Previous Next
Bağla

Qərb Universitetində imtahanlarla bağlı media tur təşkil edilib-Foto

19-01-2018 13:04
Qərb Universitetində imtahanlarla bağlı media tur təşkil edilib-Foto

Qərbi Kaspi Universitetində imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin və QHT nümayəndələrinin iştirakı ilə media tur təşkil olunub.

Xeberler.az-ın məlumatına görə, universitetin Tədris Hissə müdiri Nazim Abbasov və İmtahan və Keyfiyyətə Nəzarət Mərkəzinin rəhbəri Könül Hilal imtahanların təşkili və gedişatı barədə qonaqlara məlumat veriblər. Bildirilib ki, hər imtahan sessiyasında olduğu kimi bu ilki qış imtahan sessiyasında da universitetdə Appelliyasiya Komissiyası yaradılıb və bu komissiya müraciətləri ədalətli şəkildə qiymətləndirir.

Qeyd edilib ki, Qərbi Kaspi Universiteti imtahanlarda “Keys həlli”, “Açıq kitab”, “Təqdimat” kimi unikal imtahan modelləri tətbiq edir. Bu modellər tələbələrdə məntiqi təfəkkür və təhlil qabiliyyəti formalaşdırır, onların bilik və bacarıqlarını bu baxımdan qiymətləndirir.

Eyni zamanda bildirilib ki, tələbələr imtahanların nəticələri barədə məlumatları universitetin saytından, öz şəxsi kabinetlərinə daxil olaraq əldə edə bilirlər.

Müxtəlif auditoriyalarda imtahanların gedişini müşahidə edən KİV və QHT təmsilçiləri imtahan prosesin təşkili və gedişatından razılıqlarını ifadə edib, imtahanlarda obyektivlik və şəffaflığın təmin edildiyini, qabaqcıl texnologiyaların tətbiq olunduğunu qeyd ediblər.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev jurnalistlərə açıqlamasında imtahan formalarındakı çoxmodelliliyin əhəmiyyətli yenilik olduğunu bildirib.

Təhsil üzrə tanınmış ekspert Etibar Əliyev Qərbi Kaspi Universitetinin imtahanların izlənməsi ilə bağlı təşəbbüsünü təqdirəlayiq hal kimi qiymətləndirib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Fərqli imtahan modellərinin tətbiqi yaxşı təcrübədir”

22-01-2018

Tələbələr imtahan cavablarını kompüterdən öyrənir-Foto

14-06-2017

Bu universitet yeni imtahan modelləri tətbiq edir

05-06-2018

Ekspert: “Bu universitetdə peşəkar mühəndislər hazırlana bilər”

23-01-2018

BDU-da onlayn imtahan sessiyası uğurla davam edir

12-06-2020

Amerikalı tanınmış professor Qərbi Kaspi Universitetində

19-12-2017

Media nümayəndələri və valideynlər AzTU-da imtahan prosesini izləyib

15-01-2020

ADİU-da Elektron Apellyasiya xidməti yaradılıb

27-05-2015

Müəllimlərin işə qəbul imtahanları necə təşkil olunmalıdır ?

30-07-2019

Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

30-08-2022

Qərb Universitetində final imtahanlar necə keçirilir?

03-02-2018

DİM-in imtahanını canlı izləyin

05-10-2017

Rezidentura və magistratura imtahanları elektronlaşdırılacaq

16-07-2025

E-markinq sistemi ilə bağlı tədbir keçirilib

28-09-2017

Tələbələr imtahan nəticələri ilə bağlı onlayn müraciət edə biləcək

06-05-2015

İlk dəfə olaraq imtahan binalarında mobil telefon və digər rabitə qurğularını avtomatik aşkarlayan sistem tətbiq ediləcək

17-05-2014

Startap Günlərinin proqramı açıqlandı

14-02-2018

Buraxılış imtahanında 35 mindən çox şagird iştirak edəcək

15-03-2017

Startap Günlərinə hazırlıqlarla bağlı görüş keçirilib

19-02-2018

Nazir test imtahanların ləğvinə aydınlıq gətirib

11-09-2017

Doktoranturaya qəbul imtahanları test texnologiyaları əsasında keçirilib

27-11-2015

TQDK imtahan rəhbərləri və zal nəzarətçilərini yoxlamağa başlayıb

06-05-2015

Qərb Universiteti yeni əməkdaşlıq memorandumu imzaladı

09-04-2018

DİM: İmtahan zalında gizlədilmiş “ağıllı” saat aşkar olunub, araşdırma aparılır

11-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə