Previous Next
Bağla

Ən çox müraciət olunan e-xidmətlərin adları açıqlanıb

24-11-2015 12:11
Ən çox müraciət olunan e-xidmətlərin adları açıqlanıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi bu il  “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsi ilə ən çox müraciət olunan elektron xidmətlərin və təminatçılarının adlarını açıqlayıb.

Mərkəzdən Xeberler.az-a verilən məlumata görə, cari ildə ali məktəblərə qəbul üzrə proseslər, müraciətlərin elektron qəbulundan imtahan nəticələrinin öyrənilməsinə qədər bütün mərhələlər portal  üzərindən icra edilib. Buna görə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015-ci ilin ən çox müraciət olunan xidmət təminatçıları arasında yer alıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də cari il ərzində vətəndaşların ən çox müraciət etdiyi dövlət qurumlarından olub. Belə ki,  RYTN-in “Mobil cihazların IMEI kodunun yoxlanılması”, “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Telefon nömrəsi üzrə axtarış” və s. e-xidmətləri aktual istifadə olunan xidmətlərdir.

Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətləri portal üzərindən ən çox istifadə olunan xidmətlər sırasında qərarlaşıb.

Dövlət Sosial Müdafiə Fondunun 17 elektron xidməti arasında sığortaolunan və sığortaedən tərəflərlə bağlı xidmətlər il ərzində ən çox istifadə edilənlərdən olub. Belə ki, “Sığortaolunanlara məlumatların verilməsi” xidməti işçilərə sığortaolunan illər üzrə ödənişlər və pensiya kapitalı barədə dəqiq məlumat verməklə vətəndaşın fərdi məlumatlarını açıq və əlçatan edir.

Cari ilin keçən dövrü ərzində elektron sənəd mübadiləsində yeniliyin və rahatlığın təminatçısı olan “Elektron Çıxarışlar” (Arayışlar) sənədləşmə prosesinin və istifadəçilərin kağız yükündən azad olmasına xidmət etməklə portal üzərindən fərdə məxsus 12 növ məlumatı elektron formalaşdırmağa, çap edərək və onlayn olaraq tələb olunan quruma ötürməyə icazə verib. Qeyd edək ki, “Elektron Çıxarışlar” bölməsi “Elektron hökumət” portalının operatorunun təşəbbüsü ilə yaradılıb.

Daxili İşlər Nazirliyinin “FİN-ə görə fərdi məlumatların axtarışı”, “Rüsum və cərimələrin ödənişi”, “Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar” xidmətlərinin elektronlaşması bu gün artıq portal üzərindən vətəndaşlara cərimə barədə bildirişlərin göndərilməsinə şərait yaradır.

Təhsil  Nazirliyi cari ildə fərdə məxsus üç növ məlumatı - “Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış”, “Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış” və “Diplom haqqında məlumatlar”ı vətəndaşlara açıq edib. Diplom haqqında məlumatların onlayn əldə olunması xüsusilə vətəndaşlar tərəfindən uzun müddətdir gözlənilən xidmətlərdəndir.

Xalqın suveren hüquqlarının təminatçısı olan seçki prosesinin rahat təşkili üçün Mərkəzi Seçki Komissiyası tərəfindən portala inteqrasiya edilmiş 5 növ informativ xidmət və onlayn müraciət xidməti bu gün vətəndaşlar tərəfindən ən çox istifadə olunan xidmətlərdir.

Dövlət Gömrük Komitəsinin 4-ü qeydiyyatsız olmaqla təmin etdiyi 8 elektron xidmət cari ildə aktual müraciət olunanlar sırasındadır.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ən çox istifadә olunan elektron xidmәtlәr hansılardır?

09-04-2013

Nazirlik ən çox istifadə olunan e-xidmətləri açıqladı

14-04-2015

Nazirlik e-xidmətindən istifadə edənlərin sayını açıqladı

08-12-2015

Ən çox istifadə olunan e-xidmətlərin SİYAHISI

10-08-2015

Cərimə və rüsumların ödənişi ilə bağlı yeni qayda

12-02-2015

Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

08-06-2018

“Elektron Hökumət” portalında ən çox hansı xidmətlərdən istifadə edilib?

05-08-2015

Portal üzərindən ən çox hansı qurumlara müraciət olunub?

11-06-2016

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015

Biznes sahəsinə aid olan elektron xidmətlər və xidmət təchizatçılarının adları açıqlanıb

22-06-2015

Ən çox istifadə olunan elektron xidmətlərin statistikası açıqlandı

07-10-2016

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015

Nazirliyin e-xidmətlərindən 170 min istifadə qeydə alınıb

10-06-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

11-08-2015

İş yeri üçün elektron arayış alanların sayı artıb

10-10-2016

“Elektron hökumət” portalı üzərindən ən çox hansı qurumlara müraciət olunub?

12-01-2016

Ən çox hansı e- arayışdan istifadə olunur?-Siyahı

01-08-2017

E-xidmətlərin siyahısına bu dəfə ümumilikdə 7 təchizatçı tərəfindən təqdim olunan 20 xidmət daxil edilib

19-05-2014

Portalda ən çox müraciət olunan sahələr açıqlanıb

06-03-2017

Əmək müqaviləsi bildirişləri üzrə e-müraciətlər 5,3 faiz artıb

26-12-2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 5,4 milyon müraciət olub

15-07-2019

Əhalinin daha çox tələbat duyduğu elektron xidmətlərin siyahısı müəyyənləşib

15-01-2014

Mobil telefonların IMEI-kodlarının qeydiyyat müddəti uzadıldı

01-06-2015

Əmək müqaviləsi bildirişini elektron alanların sayı açıqlandı

27-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə