Previous Next
Bağla

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017 14:16
 Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Orxan Abbasov,Azərbaycan Təhsil Şəbəkəsinin (AzEduNet) nümayəndələri, şəbəkənin direktoruNatiq Yəhyayev, icraçı direktoru Renat Vitkalov və texnoloji direktoru Denis Rotkin ilə görüş keçirilib.

Xeberler.az-ın məlumatına görə, görüşdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev, AzScienceNet şəbəkəsinin administratoru Məmməd Rəşidov və digər əməkdaşlar iştirak edib.

Əsas məqsəd institutun AzScienceNet elm-kompüter şəbəkəsi ilə AzEduNet arasında əməkdaşlıq perspektivləri, həmçinin elm və təhsilin inteqrasiyasına dair fikir mübadiləsi aparmaq idi.

Öncə akademik R.Əliquliyev AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərən AzScienceNet haqqında məlumat verərək şəbəkənin Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin etdiyini deyib.

İnstitut direktoru bildirib ki, AMEA-nın elmi qurumlarında idarəetmə və aparılan elmi-tədqiqat işlərinin səmərəliyinin yüksəldilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi üçün elmi fəaliyyətin İKT-nin tətbiqi ilə yenidən qurulması aktual məsələlərdəndir. Bu baxımdan, AMEA-nın institut və təşkilatlarının İnternet xidmətləri ilə dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirən AzScienceNet böyük əhəmiyyətə malikdir.

Ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında AzScienceNet-in böyük imkanlara malik olduğunu bildirən alim AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib.

O qeyd edib ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də AzScienceNet və Data Mərkəzin xidmətlərindən yararlana bilər.

Alim AzScienceNet-in beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində görülən işlərdən söz açaraq qeyd etdi ki, bu məqsədlə İnformasiya Texnologiyaları İnstitutu Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktura – GEANT layihəsinə qoşulub. AzScienceNet ölkəmizi GEANT Assosiasiyasında, həmçinin onun layihələrində təmsil edərək 40-dan çox ölkə ilə əməkdaşlıq əlaqələri qurub.

Sonra Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Orxan Abbasov Azərbaycan Təhsil Şəbəkəsi haqqında məlumat verib.  O. Abbasov bildirib  ki, AzEduNet ölkənin orta ümumtəhsil məktəbləri və peşə məktəblərinin bu şəbəkəyə qoşulmasını və şəbəkənin təqdim etdiyi xidmətlərdən istifadəsini nəzərdə tutur. AzEduNet-ə qoşulmuş müəssisələr arasında Təhsil Nazirliyi, Bakı şəhər Təhsil İdarəsi, Bakı, Sumqayıt, Gəncə, Şəmkir və digər şəhərlərdə yerləşən orta məktəblər və digər təhsil qurumları var.

O.Abbasov AzScienceNet ilə AzEduNet şəbəkələri arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişafını yüksək qiymətləndirərək bu prosesdə Təhsil Nazirliyi tərəfindən lazımi dəstəyin göstəriləcəyini dedi.

Sonra qonaqlar institutun Tədris-İnnovasiya Mərkəzində olub. Rəşid Ələkbərov onlara Mərkəzin fəaliyyəti haqqında məlumat verərək, ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu prosesinin burada həyata keçirildiyini qeyd edib.

Daha sonra qonaqlar AzScienceNet-in Verilənlərin Emalı Mərkəzi ilə tanış olub. R.Ələkbərov şəbəkənin idarəetmə strukturunu təqdim edərək bildirdi ki, Data Mərkəz, İnternet xidmətləri mərkəzləri, Şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olan AzScienceNet vasitəsilə AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarına Wi-Fi, Cloud Computing, Cloud Storage, Klaster Hesablama, Hosting, Eduroam, IP Telefoniya, paylanmış çoxterminallı məlumat xidməti, operativ məlumatlandırma, e-kitabxana, distant tədris və s. xidmətlər göstərilir.

O, AzScienceNet-in İnternetə çıxış sürətinin illər üzrə inkişaf dinamikasını təqdim etdi, şəbəkənin İnternetə qoşulma sürətinin 1,41 Gbit/s, hesablama gücünün 17 Tflops, xarici yaddaşının həcminin isə 400 Tbayt-a bərabər olduğunu diqqətə çatdırıb.

Sonda qeyd olunub ki, AzEduNet ilə AzScienceNet şəbəkələrinin inteqrasiyası təmin olunduqdan sonra Təhsil Nazirliyinin, ali məktəblər və digər təhsil qurumlarının alim və mütəxəssisləri, doktorant və dissertanlarının AzScienceNet-in Wi-Fi, Eduroam, Cloud Computing, Hostinq kimi xidmətlərindən istifadəsinə imkan yaranacaq.

Görüşdə, həmçinin iki şəbəkə arasında birgə seminar və konfransların təşkili, kadr və təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində  müzakirələr aparıldı, müvafiq qərarlar qəbul olunub.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018
10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017
AzScienceNet-in imkanları genişləndirilir

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017
Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

08-10-2016
AzScienceNet-in fəaliyyəti gücləndirilir

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016
Doktorluq imtahanları distant formada keçirilib

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017
“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” müzakirə olunacaq

“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” müzakirə olunacaq

29-03-2015
AzScienceNet şəbəkəsinin Əsasnaməsi hazırlanıb

AzScienceNet şəbəkəsinin Əsasnaməsi hazırlanıb

13-07-2020
İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

29-03-2019
AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

07-10-2016
“Ölkədə distant tədris mərkəzlərinin  sayı artırılacaq”

“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016
Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017
Yeni institut AzScienceNet-ə qoşuldu

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017
E-kitabxana sistemlərinin təhlükəsizliyi müzakirə edilib

E-kitabxana sistemlərinin təhlükəsizliyi müzakirə edilib

04-04-2016
18 təhsil müəssisəsi AzScienceNet şəbəkəsinə qoşulub

18 təhsil müəssisəsi AzScienceNet şəbəkəsinə qoşulub

20-09-2019
AzScienceNet-in  İnternet Xidmətləri Mərkəzinin açılışı olub

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzinin açılışı olub

19-10-2016
AzScienceCert-in fəaliyyəti genişləndirilir

AzScienceCert-in fəaliyyəti genişləndirilir

09-02-2016
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

25-06-2015
AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023
Elektron elmin inkişafı müzakirə olunub

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019
İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

23-07-2020
İnstitutda mobilliyi və çevikliyi təmin edən maddi-texniki baza formalaşdırılmalıdır

İnstitutda mobilliyi və çevikliyi təmin edən maddi-texniki baza formalaşdırılmalıdır

08-06-2020
Aleksandr Sergeyev İnformasiya Texnologiyaları İnstitutunda olub

Aleksandr Sergeyev İnformasiya Texnologiyaları İnstitutunda olub

22-05-2019
AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi genişləndirilib

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi genişləndirilib

27-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə