Previous Next
Bağla

Vergilər naziri Rəqəmsal İqtisadiyyata dair Vergi Sammitində iştirak edib

30-10-2018 10:15
Vergilər naziri  Rəqəmsal İqtisadiyyata dair Vergi Sammitində iştirak edib

Oktyabrın 24-26 tarixlərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA), Amerikadaxili Vergi Administrasiyaları Mərkəzi (CIAT) və Portuqaliyanın Vergi və Gömrük Orqanının birgə təşkilatçılığı ilə Lissabon şəhərində “Rəqəmsal İqtisadiyyat”a dair Vergi Sammiti keçirilib. IOTA və CIAT-nin üzvləri olan Avropa, Amerika, Asiya və Afrika ölkələrinin 76-dan çox vergi orqanı və 26 müxtəlif təşkilatın nümayəndələrini bir araya gətirən tədbir rəqəmsal iqtisadiyyatın vergi aspektləri, bu sahədə yeniliklər və problemlərə dair fikir və təcrübə mübadiləsinə həsr olunub.

Xeberler.az  bildirir ki, sammitdə Azərbaycanın vergilər naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Nazir sammitin “Vergi inzibatçılığı 10-15 il sonra: dəyişikliklərin tempinə necə uyğunlaşmalı” mövzusunda keçirilən sessiyasında çıxış edib. Azərbaycanda rəqəmsal iqtisadiyyatın qurulması və vergi inzibatçılığının rəqəmsallaşdırılması sahəsində görülən işlərə toxunan Mikayıl Cabbarov ölkəmizdə uzun illərdir ki vergi bəyannamələrinin elektron təqdim edildiyini, elektron vergi hesab-fakturasının tətbiqinin həyata keçirildiyini, eyni zamanda vergi ödəyicilərinə çoxsaylı elektron xidmətlər göstərildiyini diqqətə çatdırıb. Vergi administrasiyasının dəyişməkdə olan iqtisadi mühitə uyğunlaşmasının vacibliyini qeyd edən nazir bildirib ki, bu gün rəqəmsal iqtisadiyyat iştirakçılarının vergi yükü ənənəvi iqtisadiyyat iştirakçılarının vergi yükündən azdır və bu mənada, vergi administrasiyalarının növbəti 10 ildə qarşısında duran əsas çağırışlardan biri bu istiqamətdə vergi siyasətinin düzgün formalaşdırılmasıdır.

Vurğulanıb ki, vergi siyasəti rəqəmsal iqtisadiyyatda baş verən dəyişikliklərin tempinə uyğunlaşmalıdır. M.Cabbarov qeyd edib ki, vergi inzibatçılığında rəqəmsal texnologiyalardan, xüsusən də süni intellekt və blokçeyn texnologiyalarının təqdim etdiyi üstünlüklərdən istifadə artıq zamanın tələbinə çevrilib. Bu baxımdan, vergi administrasiyaları məlumat mübadiləsi və şəffaflıq kimi güclü alətlərin imkanlarından istifadə etməyə çalışmalıdırlar. Qeyd olunub ki, IOTA və CIAT kimi
təşkilatlara üzv ölkələr bu sahədə onların təcrübəsindən geniş şəkildə faydalanmalıdır. Vergilər naziri, həmçinin, vergilərlə bağlı ictimai məlumatlandırma işinin vacibliyini və bu məsələnin növbəti illər üçün prioritet istiqamətlərdən olacağını diqqətə çatdırıb. Vergi ödəyicilərinin tələbləri qarşılığında onlara adekvat xidmətlərinin göstərilməsinin əhəmiyyəti vurğulanıb.

Mikayıl Cabbarov müzakirələr zamanı sammit iştirakçılarının suallarını da cavablandırıb. Rəqəmsal iqtisadiyyatın iştirakçılarının rəqib, yoxsa partnyor olması ilə bağlı suala cavab verən nazir birmənalı şəkildə partnyor münasibətlərinin qurulmasının vacibliyini qeyd edib və vergi orqanının bu prosesin vacib elementi kimi tənzimləyici rolundan danışıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb

IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb

18-06-2025
Süni intellekt modulları əsasında informasiya sistemləri qurulacaq

Süni intellekt modulları əsasında informasiya sistemləri qurulacaq

15-02-2024
Dövlət Vergi Xidməti beynəlxalq kommunikasiya forumunda təmsil olunub

Dövlət Vergi Xidməti beynəlxalq kommunikasiya forumunda təmsil olunub

10-03-2025
Azərbaycan və Estoniya əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan və Estoniya əməkdaşlıq məsələlərini müzakirə edib

03-12-2025
Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

05-09-2016
Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

07-01-2011
Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009
Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

11-12-2018
Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

21-12-2016
Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015
IOTA-nın 29-cu Baş Assambleyası işini başa çatdırıb

IOTA-nın 29-cu Baş Assambleyası işini başa çatdırıb

19-06-2025
Vergilər Nazirliyi 59 növ elekton  xidmət   göstərir

Vergilər Nazirliyi 59 növ elekton xidmət göstərir

09-02-2015
Vergi ödəyiciləri üçün elektron xidmətlər  təkmilləşdirilir

Vergi ödəyiciləri üçün elektron xidmətlər təkmilləşdirilir

25-09-2015
Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu keçirilir

Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu keçirilir

10-09-2015
"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

19-02-2025
DVX rəisi IOTA-nın 5-ci İllik Beynəlxalq Konfransında iştirak edib

DVX rəisi IOTA-nın 5-ci İllik Beynəlxalq Konfransında iştirak edib

18-10-2024
Naxçıvanda "ASAN İmza" sertifikatlarının verilməsi 3 dəfə artıb

Naxçıvanda "ASAN İmza" sertifikatlarının verilməsi 3 dəfə artıb

18-09-2023
“Vergilər üzrə elektron xidmətlərin sayı artacaq”

“Vergilər üzrə elektron xidmətlərin sayı artacaq”

28-07-2015
Vergi ödəyicilərinə 63 e-xidmət göstərilir

Vergi ödəyicilərinə 63 e-xidmət göstərilir

20-12-2016
Vergi inzibatçılığı təkmilləşdirilir-Sərəncam

Vergi inzibatçılığı təkmilləşdirilir-Sərəncam

05-08-2016
Azərbaycanda ən çox vergi ödəyən 100 şirkətin adı açıqlanıb

Azərbaycanda ən çox vergi ödəyən 100 şirkətin adı açıqlanıb

08-04-2026
Naxçıvanda may-sentyabr aylarında 4 minə yaxın "ASAN İmza" sertifikatı verilib

Naxçıvanda may-sentyabr aylarında 4 minə yaxın "ASAN İmza" sertifikatı verilib

09-10-2023
Nazirliyə elektron müraciətlərin sayı artıb

Nazirliyə elektron müraciətlərin sayı artıb

07-02-2015
Vergiler.az saytının yeni rubrikası istifadəyə verilib

Vergiler.az saytının yeni rubrikası istifadəyə verilib

26-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə