Previous Next
Bağla

Təhsil Nazirliyi, Bakcell və AzEduNet arasında əməkdaşlıq protokolu imzalanıb

06-03-2019 12:14
Təhsil Nazirliyi, Bakcell və AzEduNet arasında əməkdaşlıq protokolu imzalanıb

Martın 5-də Təhsil Nazirliyi, Bakcell və “AzEduNet” şirkətləri arasında əməkdaşlıq haqqında protokolun imzalanması mərasimi keçirilib.

Xeberler.az  bildirir ki, əməkdaşlıq protokolunu təhsil nazirinin müavini İdris İsayev, “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers və “AzEduNet” şirkətinin direktoru Natiq Yəhyayev imzalayıb. Protokolun imzalanmasında məqsəd ucqar kəndlərdə yerləşən, şagird sayı 60-a qədər olan 700-ə qədər ümumtəhsil müəssisəsində Azərbaycan Təhsil Şəbəkəsi vasitəsi ilə internet və şəbəkə xidmətlərinə çıxışın təmin edilməsidir. Əməkdaşlıq çərçivəsində hər ümumtəhsil müəssisəsi Bakcell şirkəti tərəfindən təmənnasız olaraq 3 il müddətində inzibati-idarəetmə məqsədləri üçün aylıq internet trafiki və data kart, Azərbaycan Təhsil Şəbəkəsinin operatoru olan “AzEduNet” şirkəti tərəfindən isə şəbəkənin resurslarına limitsiz çıxış imkanı və texniki dəstək xidməti ilə təmin ediləcək. Tərəflər həmçinin Bakcell şirkətinin təhsil sahəsinə aid korporativ sosial məsuliyyət layihələri çərçivəsində birgə əməkdaşlıq səylərini daha da gücləndirəcəklər.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev bildirib ki, müasir təhsil konsepsiyasının uğurlu icrasını şərtləndirən amillərdən biri təhsil müəssisələrinin şəbəkə infrastrukturu ilə təmin olunmasıdır. Bu baxımdan ölkədə ən böyük daxili təhsil şəbəkəsi olan və tədris prosesində innovativ mexanizmlərin tətbiqi üçün geniş imkanlar yaradan Azərbaycan Təhsil Şəbəkəsinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Nazir müavini qeyd edib ki, son illər şəbəkəyə qoşulmuş təhsil müəssisələrinin internet və intranet xidmətləri ilə təminatı, elektron təhsil resursları və idarəetmə sistemləri ilə təchiz edilməsi, tədris prosesində nəzarətin və qərarvermənin rəqəmsallaşdırılması istiqamətləri üzrə işlər həyata keçirilir. Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bu əməkdaşlığın ölkədə təhsilin inkişafı və müasir texnologiyaların tətbiqi baxımından strateji xarakter daşıdığını vurğulayıb. Nikolai Beckers diqqətə çatdırıb ki, Bakcell özünün genişmiqyaslı korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqətdə saxlayır və ölkədə təhsilin inkişaf etdirilməsinə töhfə verməyə çalışır. “Bakcell”in baş icraçı direktoru Təhsil Nazirliyi ilə birgə fəaliyyətin uğurlu olacağına əminliyini bildirib. Tədbirdə Bakcell və “AzEduNet” şirkətləri tərəfindən ucqar kəndlərdə yerləşən ümumtəhsil müəssisələrinin təmənnasız şəbəkə imkanları ilə təminatı yüksək qiymətləndirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Təhsil avtobusu – Nəsimi yay məktəbi reallaşıb

Təhsil avtobusu – Nəsimi yay məktəbi reallaşıb

31-07-2019
“Bakcell”dən müəllimlər üçün xüsusi tarif

“Bakcell”dən müəllimlər üçün xüsusi tarif

06-11-2020
Bakcell və Premium Bank arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakcell və Premium Bank arasında əməkdaşlıq memorandumu imzalanıb

24-01-2019
Rektor yeni memorandumu şərh etdi

Rektor yeni memorandumu şərh etdi

17-12-2017
Rayon məktəblərinə sürətli internet çəkilir

Rayon məktəblərinə sürətli internet çəkilir

19-08-2015
Təhsil Avtobusu-2018 yay məktəbinin təşkilatçıları Bakcell-i mükafatlandırdı

Təhsil Avtobusu-2018 yay məktəbinin təşkilatçıları Bakcell-i mükafatlandırdı

15-10-2018
AzEduNet şirkəti “Virtual Məktəb” platformasının davamlı işləməsində  dəstək göstərir

AzEduNet şirkəti “Virtual Məktəb” platformasının davamlı işləməsində dəstək göstərir

08-04-2021
Bakcell daha bir universitetdə əmək yarmarkasına qatılıb

Bakcell daha bir universitetdə əmək yarmarkasına qatılıb

12-03-2018
Bakcell şirkətinin baş icraçı direktoru Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə Heyətinə üzv seçilib

Bakcell şirkətinin baş icraçı direktoru Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə Heyətinə üzv seçilib

10-10-2018
İlin sonunadək 500 təhsil müəssisəsi Azedunet-ə qoşulacaq

İlin sonunadək 500 təhsil müəssisəsi Azedunet-ə qoşulacaq

09-11-2009
Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

19-05-2026
Bakcell-in dəstəyi ilə Yay Məktəbi başlayır

Bakcell-in dəstəyi ilə Yay Məktəbi başlayır

21-07-2017
Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

11-12-2018
 Azərbaycan təhsil şəbəkəsi yaradılır

Azərbaycan təhsil şəbəkəsi yaradılır

18-02-2009
 Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017
TOPs proqramı çərçivəsində yeni layihənin təqdimatı keçirilib

TOPs proqramı çərçivəsində yeni layihənin təqdimatı keçirilib

15-10-2015
BİRLink yeni “Təhsil” tarifini təqdim edir

BİRLink yeni “Təhsil” tarifini təqdim edir

09-06-2020
Bakcell Təhsil Avtobusu-2018 Yay Məktəbinə dəstək göstərir

Bakcell Təhsil Avtobusu-2018 Yay Məktəbinə dəstək göstərir

20-07-2018
AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018
Bakcell Gəncədə məzun yarmarkasına qatılıb

Bakcell Gəncədə məzun yarmarkasına qatılıb

06-06-2018
“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

09-09-2024
Azərbaycan Təhsil Şəbəkəsinə 200 təhsil müəssisəsi qoşulub

Azərbaycan Təhsil Şəbəkəsinə 200 təhsil müəssisəsi qoşulub

23-06-2009
Bakcell və Ultra Microsoft Enterprise müqaviləsi imzalayıb

Bakcell və Ultra Microsoft Enterprise müqaviləsi imzalayıb

07-09-2010
Azərbaycanda ilk dəfə 600 Mbps mobil sürəti nazirə təqdim edilib

Azərbaycanda ilk dəfə 600 Mbps mobil sürəti nazirə təqdim edilib

05-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə