Previous Next
Bağla

Təhsil arayışları elektron formada veriləcək

25-11-2015 17:27
Təhsil arayışları elektron formada veriləcək

Bu gün  “Elektron Hökumət” portalının operatorunun və  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətli nümayəndələri ilə görüş keçirilib.

Portaldan Xeberler.az-a verilən məlumata görə, görüşdə "Elektron hökumət" portalına inteqrasiya olunmuş "Tələbə-Məzun dövlət elektron sistemi” ilə əlaqədar texniki, proqram və prosedur məsələlər ətraflı müzakirə edilib.

Məlum olduğu kimi, "Tələbə-məzun" dövlət elektron məlumat sistemi "Elektron Hökumət" portalına inteqrasiya edilib və  hazırda vətəndaşlarımz portal üzərindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 15 elektron xidmətini əldə edə bilirlər. Portal istifadəçiləri həmçinin “Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış”ı avtomatik olaraq formalaşdıraraq həm çap edə, həm də elektron şəkildə aidiyyatı quruma göndərə bilərlər.

Görüş zamanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının "Elektron Hökumət" portalı üzərindən təhsil barədə çıxarışın əldə edilməsi layihəsində əks əlaqə imkanının yaradılması məsələsi ayrıca müzakirə edilib.

Vətəndaş məmnuniyyətini diqqətdə saxlayan qurum, portal üzərindən əks əlaqənin təşkili üçün xüsusi elektron müraciət forması tətbiq etməyi planlaşdırır.  

Elektron müraciət formasında fərdin portal vasitəsilə identikləşdirilməsini, habelə, daxil olan müraciətlərin əlaqədar təhsil müəssisələr üzrə yönləndirilməsini mümkün edəcək üstünlüklər də nəzərə alınıb.

Belə ki, "Tələbə-Məzun" dövlət elektron sistemi üzrə elektron müraciətin formalaşdırılması zamanı  fərdin kimliyi avtomatik müəyyən olunacaq, əlaqədar təhsil müəssisəsi seçilməklə tələb olunan müvafiq məlumatlar və müraciət qeyd olunacaq.

Müzakirələr zamanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sektor müdiri Sahib Mərdanov elektron müraciət üzrə müvafiq servisin artıq hazır olduğunu qeyd edib.

Toplantıda "Tələbə-Məzun" dövlət elektron sistemi ilə əlaqədar vətəndaş qurum arasında münasibətlərin elektron təşkili üzrə bütün təfərrüatlar müzakirə edilib, servisin portalda aktivləşdirilməsi üçün tələb olunan texniki şərtlər səsləndirilib.

Görüşdə MHM-in nümayəndələri tərəfindən qeyd olunub ki, “Fərdi məlumatlar haqqında Qanun”un tələblərinə uyğun olaraq, İnformasiya sistemlərinin portala qoşulmasını sürətləndirmək, informasiya sistemlərində subyektlər haqqında toplanmış məlumatların subyektə təqdim edilməsi üçün, fərdi məlumatlar haqqında qanunun tələblərinə uyğun olaraq elektron hökumət sistemində  qurumlararası servislər bölməsi yaradılıb.  Servislər vasitəsilə subyektlər özləri haqda toplanmış məlumatların səhihliyinə nəzarət etmək imkanı əldə etmiş olacaqlar.

Bundan başqa, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri ilə “Elektron Hökumət” portalı üzərindən digər qurumlarla inteqrasiya məsələləri barədə müzakirələr aparılıb.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Vahid Miqrasiya Məlumat Sistemi” müzakirə edildi

“Vahid Miqrasiya Məlumat Sistemi” müzakirə edildi

29-10-2015
Daha bir qurum “Elektron Hökumət” portalına qoşulur

Daha bir qurum “Elektron Hökumət” portalına qoşulur

21-10-2015
Tələbə-məzun dövlət elektron məlumat sisteminə daha bir nazirlik qoşulur

Tələbə-məzun dövlət elektron məlumat sisteminə daha bir nazirlik qoşulur

21-07-2015
“Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib

“Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib

14-07-2015
Elektron qaydada verilən arayışların sayı 10-a çatıb

Elektron qaydada verilən arayışların sayı 10-a çatıb

30-10-2015
“Elektron hökumət” portalına yeni xidmətlər əlavə edilib

“Elektron hökumət” portalına yeni xidmətlər əlavə edilib

28-08-2015
Gömrük xidmətləri sadələşdirilir

Gömrük xidmətləri sadələşdirilir

09-12-2015
TQDK yeni elektron xidmət istifadəyə verib

TQDK yeni elektron xidmət istifadəyə verib

07-06-2016
Tələbələr təhsil haqqını onlayn ödəyəcək

Tələbələr təhsil haqqını onlayn ödəyəcək

11-09-2015
Daha bir kredit təşkilatı portala qoşulub

Daha bir kredit təşkilatı portala qoşulub

05-07-2016
Hansı qurum elektron hökumət quruculuğu sahəsində aktivdir?

Hansı qurum elektron hökumət quruculuğu sahəsində aktivdir?

07-12-2016
Hansı elektron arayış daha populyardır?

Hansı elektron arayış daha populyardır?

07-10-2015
 Portalda ən çox müraciət olunan sahələr açıqlanıb

Portalda ən çox müraciət olunan sahələr açıqlanıb

06-03-2017
TQDK ilə RYTN-in məsul şəxsləri görüşdü

TQDK ilə RYTN-in məsul şəxsləri görüşdü

19-02-2015
SABAH qruplarından yeni elektron sistem

SABAH qruplarından yeni elektron sistem

04-12-2017
E-xidmətlərdən istifadə edənlərin sayı artıb

E-xidmətlərdən istifadə edənlərin sayı artıb

05-07-2015
“Azərişıq ASC” “Elektron hökumət” portalına inteqrasiya olunur

“Azərişıq ASC” “Elektron hökumət” portalına inteqrasiya olunur

06-05-2015
Ünvanlı dövlət sosial yardım sistemi təkmilləşdirilir

Ünvanlı dövlət sosial yardım sistemi təkmilləşdirilir

26-08-2015
 Portaldakı elektron xidmətlərin sayı 424-ə çatdırılıb

Portaldakı elektron xidmətlərin sayı 424-ə çatdırılıb

11-04-2016
Ən çox müraciət olunan e-xidmətlərin adları açıqlanıb

Ən çox müraciət olunan e-xidmətlərin adları açıqlanıb

24-11-2015
Daha bir Dövlət Agentliyinin xidməti Portala  qoşulacaq

Daha bir Dövlət Agentliyinin xidməti Portala qoşulacaq

14-08-2015
Portal üzərindən ən çox hansı qurumlara müraciət olunub?

Portal üzərindən ən çox hansı qurumlara müraciət olunub?

11-06-2016
Daha bir xidmət “Elektron hökumət” portalına qoşuldu

Daha bir xidmət “Elektron hökumət” portalına qoşuldu

02-02-2015
E-arayışlardan istifadə edənlər çoxalır

E-arayışlardan istifadə edənlər çoxalır

28-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə