Previous Next
Bağla

Tələbələr imtahan cavablarını kompüterdən öyrənir-Foto

14-06-2017 13:12
Tələbələr imtahan cavablarını kompüterdən öyrənir-Foto

Bu gün Azərbaycan Texniki Universitetində (AzTU) təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə uyğun olaraq yaz imtahan sessiyasının gedişini izləmək üçün Universitet İctimai Şurasının üzvləri, KİV nümayəndələri, təhsil ekspertləri və valideynlərin iştirakı ilə açıq qapı günü təşkil olunub. 

Xeberler.az-ın məlumatına görə, qonaqlar auditoriyalarda imtahanların gedişini izləyib, yaz imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edilməsini müşahidə ediblər.

AzTU-nun prorektoru İlham Pirməmmədov bildirib ki, bu il yaz imtahan sessiyasında təxminən 9 minə yaxın tələbə iştirak edir. Bu sessiyada təxminən üç minə yaxın tələbə yazılı imtahan verir. Bunlara bütün I kurs və Xüsusi texnika və texnologiya fakültəsinin, SABAH qruplarının tələbələri və eləcə də magistrantlar daxildir. Bakalavriat səviyyəsinin II, III və IVkurslarında təhsil alan tələbələr isə test üsulu ilə imtahan verirlər.

Yazılı imtahanların verilməsi üçün AzTU-da tam yeni texnologiya tətbiq olunub. Belə ki, tətbiq olunan proqram vasitəsi ilə tələbə sistemə lazımi məlumatları daxil edərək suallarını əldə edir və imtahan verir. 

Tələbələr test üsulunda olduğu kimi yazılı imtahanı da universitetin kompüterlərlə təmin olunmuş imtahan mərkəzində verirlər. Bunu da imtahanların gedişində şəffaflığın təmin olunması üçün zəruri amil hesab etmək olar.

İmtahan sessiyasına hazırlıq ərəfəsində müvafiq fənlər üzrə yoxlama imtahanları-kollokviumlar da keçirilib. İmtahanların gedişinə nəzarət etmək məqsədilə universitetdə qərargah və Apelyasiya Komissiyası yaradılıb. Qiymətləndirmədən narazı qalan tələbələrin Apelyasiya Komissiyasına ərizə ilə müraciət etmələri üçün lazımı şərait yaradılıb. Mübahisə doğuran məsələlər komissiya tərəfindən tələbələrin iştirakı ilə araşdırılır, qiymətləndirmədə şəffaflıq və operativlik təmin edilir.

İlham Pirməmmədov qeyd edib ki, universitetdə tədris prosesi və imtahanların təşkili üzrə bütün məsələlər bu ali məktəbdə yaradılmış elektron universitet portalı vasitəsilə nəzarətə götürülür.

Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompüterin ekranında görür.

Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb. Yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün qiymətlər tələbələrə elan edilir.

Mediatur çərçivəsində universitetin Xüsusi texnika və texnologiya fakültəsinə də baxış keçirilib. Qonaqlar fakültənin madii-texniki bazası, tədris metodikası, həmçinin tətbiq olunan yeniliklər haqqında məlumat əldə ediblər. 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Media nümayəndələri və valideynlər AzTU-da imtahan prosesini izləyib

15-01-2020

BDU-da onlayn imtahan sessiyası uğurla davam edir

12-06-2020

Universitetlərdə yazılı imtahanlar elektronlaşdırılır

03-06-2016

Qərb Universitetində imtahanlarla bağlı media tur təşkil edilib-Foto

19-01-2018

“Fərqli imtahan modellərinin tətbiqi yaxşı təcrübədir”

22-01-2018

Bu universitet yeni imtahan modelləri tətbiq edir

05-06-2018

UNEC-də Rəqəmsallaşdırma üzrə prorektor vəzifəsi təsis olunub

17-06-2021

DİM-in imtahanını canlı izləyin

05-10-2017

Azərbaycanın təhsil sistemində yenilik

13-09-2016

Doktoranturaya qəbul imtahanları test texnologiyaları əsasında keçirilib

27-11-2015

Tələbələr imtahan nəticələri ilə bağlı onlayn müraciət edə biləcək

06-05-2015

Müəllimlərin işə qəbul imtahanları necə təşkil olunmalıdır ?

30-07-2019

Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi

12-04-2016

TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

12-04-2016

Gəncə Dövlət Universitetində İKT-dən istifadə hansı səviyyədədir?

16-03-2009

İlk dəfə olaraq imtahan binalarında mobil telefon və digər rabitə qurğularını avtomatik aşkarlayan sistem tətbiq ediləcək

17-05-2014

Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

17-01-2018

TQDK imtahan rəhbərləri və zal nəzarətçilərini yoxlamağa başlayıb

06-05-2015

Ödənişsiz onlayn sınaq imtahanı

04-05-2018

“DİM-in yaradılması qəbul qaydalarına heç bir təsir göstərməyəcək”

12-04-2016

Doktorant və dissertantlar informatika fənni üzrə imtahan verir

19-01-2016

Akif Süleymanov: “Əvvəllər bilik mənbəyi müəllimlər idi. İndi isə internetdir”.

21-10-2010

Tələbələr imtahan cavabını dekanatlıqdan, yoxsa onlayn öyrənir?-Araşdırma

12-01-2018

Qəbul imtahanlarının yeni onlayn sınaq imtahanına yazılış başlayıb

09-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə