Previous Next
Bağla

Universitetlərdə yazılı imtahanlar elektronlaşdırılır

03-06-2016 17:00
Universitetlərdə  yazılı imtahanlar elektronlaşdırılır

Neuron Technologies şirkətinin elektron təhsil həlləri  ölkəmizdəki  universitetlərdə geniş istifadə olunur.

Şirkətdən Xeberler.az-a verilən  məlumata görə,  Neuron Technologies şirkətinin elektron təhsil həlləri və tədris idarəetmə sistemləri hazırda ölkəmizin ali təhsil müəssisələrində geniş tətbiq olunur.

Artıq yay imtahan sessiyası başlanıb.

Məlum olduğu kimi, ali təhsil müəssisələrimizin əksəriyyətində imtahanlar test üsulu ilə keçirilir.

Test üsulu ilə imtahanların fərdi kompüterlərdə keçirilməsi normal təcrübə hesab olunur. Lakin yazılı imtahanların elektron vasitələrlə aparılması təcrübəsi ölkəmizdə geniş yayılmayıb.

İlk dəfə olaraq, Neuron Technologies şirkəti Unibook – tədrisin informasiya idarəetmə sisteminin tətbiqi çərçivəsində yazılı imtahanların kompüterlər vasitəsilə təşkilinə nail olub.

Belə ki, artıq ötən ildən bu təcrübə Dövlət Gömrük Komitəsinin Akademiyasında tətbiq olunmağa başlayıb.

Şirkətdən verilən məlumata görə,  bu ildən isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tətbiqə başlanıb.

Sistem vasitəsilə QR kod oxuma sisteminin tətbiqi sayəsində tələbələr imtahan suallarını kompüter monitorlarında cavablandıra bilir. Sistemin tərkib hissəsi olaraq, tələbə imtahan sual vərəqəsini çap edə bilir və bu zaman həmin tələbə sualları cavablandırır və vərəqəni skanner aparatına daxil edir.

 Bu zaman xüsusi QR kod Neuron Technologies şirkətinin hazırladığı xüsusi kompyuter proqramı tərəfindən tanınır və cavab avtomatik olaraq tələbənin imtahan cavabı folderinə daxil edilir.

Müəllimlər də həmin sualları onlayn qaydada yoxlayıb, sualları cavablandırır və cavablar tələbələrin qiymətləndirilməsində əks olunur.

Müəllimlər öz mobil telefonları vasitəsilə də tələbələrin qiymətləndirilməsini mobil qaydada həyata keçirə bilir. Bu zaman şəffaflıq da təmin olunur. Çünki müəllimin qarşısındakı monitorda tələbələrin cavabları xaotik qaydada təqdim olunur və qiymətləndirmədə subyektiv amillərin istifadəsi mümkün olmur.

Neuron Technologies şirkətindən verilən məlumata  görə,  təhsildə yazılı imtahanların həyata keçirilməsini təmin edən bu yeni texnologiyanın tətbiqini genişləndirmək əzmindədir.

Artıq bir neçə digər nüfuzlu ali təhsil müəssisəsi də yazılı imtahanların elektron qaydada keçirilməsinin təmin edilməsi üçün Neuron Technologies şirkətinə müraciət etdib  və bu istiqamətdə işlər davam etdirilir.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanın təhsil sistemində yenilik

13-09-2016

Regionlarda texnologiyaların tətbiqi genişlənir

09-11-2017

Azərbaycan İlahiyyat İnstitutunda Unibook sisteminin tətbiqinə başlanılıb

14-02-2019

Azərbaycanın İT şirkəti məhsullarını xarici bazara çıxarır

08-01-2016

Fransalı İT mütəxəssisləri Neuron Technologies şirkətində çalışacaq

03-04-2015

Bu universitetdə də tələbə imtahan cavabını onlayn öyrənəcək

17-01-2018

Tələbələr imtahan cavablarını kompüterdən öyrənir-Foto

14-06-2017

Azərbaycanın İT şirkəti beynəlxalq biznes mükafatının qalibi olub

21-07-2015

Azərbaycan İT şirkəti İran bazarına daxil olur

17-11-2015

Azərbaycanda yeni elektron tədris idarəetmə sisteminin tətbiqinə başlanıb

18-09-2014

“Xarici tədris idarəetmə sistemləri yerli universitetlərin tələblərinə cavab vermir”

18-03-2015

Media nümayəndələri və valideynlər AzTU-da imtahan prosesini izləyib

15-01-2020

Universitetlərdə hansı rəqəmsal təhsil platformaları tətbiq edilir?

08-10-2021

Azərbaycanda daha bir universitet təhsil prosesini avtomatlaşdırır

13-01-2016

İT şirkət məhsullarını Afrika bazarına çıxarır

05-03-2018

İT şirkətimizin fəaliyyəti beynəlxalq forumda qiymətləndirilib

05-12-2015

Tələbələr imtahan cavabını dekanatlıqdan, yoxsa onlayn öyrənir?-Araşdırma

12-01-2018

Neuron Technologies şirkətinə yeni müdir gəldi

01-10-2015

Bu universitet yeni imtahan modelləri tətbiq edir

05-06-2018

Səhiyyə sistemində yeni texnologiyanın tətbiqinə başlanıb

23-01-2018

Dövlət İmtahan Mərkəzi canlı yayım edəcək

10-05-2019

İT şirkət rəhbərimiz beynəlxalq quruma üzv seçilib

04-05-2016

Ali təhsil müəssisələri vahid platformada birləşəcək

21-08-2019

Tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu başladı

06-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə