Previous Next
Bağla

AZCON Mühəndislik və Texnologiya Məktəbi təsis edilib

14-05-2026 10:41
AZCON Mühəndislik və Texnologiya Məktəbi təsis edilib

AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı və “TUM International GmbH”nın akademik dəstəyi ilə təsis edilən “AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) təqdimat mərasimi keçirilib.

Xeberler.az məlumat verir ki, təqdimat mərasimində elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “TUM International GmbH”nın (TUMint) icraçı direktoru Friederike Hettinger və AzTU-nun rektoru Vilayət Vəliyev çıxış ediblər.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, AZSET proqramı ali təhsildə nəzəri biliklə praktiki təcrübənin daha sıx əlaqələndirilməsi baxımından mühüm təşəbbüsdür. Nazir vurğulayıb ki, müasir əmək bazarında universitetlə sənaye arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qeyd edib ki, yeni təsis edilmiş məktəb Azərbaycanda sənaye və ali təhsil arasında daha praktik, beynəlxalq akademik keyfiyyət standartlarına əsaslanan və gələcəyin texnoloji peşələrinə istiqamətlənmiş innovativ əməkdaşlıq modelini formalaşdırır: “AZSET proqramı Azərbaycanın texnoloji insan kapitalının inkişafına yönəlmiş strateji investisiya kimi dəyərləndirilə bilər. Tələbələr Azərbaycanı tərk etmədən Münhen Texniki Universitetinin keyfiyyət standartlarına uyğun hazırlanmış müasir təhsil proqramı əsasında təhsil alma imkanı əldə edəcəklər”.

“TUM International GmbH”nın (TUMint) icraçı direktoru Friederike Hettinger bildirib ki, bu gün burada Azərbaycanın gələcəyi üçün həm iddialı, həm də strateji əhəmiyyət daşıyan bir tərəfdaşlığı elan etmək mənim üçün böyük şərəfdir.

AzTU-nun rektoru Vilayət Vəliyev çıxışında diqqətə çatdırıb ki, AZSET layihəsi Azərbaycanın rəqəmsal gələcəyinə investisiyadır, universitet-sənaye əməkdaşlığının yeni modelidir və regional texnologiya liderliyinə doğru atılmış strateji addımdır.

Sonra “AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) təsis edilməsinə dair müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində təsis edilmiş AZCON Mühəndislik və Texnologiya Məktəbi Münhen Texniki Universitetinin (TUM) beynəlxalq akademik tərəfdaşlıq platforması olan “TUMint” təşkilatının dəstəyi əsasında fəaliyyət göstərəcək. Beləliklə, dünya səviyyəli akademik təcrübə AZSET proqramının tədris modelinə inteqrasiya olunacaq. “TUM” mütəxəssisləri həm Bakıda əyani formada, həm də onlayn qaydada tədris prosesində iştirak edəcəklər. Tədris prosesi “TUMint”in akademik yanaşması, kurikulumu, tədris metodologiyası və qiymətləndirmə standartları əsasında hazırlıq görmüş müəllimlər tərəfindən həyata keçiriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəşad Həsənov: "AZSET" strateji addımlardan biridir

14-05-2026

AZSET çərçivəsində sənaye sektoru ilə sıx əməkdaşlığın qurulması da nəzərdə tutulur

14-05-2026

AzTU-da universitet-sənaye tərəfdaşlığı çərçivəsində görüş keçirilib

12-06-2024

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

07-03-2024

AzTU ilə “Baykar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

11-04-2025

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

04-04-2023

AzTU-nun İctimai Şurasının onlayn iclası keçirilib

03-09-2020

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

14-03-2024

AzTU-da “6-cı CODE Beynəlxalq Bakı 2023” mövzusunda konfrans keçirilib

05-05-2023

Bakı Ali Neft Məktəbi və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalanıb

27-11-2020

Bakı Ali Neft Məktəbi və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalanıb

27-11-2020

AzTU və Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi arasında müqavilə imzalanıb

12-12-2023

AZCON-a daxil olan şirkətlərin özəlləşdirilməsi müzakirə edilib

30-09-2025

AzTU-ya yeni prorektor təyin olunub

14-08-2021

Nazir: "İT təhsilli məzun sayı əmək bazarının tələbinə tam cavab vermir"

14-05-2026

YTP və ölkənin aparıcı universitetləri strateji əməkdaşlığa imza atıb

14-02-2025

AZCON-un Müşahidə Şurasının ilk iclası keçirilib

11-04-2025

AzTU-nun İctimai şurasının növbəti iclası keçirilib

26-11-2021

BŞTİ və AzTU startap layihələrlə bağlı əməkdaşlığa başlayır

27-01-2023

AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

28-02-2023

Məşhur aviasiya və kosmik şirkət ölkəmizdə yeni layihəyə başladı

10-11-2022

AzTU-da Beynəlxalq Reytinq Agentliyinin nümayəndəsi ilə görüş keçirilib

03-05-2024

AzTU süni intellektəsaslı təcrübə portalını təqdim edib

02-06-2026

İstanbul Texniki Universitetinin nümayəndələri AzTU-da olub

08-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə