Tələbələr Startap Günlərinə necə hazırlaşır?-Foto

20-02-2018 / 14:06

Məlum olduğu kimi, fevralın 23-24-də Qərbi Kaspi Universitetində Startap Günləri keçiriləcək.

Universitetdə Startap Günlərinə hazırlıqlar davam edir. Belə ki, ötən gün Universitetdə Startap Günlərinə hazırlıqlarla bağlı tələbələrlə növbəti görüş də keçirilib.

Universitetdə keçiriləcək tədbirlə bağlı tələbələrin aktivliyi müşahidə edilir.

Xeberler.az olaraq Startap Günlərinə hazırlıqla bağlı tələbələrlə ətraflı söhbət etdik.

Görəsən, onlar tədbirə necə hazırlaşır, gözləntiləri nələrdir?

Yüksək texnologiyalar İnnovativ mühəndislik məktəbi fakültəsninin Kompüter mühəndisliyi ixtisanın 3-cü kurs tələbəsi Kamran Kazımoğlu deyir ki, bu sahəyə böyük marağı var və tədbirə də həvəslə hazırlaşır.

Artıq onların ideyası da var və komanda formalaşdırırlar:

“Bir neçə dəfə bu sahə ilə bağlı startap tədbirlərində iştirak etmişəm. Yəni, sahə ilə bağlı ümumi məlumatımız var. Startap Günləri üçün də yeni ideya hazırlamışıq. Artıq komanda da formalaşdırmağa başlayırıq. İdeyamızı Startap Günlərində açıqlayacağıq”.

Kamran Kazımoğlu tədbirdən gözləntilərini də bölüşüb:

“Startap Günlərində yeni simalarla tanış olacağıq. Böyük təcrübə qazanacağımıza ümid edirik”.

Universitet tələbəsi Pərvin Cabbarlı da tədbirdə aktiv təmsil olunub, öz ideayasını təqdim edəcəyini deyir:

“Bu sahəyə marağım böyükdür. Hazırda özümün ideyam var, amma hazır formada deyil. Belə ki, şəraitlər olmayıb ki, ideyamı inkişaf etdirə bilim. Ona görə də Startap Günləri bir fürsətdir. Artıq özümüzə komanda da formalaşdırırıq”.

Pərvin Cabbarlı bununla bağlı intenetdən davamlı araşdırmalar etdiyini bilidirir. Belə ki, o təlim keçəcək şəxslərlə ilə startup.az saytından tanış olub:

“Təlimləri keçəcək ekspert və mentorların siyahısını  Startap Azərbaycan Təşkilatının saytından əldə etdim. Tədbirin maraqlı olacağına ümid edirəm. Özümüzə imic formalaşdırmaq üçün də belə tədbir vacibdir”.

1-ci kurs tələbəsi Aytən Məmmədova da tədbirdə aktiv təmsil olunacağını deyib.

O, qrup yoldaşları ilə komanda da formalaşdırdıqlarını bilidirib.

Tələbə deyir ki, bu sahədə xanımların aktivliyi azdır. O da bu sahəyə töhvə verərək, xanımların daha çox olmasını istəyir.

Startap Günlərinə aktiv hazırlaşan tələbələrdən biri də Azər Neymanlıdır.

Məktəb vaxtlarından bu sahə ilə maraqlandığını deyən tələbə bununla bağlı İnternetdə davamlı araşdırmalar etdiyini deyib:

“Həm araşdırma edib yeniliklərlə tanış oluram, həm də bu sahədə özüm yenilik etməyə çalışıram. Startap Günlərində də yeni ideya ilə çıxış edəcəyik. Öz üzərimizdə ciddi çalışırıq. Komandamızı da formalaşdırırıq”.

Azər Neymanlı deyir ki, tədbirdən əsas gözləntisi yeni investorlar, mentorlara görüşüb, əlaqə yaratmaqdır.

Mühəndislik fakültəsinin dekanı Natiq Paşa hazırlıqlara bağlı danışarkən deyib ki, tələbələrə mütəmadi olaraq bu barədə məlumatlar verilir:

“Çalışırıq ki, bütün tələbələr aktiv olsun, öz ideyasını təqdim etsin. Bizim tərəfimizdən isə onlara həm texniki, həm də digər dəstəklər göstərilir”.

Qərb Universitetində yaradılan texnoparkın rəhbəri Kamran İmaməliyev Startap Günlərinə hazırlıq ilə bağlı ətraflı məlumat verib.

Onun sözlərinə görə, Startap Günlərinin Qərbi Kaspi Universitetində keçirilməsinə qərar verildikdən sonra başda universitetin rektoru professor Andris Leitas olmaqla bütün heyət bu tədbirin həyata keçirilməsi üçün toplaşıb:

“Universitetimizdə ilk olacaq bu tədbirə bütün biznes, iqtisadiyyat və mühəndislik fakültələrinin müəllim və tələbə heyəti cəlb edilib. Startap günlərinə hazırlıq məqsədi ilə ümumi şəkildə bütün tələbələrlə görüş keçirilib və Startap Azərbaycan hərəkatının rəhbəri Osman Gündüz şəxsən tələbə və müəllim heyətinə startap günlərinin mahiyyəti və proqramı haqqında geniş informasiya vermiş və tələbələrin suallarını cavablandırıb”.

Texnopark rəhbəri ilk başda tələbələr mövzuya yad olduqları üçün marağın aşağı olduğunu müşahidə ediblər. Lakin   tələbə və müəllimlər arasında aparılan təbliğat və təşviqat görüşlərindən sonra demək olar bütün tələbələr bu tədbirə qoşulmaq istəyir və startap anlayışının dərindən mənimsənilməsi üçün can atır:

“Tələbələrimiz üçün ilk startap tədbiri olacağını nəzərə alaraq onlara ideyaların seçilməsində, ideyanın əsaslandırılmasın yardım edir, komanda formalaşması üçün digər fakültələrlə əlaqəli çalışmaları üçün əlimizdən gələnlər edirik”.

Kamran İmaməliyev Startap günlərinin keçirildiyi digər universitetlərdə olduğu kimi Qərbi Kaspi Universitetində də müsbət nəticənin olacağına ümid etdiklərini deyib:

“Düşünürük ki, universitetimizdə Startap Günlərinin keçirilməsi bu tip tədbirlərin keçirilməsinin başlanğıcını qoydu və bundan sonra bu tip tədbirlərin keçirilməsi geniş vüsət alacaq”.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə