Previous Next
Bağla

Azərbaycanın təhsil sistemində yenilik

13-09-2016 09:48
Azərbaycanın təhsil sistemində yenilik

Məlumat verdiyimiz kimi, Azərbaycanda təhsil sistemində Unibook elektron tədris idarəetmə sistemi yaradılırdı.

Belə ki, Neuron Technologies şirkətinin ölkəmizə gətirdiyi yeni sistem barədə Xeberler.az-da ətraflı məlumat vermişdik.

 “Artıq Azərbaycan universitetlərində Unibook adlandırılan dünya səviyyəli elektron tədris idarəetmə sistemi tətbiq edilməyə başlanıb”.

Bu barədə Xeberler.az –a Neuron Technologies şirkətinin baş direktoru İsmayıl Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, Unibook elektron təhsil həlləri ölkəmizdəki universitetlərdə geniş istifadə olunur:

"Neuron Technologies şirkəti Unibook – tədrisin informasiya idarəetmə sisteminin tətbiqi çərçivəsində yazılı imtahanların kompüterlər vasitəsilə təşkilinə nail olub. Belə ki, artıq ötən ildən bu təcrübə Dövlət Gömrük Komitəsinin Akademiyasında tətbiq olunmağa başlayıb.  Bu ildən isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tətbiqə başlanıb".

Onun sözlərinə görəı, sistem Dövlət Neft və Sənaye Universitetində uğurla tətbiq edilicək:

"9,500-dən artıq tələbə, 1,000 nəfərdən artıq pedaqoji-inzibati heyət öz fərdi hesabları ilə təhsil və tədrislə bağlı bütün prosesləri elektron formada idarə edə biləcək".

Qeyd edək ki, sistem vasitəsilə QR kod oxuma sisteminin tətbiqi sayəsində tələbələr imtahan suallarını kompüter monitorlarında cavablandıra bilir. Sistemin tərkib hissəsi olaraq, tələbə imtahan sual vərəqəsini çap edə bilir və bu zaman həmin tələbə sualları cavablandırır və vərəqəni skanner aparatına daxil edir.

Bu zaman xüsusi QR kod Neuron Technologies şirkətinin hazırladığı xüsusi kompüter proqramı tərəfindən tanınır və cavab avtomatik olaraq tələbənin imtahan cavabı folderinə daxil edilir.

Müəllimlər də həmin sualları onlayn qaydada yoxlayıb, sualları cavablandırır və cavablar tələbələrin qiymətləndirilməsində əks olunur.

Müəllimlər öz mobil telefonları vasitəsilə də tələbələrin qiymətləndirilməsini mobil qaydada həyata keçirə bilir. Bu zaman şəffaflıq da təmin olunur. Çünki müəllimin qarşısındakı monitorda tələbələrin cavabları xaotik qaydada təqdim olunur və qiymətləndirmədə subyektiv amillərin istifadəsi mümkün olmur.

Şirkət təhsildə yazılı imtahanların həyata keçirilməsini təmin edən bu yeni texnologiyanın tətbiqini genişləndirmək niyyətindədir.

İsmayıl Ələkbərov qeyd edib ki, artıq bir neçə digər nüfuzlu ali təhsil müəssisəsi də yazılı imtahanların elektron qaydada keçirilməsinin təmin edilməsi üçün Neuron Technologies şirkətinə müraciət etdib  və bu istiqamətdə işlər davam etdirilir.

 

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Universitetlərdə yazılı imtahanlar elektronlaşdırılır

03-06-2016

Regionlarda texnologiyaların tətbiqi genişlənir

09-11-2017

Azərbaycan İlahiyyat İnstitutunda Unibook sisteminin tətbiqinə başlanılıb

14-02-2019

Bu universitetdə də tələbə imtahan cavabını onlayn öyrənəcək

17-01-2018

Azərbaycanın İT şirkəti məhsullarını xarici bazara çıxarır

08-01-2016

Fransalı İT mütəxəssisləri Neuron Technologies şirkətində çalışacaq

03-04-2015

Azərbaycan İT şirkəti İran bazarına daxil olur

17-11-2015

Azərbaycanda yeni elektron tədris idarəetmə sisteminin tətbiqinə başlanıb

18-09-2014

“Xarici tədris idarəetmə sistemləri yerli universitetlərin tələblərinə cavab vermir”

18-03-2015

Universitetlərdə hansı rəqəmsal təhsil platformaları tətbiq edilir?

08-10-2021

Azərbaycanın İT şirkəti beynəlxalq biznes mükafatının qalibi olub

21-07-2015

Səhiyyə sahəsində vahid elektron idarəetmə sistemi yaradılır

24-05-2015

Səhiyyə sistemində yeni texnologiyanın tətbiqinə başlanıb

23-01-2018

Ali təhsil müəssisələri vahid platformada birləşəcək

21-08-2019

Tələbələr imtahan cavablarını kompüterdən öyrənir-Foto

14-06-2017

Azərbaycanda daha bir universitet təhsil prosesini avtomatlaşdırır

13-01-2016

İT şirkət rəhbərimiz beynəlxalq quruma üzv seçilib

04-05-2016

İT şirkət məhsullarını Afrika bazarına çıxarır

05-03-2018

İT şirkətimizin fəaliyyəti beynəlxalq forumda qiymətləndirilib

05-12-2015

İT sahəsində bu tender də ləğv edildi

30-01-2018

Tələbələr imtahan cavabını dekanatlıqdan, yoxsa onlayn öyrənir?-Araşdırma

12-01-2018

Daha bir Universitetdə təhsil prosesi elektronlaşdırılır

16-09-2015

Kənd təsərrüfatı da elektronlaşır

30-11-2015

Azərbaycan Macarıstanla birgə İKT layihələri həyata keçirəcək

14-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə