Previous Next
Bağla

“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda panel müzakirəsi keçirilib

30-04-2021 21:04
“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda panel müzakirəsi keçirilib

“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin iştirakı ilə panel müzakirəsi keçirilib.

Panel müzakirəsində çıxış edən təhsil naziri Emin Əmrullayev təhsil nəticələrinin uzun müddətdə iqtisadi artım tempini müəyyən edən əsas element olduğunu vurğulayıb. Nazir bununla bağlı beynəlxalq qiymətləndirmə tədqiqatlarından nümunələri diqqətə çatdırıb. Bu sahədə Azərbaycanın son illər ərzində uğurlu nəticələrini qeyd edən təhsil naziri eyni zamanda ümumi təhsil müəssisələrində rəqəmsal əhatəni təmin edəcək fiber-optik şəbəkələşmə layihəsindən danışıb. 2021-2025-ci illəri əhatə edəcək bu şəbəkə nəticəsində ölkə üzrə şagirdlərin 75 faizi fiber-optik qoşulma ilə genişzolaqlı internet xidmətindən istifadə edə biləcək ki, bu da təhsildə rəqəmsal əlçatanlılığı artıracaq.

Nazır çıxışında “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsinin genişləndirilərək növbəti tədris ilində bu layihəyə 200 min məktəblinin cəlb olunacağını deyib. Həmçinin təhsil naziri kibertəhlükəsizlik üzrə qısamüddətli kursların effektiv nəticə verdiyini bildirib.

Təhsil naziri növbəti tədris ilindən fəaliyyətə başlayacaq SABAH magistraturasında müasir əmək bazarının tələblərinə cavab verən yeni nəsil ixtisas imkanlarından da söz açıb.

Təhsil naziri Emin Əmrullayev hər iki həmkarına bu əhəmiyyətli tədbirə qatıldıqları üçün təşəkkür edib və birgə əməkdaşlığın ümumi məqsədlərə çatmaq istiqamətində vacib həlqə olduğunu vurğulayıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında dövlət başçısının rəqəmsallaşma, innovasiya sahəsinə xüsusi önəm verdiyini vurğulayıb və bu baxımdan müzakirə olunan layihənin əhəmiyyətini qeyd edib. İnsan kapitalı və müasir innovasiyalar məkanının yaradılması “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in əsas istiqamətlərindəndir. İqtisadiyyat naziri yeni qabaqcıl texnologiyaların sürətli mənimsənilməsi, onların vətəndaşlara və biznes maraqlarına xidmət etməsi üçün həm dövlət qurumlarının, həm də biznesin Dördüncü Sənaye İnqilabının yeni çağırışlarına çevik uyğunlaşmalı olduğunu diqqətə çatdırıb. Bu baxımdan rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsi, dövrün tələblərinə uyğun kadr potensialının formalaşdırılması vacib amillərdəndir. İqtisadiyyatın bütün sahələrində rəqəmsal bilik və bacarıqlara tələb getdikcə artır. Mikayıl Cabbarov innovativ inkişaf üçün nazirliyin üç istiqamətdə fəal iş aparacağını bildirib. Birinci istiqamət dövlət resurslarının bu və digər sahələrə istiqamətləndirilməsinə dəstək verilməsidir. Digər istiqamətlər isə biznes dünyası ilə dialoqun aparılması və özəl sektora dəstəyin göstərilməsi, vergi güzəştlərindən tutmuş, müxtəlif təşviqlərə qədər sistemli yanaşmalar olacaq.

Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib ki, innovasiyalara aparan yol yalnız təhsil və elmdən keçir. Rəhbərlik etdiyi İnnovasiya İşçi Qrupu çərçivəsində həyata keçirilən işlərdən danışan nazir Azərbaycanda innovasiyaya baxış mövzusunda fikirlərini bölüşüb. “Biz innovativ mühiti üç qatdan ibarət bir piramida kimi təsəvvür edirik. Piramidanın alt, ən zəruri qatını ölkədə sağlam dövlət idarəetmə sistemi təşkil edir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar bu təməlin möhkəmləndirilməsini təmin etmişdir və bu sahədə islahatlar davam edir. Piramidanın orta təbəqəsi elm və texnologiya tutumlu emal sənayesinin inkişafıdır”. Nazir bu baxımdan iki məsələnin vacibliyini vurğulayıb. “Birincisi, elmi tədqiqatların inkişafıdır. İnnovasiyaya aparan yol ixtiralarla zəngindir” deyən Rəşad Nəbiyev qeyd edib ki, tədqiqatlara qoyulan sərmayə sürətli şəkildə artmalıdır. “Təhsil təkliflərini elmi araşdırmalarla gücləndirmək lazımdır – universitetlərin burada oynayacağı rol əhəmiyyətlidir. İkincisi, elm və texnologiya tutumlu emal sənayesinin inkişafıdır. Davamlı startap ekosistemi piramidanın üst qatını təşkil edir”.

Rəşad Nəbiyev Milli İnnovasiya Strategiyasında bu məsələlərin nəzərə alındığını diqqətə çatdırıb.

Müzakirədə aidiyyəti dövlət qurumları ilə birgə özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak edib.

Tədbirin ikinci hissəsi sual-cavab sessiyası ilə davam edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Təhsil Nazirliyi və RİNN arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb

17-02-2022

“Rəqəmsal biliklərin artırılması iqtisadiyyatın sürətli inkişafına şərait yaradır”

23-06-2023

"INMerge" İnnovasiya Sammitinin ilk günü başa çatıb

29-09-2025

Azərbaycan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumuna qatılıb

07-11-2025

Nazir: “Elm və təhsil sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub”

03-11-2025

Vergilər naziri Rəqəmsal İqtisadiyyata dair Vergi Sammitində iştirak edib

30-10-2018

Bakıda “Baku ID” innovasiya festivalı başlayıb

27-06-2024

Bakıda xarici mütəxəssislər startap seminarları keçir-Foto

19-10-2017

Nazir Rəşad Nəbiyev İsrailin elm və texnologiya naziri ilə görüşüb

08-04-2025

Azərbaycan və Qırğızıstan 18 sənəd imzaladı

24-04-2024

Nazir: SABAH.HUB Azərbaycanın təhsil və startap ekosisteminə töhfə verəcək

27-06-2024

Emin Əmrullayev Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb

14-11-2024

“Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə başlanılıb

19-11-2025

İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

30-11-2023

Nazir: Rəqəmsal məktəb layihəsi çərçivəsində "chatbot" hazırlanır

29-09-2025

Təhsilin İnkişafı Forumu keçirilib.

03-11-2023

II Startap və İnnovasiya Festivalı keçirilib-Foto

16-06-2017

AZCON Mühəndislik və Texnologiya Məktəbi təsis edilib

14-05-2026

Sumqayıtda STEAM və “İnnovasiyalar” mərkəzinin açılışı olub

21-09-2023

Rəşad Nəbiyev nəqliyyat nazirlərinin görüşündə iştirak edib

27-11-2025

Emin Əmrullayev: "Hazırda Qarabağ Universitetinin böyük konsepti hazırlanır"

09-10-2023

Rəşad Nəbiyev 5-ci Tbilisi İpək Yolu Forumunda iştirak edib

22-10-2025

Rəşad Nəbiyev Gürcüstanın iqtisadiyyat naziri ilə görüşüb

12-07-2025

Nazir Rəşad Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri ilə görüşüb

04-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə