Previous Next
Bağla

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018 17:14
AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycanda elm və təhsil sahələrinin inteqrasiyasında AzScienceNet elm kompüter şəbəkəsi böyük imkanlara malikdir. Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələri qurulub. AMEA-nın elmi-tədqiqat müəssisələri ilə yanaşı, ölkəmizin təhsil müəssisələri də institutun AzScienceNet şəbəkəsi və Data Mərkəz-in xidmətlərindən yararlana bilər.

Xeberler.az məlumat verir ki, bu barədə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu ilə Azərbaycan Təhsil Şəbəkəsinin birgə keçirdiyi müşavirədə açıqlama verilib.

Belə ki, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov AzScienceNet-in beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində görülən işlərdən söz açaraq qeyd edib ki, bu məqsədlə institut Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən GEANT şəbəkəsinə qoşulub. AzScienceNet ölkəmizi GEANT Assosiasiyasında, həmçinin onun layihələrində təmsil edərək 40-dan çox ölkə ilə əməkdaşlıq əlaqələri qurub.

R.Ələkbərovun sözlərinə görə, AzScienceNet və AzEduNet şəbəkələri arasında inteqrasiyanın təmin olunması nəticəsində ali məktəblər və digər təhsil qurumlarının alim və mütəxəssisləri, doktorant və dissertanlarının GEANT şəbəkəsi tərəfindən təqdim olunan çoxsaylı xidmətlərindən istifadəsinə geniş imkanlar yaradılıb.

Bildirək ki, artıq ölkəmizin 13 ali məktəbinin AzScienceNet şəbəkəsinə qoşulduğunu deyən direktor müavini digər ali məktəblərdə bu istiqamətdə işlərin davam etdirildiyini vurğulayıb. Alim qeyd olunan işlər çərçivəsində ölkəmizin ali təhsil müəssisələrinə fiber-optik əlaqə kanallarının çəkilməsi, virtual hesablama resurslarının verilməsi, Cloud Computing və digər xidmətlərdən istifadə, GEANT şəbəkəsi daxilində yüksəksürətli internetə çıxışın təmin olunması məqsədilə IP-giriş imkanlarının verilməsi istiqamətində tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Qeyd edək ki, sonra çıxış edən AzEduNet-in icraçı direktoru Renat Vitkalov müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi ilə tədrisin keyfiyyətinin yüksəldilməsi, təhsil sisteminin informasiyalaşdırılması və İKT infrastrukturunun inkişafı sahəsində ölkəmizdə əhəmiyyətli tədbirlərin həyata keçirildiyini bildirib. O, həmçinin GEANT ilə əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətindən danışaraq bildirib ki, AzScienceNet şəbəkəsi vasitəsilə GEANT-a qoşulma Azərbaycan təhsil müəssisələrində aparılan elmi tədqiqatların səmərəliliyinin artırılmasında böyük rola malikdir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017

18 təhsil müəssisəsi AzScienceNet şəbəkəsinə qoşulub

20-09-2019

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023

İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

29-03-2019

Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

08-10-2016

Tibb Universitetində qlobal şəbəkə rouminqi xidməti istifadəyə verilib

29-04-2026

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

25-06-2015

İnformasiya Texnologiyaları İnstitutu ilə GEANT arasında fikir mübadiləsi aparılıb

30-06-2025

AzScienceNet şəbəkəsinin Əsasnaməsi hazırlanıb

13-07-2020

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi genişləndirilib

27-03-2023

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

07-10-2016

AzScienceCert-in fəaliyyəti genişləndirilir

09-02-2016

Azərbaycan Texniki Universiteti və NDU Eduroam xidmətinə qoşulub

13-01-2026

AzScienceNet İnternet xidmətində fasilələr yaranıb

23-07-2019

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzinin açılışı olub

19-10-2016

Azərbaycan Təhsil Şəbəkəsi elmi-intellektual müstəvidə geniş imkanlar təqdim edir

14-02-2019

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” müzakirə olunacaq

29-03-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə