Previous Next
Bağla

II Startap və İnnovasiya Festivalı keçirilib-Foto

16-06-2017 18:13
 II Startap və İnnovasiya Festivalı keçirilib-Foto

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II Startap və İnnovasiya Festivalı keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, millət vəkilləri, universitet rektorları, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri və şirkət rəhbərləri iştirak edib.

Əvvəlcə Lazer Mərkəzinin açılışı olub. Qonaqlara lazer başlıqlı robotlar, onların iş prinsipləri və funksiyaları haqqında ətraflı məlumat verilib və bu, əyani olaraq nümayiş etdirilib.

Bildirilib ki, Lazer Mərkəzi ilk mərhələdə təhsil mərkəzi kimi fəaliyyət göstərərək tələbələrə bu sahədə biliklərin verilməsini nəzərdə tutur. Daha sonra isə iqtisadiyyat və sənayenin müxtəlif sahələrində istifadə olunan avadanlıqların təmiri və bərpasının həyata keçirilməsi, eyni zamanda lazer başlıqlarının istehsalının təşkil olunması planlaşdırılır.

ADNSU-nun rektoru Mustafa Babanlı eazi START Startap və İnnovasiya Mərkəzinin son iki ildə gördüyü işlərdən danışıb və gənclərin təqdim etdiyi layihələrin gələcəkdə böyük uğur qazanacağına inandığını bildirib.

 Onun sözlərinə görə, hətta bu layihələrin bəziləri dünya bazarlarına çıxa biləcək səviyyədədir:

“Bizim əsas məqsədlərimizdən biri odur ki, gələcəkdə tələbələr öz buraxılış işlərini startap ideyaları ilə təqdim etsinlər. Növbəti illərdə biz universitet sərhədlərini aşıb bu cür buraxılış festivallarını daha geniş formada təşkil etməyi planlaşdırırıq”.

Sonra universitetin eazi START startap məktəbinin Smart Keyboard, Cam Touch, General Reporting Platform, Multivizor və KubiRub layihələri festival iştirakçılarına təqdim olunub.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə rəhbərlik etdiyi qurumun ölkədə informasiya texnologiyalarının inkişafına xüsusi önəm verdiyini bildirib.

 Nazir bu sahədə vacib istiqamətlərdən birinin müasir elmi nailiyyətlərə əsaslanan ideyaların dəstəklənməsi olduğunu qeyd edib:

"Nazirliyin İKT Fondu, Yüksək Texnologiyalar Parkı, Biznes İnkubasiya Mərkəzində bu sahədə müəyyən işlər görülüb. İnnovasiya sahələrinin inkişafı üçün bir çox startap layihələrinə qrantlar ayrılır. Bu günədək İKT Fondu tərəfindən innovasiya sahələri üzrə 4 qrant müsabiqəsi keçirilib. 600-dən çox layihədən 100-ü maliyyələşdirilib”.

Təhsil naziri Mikayıl Cabbarov ali məktəblərdə startap ideyalarının icrasının həm tələbələr, həm də təhsil müəssisələrinin özləri üçün yeni imkanlar yaratdığını deyib.

Nazir bildirib ki, bu layihələrin həyata keçirilməsi gənclərin sahibkarlıq ruhunun inkişaf etdirilməsi, biznes potensialının artmasına xidmət edir:

 "Biz bu cür layihələri inkişaf etdirmək üçün birlikdə çalışmalıyıq. Startap layihələrinin icrası tələbələrin sahibkarlıq ruhunun inkişaf etdirilməsi ilə yanaşı, ali məktəblərin də əlavə qazanc əldə etməsində müəyyən rol oynaya bilər. Biz bu sahədə vahid milli platformadan çıxış etməliyik. İş adamları, dövlət və özəl şirkətlərlə müzakirələr bu sahəni daha məhsuldar edə bilər”.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov festival iştirakçılarına uğurlar arzulayıb və eazi START startap məktəbinin Smart Keyboard layihəsinin müstəsna müəlliflik hüququnun ADNSU-ya aid olduğunu təsdiqləyən sənədi bu təhsil müəssisəsinin rektoru Mustafa Babanlıya təqdim edib.

Çıxışlardan sonra ADNSU-nun startap məktəbinin daha 6 layihəsi təqdim olunub.

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ADNSU-da startap məktəbinin ilk buraxılış festivalı keçirilib- Foto

ADNSU-da startap məktəbinin ilk buraxılış festivalı keçirilib- Foto

01-07-2016
Startapların patentləşdirilməsi məsələsi müzakirə olunub

Startapların patentləşdirilməsi məsələsi müzakirə olunub

06-06-2018
ADNSU-da Startap məktəbi fəaliyyətə başladı- Fotolar

ADNSU-da Startap məktəbi fəaliyyətə başladı- Fotolar

29-01-2016
ADNSU ilə İRİA-nın əməkdaşlığı genişlənir

ADNSU ilə İRİA-nın əməkdaşlığı genişlənir

18-04-2025
Startap məktəbləri fəaliyyətə başlayacaq

Startap məktəbləri fəaliyyətə başlayacaq

28-11-2015
AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

13-03-2026
ADNSU-da İKT karyera trendləri mövzusunda konfrans keçirilib

ADNSU-da İKT karyera trendləri mövzusunda konfrans keçirilib

28-11-2018
Qalib startaplar təqdimat edib-Foto

Qalib startaplar təqdimat edib-Foto

04-11-2016
Bakıda xarici mütəxəssislər startap seminarları keçir-Foto

Bakıda xarici mütəxəssislər startap seminarları keçir-Foto

19-10-2017
Yeni İnnovasiya Mərkəzi yaradılacaq

Yeni İnnovasiya Mərkəzi yaradılacaq

19-12-2017
İnnovasiyalar həftəsində ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələr təqdim edilib

İnnovasiyalar həftəsində ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələr təqdim edilib

26-10-2018
ADNSU-nun tərkibində İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

ADNSU-nun tərkibində İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

24-11-2025
ADNSU-da startap məktəbi fəaliyyətə başlayır

ADNSU-da startap məktəbi fəaliyyətə başlayır

28-01-2016
BANM-in startap layihələri beynəlxalq müsabiqənin əsas mükafatlarını qazandı

BANM-in startap layihələri beynəlxalq müsabiqənin əsas mükafatlarını qazandı

24-12-2020
Naxçıvanda “Ağıllı şəhər və Ağıllı kənd” Startap Festivalı keçirilib

Naxçıvanda “Ağıllı şəhər və Ağıllı kənd” Startap Festivalı keçirilib

22-05-2026
“AZCLOUD ScaleUp” proqramı ilə 5 startapa 25 000 manatlıq dəstək veriləcək

“AZCLOUD ScaleUp” proqramı ilə 5 startapa 25 000 manatlıq dəstək veriləcək

17-12-2021
Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016
Startap Azərbaycan komandasının Əli Abbasovla görüşü keçirilir

Startap Azərbaycan komandasının Əli Abbasovla görüşü keçirilir

03-07-2015
ADNSU Microsoft həllərindən istifadə edəcək

ADNSU Microsoft həllərindən istifadə edəcək

18-04-2018
İdeyadan Biznesə startap turlarının respublika üzrə qalibləri seçildi

İdeyadan Biznesə startap turlarının respublika üzrə qalibləri seçildi

27-10-2018
Startap ekosisteminin inkişafı müzakirə edilib

Startap ekosisteminin inkişafı müzakirə edilib

30-04-2016
IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

16-02-2026
Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu

Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu

09-10-2018
Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

21-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə