayıb - BİRGƏ MƏLUMAT

24-06-2025

İRİA Astarada havanın radiasiya çirklənməsi səviyyəsini tədqiq edir

13-06-2025

Coğrafiyaçı alim Türkiyədə keçirilən Beynəlxalq Konqresdə çıxış edib

09-09-2022

“İşğaldan azad edilmiş ərazilərdə radiasiya təhlükəsizliyi təmin edilməlidir”

31-10-2022

Azərbaycanda ayın səthini tədqiq etmək üçün xüsusi detektorlar hazırlanır

11-07-2023

Radiasiya yayan telefonların siyahısı açıqlanıb

25-07-2019

Radiasiya Problemləri İnstitutu festivalda 2 eksponatla təmsil olunacaq

20-04-2022

Qamma Şüalanma Kompleksinin açılışı baş tutub

13-03-2020

Tədqiqat Nüvə Reaktoru yaradıla bilər

20-04-2018

Azərbaycanda sənaye istehsalı 2 faiz azalıb

12-07-2023

İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

01-05-2023

İşğaldan azad edilmiş ərazilərdə radioaktiv sahələr və radon qazı ilə bağlı aparılan tədqiqatlar təqdim olunub

02-10-2023

Nazirlik: Azad edilmiş ərazilərdə "ağıllı" xidmətlər mobil və stasionar rabitə hesabına reallaşdırılır

27-02-2021

Gənc mühəndislərin yay düşərgəsində PUA-ların üstünlükləri və tətbiqlərindən bəhs olunub

23-08-2022

“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir

10-06-2021

Azərkosmos və AMEA -nın birgə görüşü keçirilib.

26-07-2018

NRYTN üzrə İşçi Qrupunun iclası olub

15-07-2021

Qida təhlükəsizliyi ilə bağlı onlayn təlim keçiriləcək

03-04-2019

Qida sahəsində yeni elektron xidmətlər

05-12-2022

İşğaldan azad olunmuş ərazilərdə peyklərdən necə istifadə edilir?

01-12-2022

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunur

25-07-2023

Azərbaycan kibertəhlükəsizlik sahəsində Rumıniya ilə əməkdaşlıq edəcək

25-09-2024

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

14-07-2025

Azercell “İşçi Rifahı 2024” mükafatına layiq görülüb

09-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə