Previous Next
Bağla

Hansı qurum elektron hökumət quruculuğu sahəsində aktivdir?

07-12-2016 13:23
Hansı qurum elektron hökumət quruculuğu sahəsində aktivdir?

"Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən bu ilin 3 rübü ərzində  portalın xidmətlərindən ən çox istifadə edilən sahələr açıqlanıb.

E-xidmətlərindən ən çox istifadə olunan qurumlar:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) -4570597

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)-4245812

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN)-4047190

Statistik məlumata görə, TQDK-nın e-xidmətlərindən 3 rüb ərzində ümumilikdə 4245812 dəfə istifadə edilib.

Xeberler.az olaraq e-xidmətləri daha populyar olan qurumlarn elektron hazırlığı ilə ətraflı maraqlandıq. 

TQDK-dan saytımıza verilən məlumata görə, ümumilikdə 9 ay ərzində qurumun e-xidmətlərindən istifadə sayı 5366942 dəfə olub.

Ən çox istifadə edilən isə “Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və  ya qısa mesaj (SMS) vasitəsilə verilməsi” xidməti olub ( 2387349) .

Daha sonra “TQDK-nın virtual ödəmə kartlarının onlayn və qısa mesaj (SMS) vasitəsilə satışı” ( 399617) və “Namizədlərə onların cavab kartlarının qrafik təsvirlərinin internet vasitəsilə verilməsi” (337445)  e-xidmətlərindən daha çox istifadə edilib.

O cümlədən mobil texnologiyalar ( bütün mobil operatorlar) əsasında qurulmuş xidmətlərdən istifadə sayı da açıqlanıb.

“Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi” mobil xidmətindən 590639, “TQDK-nın virtual ödəmə kartlarının onlayn və qısa mesaj (SMS) vasitəsilə satışı”  xidmətindən 329841, “TQDK-nın yenilikləri barədə SMS məlumatlandırma” xidmətindən isə 887 dəfə istifadə edilib.

Məlumat verdiyimiz kimi, ötən il TQDK “Tələbə-məzun” və “Şagird və məzun”  e-xidmətlərini yaradaraq portala inteqrasiya etdi.

Belə ki, portal istifadəçiləri həmçinin “Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış”ı avtomatik olaraq formalaşdıraraq həm çap edə, həm də elektron şəkildə aidiyyatı quruma göndərə bilərlər.

“Tələbə-Məzun" dövlət elektron sistemi üzrə elektron müraciətin formalaşdırılması zamanı  fərdin kimliyi avtomatik müəyyən olunur, əlaqədar təhsil müəssisəsi seçilməklə tələb olunan müvafiq məlumatlar və müraciət qeyd olunur.

“Şagird-məzun” sistemindən 9 ay ərzində 16688 dəfə istifadə edilib.

Məlumata görə, TQDK-nın 15 elektron xidmət var və hamısı "Elektron hökümət" portalına inteqrasiya olunub:

Bakalavrların bakalavr pilləsinə qəbul olmaq üçün təqdim etdikləri ərizələrin iş nömrələrinin axtarışı

İnternetdə video mühazirələr

Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi

Namizədlərə onların cavab kartlarının qrafik təsvirlərinin internet vasitəsilə verilməsi

Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi

Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu

Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu

Onlayn sınaq imtahanının keçirilməsi

Sınaq imtahanına yazılış

TQDK nəşrlərinin və onların elektron versiyalarının onlayn satışı

TQDK-nın virtual ödəmə kartlarının onlayn və qısa mesaj (SMS) vasitəsilə satışı

TQDK-nın yenilikləri barədə SMS məlumatlandırma

Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılan təhsilalanların TQDK-nın "Şagird-məzun sistemi"ndə özləri haqqında məlumatları internet vasitəsilə yoxlaması

Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış

Vətəndaşların TQDK-nın rəhbərliyinin və məsul işçilərinin qəbuluna onlayn yazılması

Bununla yanaşı, hazırda TQDK "Nəzarətçilərin elektron qeydiyyatı"nı da həyata keçirir.

Belə ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi tələb olunan məlumatların daxil edilməsi üçün noyabrın 21-dən dekabrın 9-dək aktivdir.

Ümumiyyətlə, TQDK elektron hökumət quruculuğu prosesində ən aktiv iştirak edən qurumlardandır desək, yanılmarıq.  Xatırladaq ki, bu qurum həm də bu sahədə ilk addım atanlardan olub.

Uzun illər addım-addım öz xidmətlərini, abituriyent-TQDK münasibətlərini, vətəndaşlarla olan münasibətləri demək olar ki, tamamilə elektronlaşdırıb.

Qurum “Elektron hökumət” portalı ilə sıx əməkdaşlıq edərək özünün bütün xidmətlərini portala da inteqrasiya edə bilib.

Şagirdlər, tələbələrlə bağlı məlumat bazalarını təmizləmək, dəqiqləşdirmək , yeniləmək nə qədər çətin olsa da, TQDK digər əlaqəli qurumlarla birgə bu sahədə təkmil bir sistem qura bilib.

TQDK həm də bu sahədə peşəkar kadrlara malik olan azsaylı dövlət qurumlardandır.

Yeri gəlimşkən, qeyd etmək istərdik ki,  ali və orta təhsil müəsissələrində hələlik elektron hökumət quruculuğu istiqamətində ciddi problemlər qalmaqdadır. Xüsusilə də uzun müddətdir təhsil sisteminin informasiyalaşması ilə bağlı sistemli bir yanaşma olmadığından və bu sahədə dövlət proqramının qəbulunun ləngiməsi  də bütövlükdə təhsilin elektronlaşması prosesini uzadıb.

Hələ də ali təhsil sistemində oflayn informasiya münasibətləri, kağız sənədləşmənin üstünlük təşkil etdiyini də vurğulamaq istərdik.

Bütün bunları nəzərə alaraq hesab edirik ki, bu sahədə, təhsil xidmətlərinin elektron formaya keçirilməsində, onlayn informasiya münasibətlərinin qurulmasında  TQDK-nın informasiya sistemlərindən, onun təcrübəsindən və potensialından istifadə etmək faydalı olardı.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İl ərzində TQDK-nın elektron xidmətlərindən istifadə edənlərin sayı açıqlandı

06-05-2015

Azərbaycanda ən çox istifadə olunan elektron hökumət xidmətləri

12-08-2014

TQDK onlayn sınaq imtahanı keçirir

10-03-2015

Ən çox istifadə olunan e-xidmətlərin SİYAHISI

10-08-2015

Sınaq imtahanına elektron yazılış başladı

30-03-2015

Rezidenturaya hazırlaşanlar üçün onlayn sınaq imtahanı keçirilir

29-06-2015

Ən çox istifadə olunan e-xidmətlərin siyahısı açıqlanıb

09-06-2015

Ödəmə kartları satışda

06-01-2011

TQDK sınaq imtahanının nəticələrini açıqladı

22-04-2015

TQDK yeni elektron xidmət istifadəyə verib

07-06-2016

TQDK ilə RYTN-in məsul şəxsləri görüşdü

19-02-2015

Sonuncu sınaq imtahanının nəticələri açıqlandı

06-05-2015

Boş qalan yerlərə elektron qaydada ixtisas seçimi başlayır

13-08-2015

Abituriyent jurnalının növbəti sayının elektron versiyası təqdim edilib

23-07-2015

TQDK dekabrın 5-də növbəti SAT imtahanını keçirəcək

02-12-2015

TQDK məktəb direktorlarına onlayn cavab verəcək

07-05-2015

TQDK ödəmə kartlarının elektron satışı üçün yeni sistem tətbiq etməyə başlayır

06-05-2009

Portala ən çox hansı sahələr üzrə müraciət edilib?

08-09-2016

TQDK sədrinin qəbuluna gələnlər elektron müraciət forması doldurmalıdır

05-05-2015

“TQDK işlərin öhdəsindən texnologiyaların köməyilə gələ bildi”

17-09-2015

Qəbul imtahanının nəticələri açıqlandı

26-05-2015

“Nəzarətçilərin elektron qeydiyyatı” yekunlaşıb

04-12-2015

“Elektron Hökumət” portalında ən çox hansı xidmətlərdən istifadə edilib?

05-08-2015

“Bu ay TQDK 1 milyon 16 min elektron xidmət göstərib”

01-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə