Previous Next
Bağla

Bakıda xarici mütəxəssislər startap seminarları keçir-Foto

19-10-2017 18:04
Bakıda xarici mütəxəssislər startap seminarları keçir-Foto

Bu gün“İnnovasiya ekosisteminin qurulması” adlı seminar öz işinə başlayıb.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Prezident Administrasiyasının  Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyaları naziri Ramin Quluzadə, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, millət vəkilləri, dövlət və özəl sektorun nümayəndələri  iştirak ediblər.

Xeberler.az-ın məlumatına görə, seminarın keçirilməsində məqsəd müvafiq dövlət və özəl  qurumların  birgə innovasiya ekosisteminin təşəkkülü  ilə bağlı  fəaliyyət planının hazırlanmasına dəstək verməkdir.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov insan kapitalının inkişaf etdirilməsi sahəsində dünyanın qabaqcıl təhsil ocaqlarından olan Berkli Kaliforniya, Stenford universitetləri, Global Innovation Catalyst şirkəti ilə əməkdaşlığın ölkəmizin ali təhsil sistemi üçün yeni imkanlar yaradacağını bildirib.

Ölkə rəhbərinin təsdiq etdiyi iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritələri və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məqsədlərindən biri kimi insan kapitalının vacibliyini vurğulayan təhsil naziri bu tədbirin gələcəyə baxış strategiyaları ilə innovasiyaların inkişafına xidmət edəcəyini  bildirib.

Nazir qeyd edib ki, bu üç tərəfli sinerjidə ali təhsil müəssisələri platforma rolunu oynaya bilər. İnnovativ ekosistemin formalaşması və inkişafında sahibkarlıq universitet modelinin günümüzdə daha da aktuallaşdığını qeyd edən Mikayıl Cabbarov Bakı Mühəndislik Universitetinin bu formada fəaliyyət göstərməsi üçün ilk addımlar atdığını bildirib.  

Sonra çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyaları naziri Ramin Quluzadə strateji yol xəritələrində startapların, kiçik və orta sahibkarların biznes bacarıqlarının artırılmasına xüsusi yer verildiyini, iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsi, o cümlədən yüksək texnologiyaların dinamik inkişafı məqsədi ilə dövlət tərəfindən mühüm addımlar atıldığını vurğulayıb.

Daha sonra çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova gənclərin sahibkarlıq fəaliyyətinə başlaması üçün göstərilən dövlət qayğısından danışaraq Azərbaycanda innovativ iqtisadiyyata təkan vermək məqsədi ilə bir sıra tədbirlərin həyata keçirildiyini bildirib.

Rəsmi çıxışlardan sonra Global Innovation Catalyst  şirkətinin qurucusu və sədri Kəmran Elahianın “Qazıntı iqtisadiyyatından innovativ iqtisadiyyata” mövzusunda təqdimatı olub.

Berkli Kaliforniya Universitetinin professoru Qreqori LaBlank “Startap ekosistemi: Silikon Vadisinin əsasları və hökumətin rolu” mövzusunda çıxış edib.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva seminar iştirakçıları ilə görüşüb.

Üç gün davam edəcək seminarda iştirakçılar tərəfindən sahibkarlıq ekosisteminin transformasiyası əsasında bilik əsaslı və innovativ iqtisadiyyatın qurulmasına dair üç illik fəaliyyət planının hazırlanması nəzərdə tutulur.

Seminar çərçivəsində vençur maliyyəsi, sahibkarlıq təhsili, mədəniyyəti mövzusunda təlim və müzakirələr, vençur investorların panel müzakirəsi təşkil olunacaq.

Tədbir Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Mühəndislik Universiteti tərəfindən təşkil olunub.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnnovasiya ekosistemi ilə bağlı seminar davam edir

20-10-2017

Nazirlik milli startap ekosistemin formalaşmasına diqqəti artırır

16-12-2016

Təhsilin İnkişafı Forumu keçirilib.

03-11-2023

II Startap və İnnovasiya Festivalı keçirilib-Foto

16-06-2017

Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi mövzusunda dəyirmi masa keçirilib

24-01-2019

İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

30-11-2023

Mikayıl Cabbarov “iSoftStone” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb

11-03-2026

İnnovasiya həftəsi çərçivəsində Eurasia Innovation Day keçirilir

23-10-2019

“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda panel müzakirəsi keçirilib

30-04-2021

Mikayıl Cabbarov "TikTok"un vitse-prezidenti ilə görüşüb

17-01-2024

AzTU-da universitet-sənaye tərəfdaşlığı çərçivəsində görüş keçirilib

12-06-2024

İnnovasiyalar həftəsində ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələr təqdim edilib

26-10-2018

İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb

11-12-2018

Bakıda “Baku ID” innovasiya festivalı başlayıb

27-06-2024

AMEA-da Biznes İnkubasiya Mərkəzi açılır-Foto

24-07-2017

Azərbaycan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumuna qatılıb

07-11-2025

Prezident nazir Ramin Quluzadəyə yeni vəzifə verib

03-03-2020

Süni intellekt – innovasiyalar və sahibkarlıq üçün imkanlar mövzusunda seminar keçirilib

21-12-2018

Bilik əsaslı iqtisadiyyata keçid: potensial imkanlar mövzusunda forum keçirilib

30-11-2018

İdeyadan Biznesə startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib

12-10-2018

İnnovasiyalar və Texnologiyalar Forumu keçirilib

03-06-2019

“Rəqəmsal biliklərin artırılması iqtisadiyyatın sürətli inkişafına şərait yaradır”

23-06-2023

Xidmət sahələri üzrə təkliflər bazası yaradılıb

28-11-2018

Təhsil Nazirliyi və RİNN arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb

17-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə