Previous Next
Bağla

Tələbələr Startap Günlərinə necə hazırlaşır?-Foto

23-05-2018 18:16
Tələbələr Startap Günlərinə necə hazırlaşır?-Foto

Məlumat verdiyimiz kimi, növbəti Startap Günləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçiriləcək. 

Belə ki, Startap Günləri mayın 25-26-da UNEC-də baş tutacaq. Hazırda Startap Günlərinə hazırlıqlar davam edir. 

Tələbələr də Startap Günlərinə böyük həyəcanla hazırlaşır.

Xeberler.az olaraq tələbələrlə Startap Günlərinə hazırlıqla bağlı ətraflı söhbət etdik:

UNEC-in 3-cü kurs tələbəsi Məmmədov Şahin deyir ki, ilk dəfə Startap Günlərinə qatılır və gözləntiləri böyükdür:

“Artıq 2 ildən çoxdur bu sahəni yaxından izləyirəm. Xarici və yerli startaplarla maraqlanıram. Demək olar artıq ideyam da var. Ümid edirəm ki, Startap Günləri özümüzü tanıtmaq üçün faydalı olacaq. Bilirsiniz, biznes sahəsində reklam çox vacibdir. Həmçinin, tədbirdə iştirak edəcək yeni bacarılqı tələbərlə tanış olacağıq. Əlaqə qurmaq baxımından da Startap Günləri maraqlı olacaq”.

1-ci kurs tələbəsi Arzu Mahmudova isə düşünür ki, Universitetdə belə tədbirin keçirilməsi onlar üçün faydalıdır:

“Yaxşki belə şərait yaradıldı. Uzun müddətdir ideyam var, onu həyata keçirmək istəyirdim. Məncə, Startap Günləri ideyamı daha da genişləndirməyə, layihəmi formalaşdırmağa yardım edəcək”.

Universitet tələbəsi Aytac Yusibova da Startap Günlərinə ilk dəfə qatılır.

 

Onun Günlərdən gözləntiləri odur ki, ekspertlər ideyasının biznes planını hazırlamağa və ideyanın layihə formasına gətirilməsinə dəstək göstərəcək.

Əzizova Tuğra da ilk dəfə iştitrak edənlərdir.

Deyir ki, artıq ideyasını hazırlayıb.

Həsən Quliyev startap sektorunu yaxından izləyir. Ona görə də Startap Günləri diqqətini cəlb edib:

“Startap Günlərində ilk dəfə iştirak edəcəm. Startap sektorunu əvvəlcədən araşdırdım və çox diqqətimi cəlb etdi. İdeyamı formalaşdırıb, həyata keçirmək istəyirəm. Elə tədbirə də bu məqsədlə qoşuluram”.

Nihal Mirzəliyev də bu sahəyə böyük marağı olduğunu deyib:

“Ekspertlərlə görüşdən sonra sahəyə marağım daha da artdı. Mən də Startap Günlərində iştirak edəcəm. Artıq turizmlə bağlı ideyam var. Belə tədbirin keçirilməsini eşidəndən sonra ideyamın realığa çevirmək üçün həvəs yarandı. Çalışacam, 2 gün bütün tədbirlərdə iştirak edib. Bu, bizim gələcəyimiz üçün çox vacibdir”.

Cavid Xəlil də Startap Günlərində ilk dəfə iştirak edənlərdəndir. O, startaplarla bağlı yerli və xarici bazarı yaxından izlədiyini deyib:

“Startap həyata keçirən şəxsləri izləyirəm. Startap Günlərindən əsas gözləntim qalib gəlməkdir (gülür)”.

Startap Günləri Startap Azərbaycan və UNEC təşkilatçılığı ilə keçiriləcək. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişaı Dövlət Fondu dəstək verir. 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
UNEC-də Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

UNEC-də Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

23-05-2018
Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

26-06-2018
Növbəti Startap Günlərinin proqramı açıqlandı

Növbəti Startap Günlərinin proqramı açıqlandı

18-05-2018
Startap Günlərinin proqramı açıqlandı

Startap Günlərinin proqramı açıqlandı

14-02-2018
Növbəti Startap Günlərinə  hazırlıqlar davam edir

Növbəti Startap Günlərinə hazırlıqlar davam edir

07-03-2018
UNEC-də Startap Günləri keçiriləcək

UNEC-də Startap Günləri keçiriləcək

15-05-2018
UNEC-də Startap günləri keçiriləcək

UNEC-də Startap günləri keçiriləcək

26-04-2019
 Startap Günlərinin proqramı açıqlandı

Startap Günlərinin proqramı açıqlandı

30-03-2018
Startap Günlərinə hazırlıqlarla bağlı görüş keçirilib

Startap Günlərinə hazırlıqlarla bağlı görüş keçirilib

19-02-2018
Tələbələr Startap Günlərinə necə hazırlaşır?-Foto

Tələbələr Startap Günlərinə necə hazırlaşır?-Foto

20-02-2018
Startap Günlərinin yekun tədbir tarixi açıqlanıb

Startap Günlərinin yekun tədbir tarixi açıqlanıb

18-07-2019
Növbəti Startap Günlərinin proqramı açıqlandı

Növbəti Startap Günlərinin proqramı açıqlandı

27-06-2018
Startap  Günlərinə qeydiyyat başlayıb

Startap Günlərinə qeydiyyat başlayıb

19-10-2015
Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

15-04-2019
 Startap Günlərinin proqramı açıqlandı

Startap Günlərinin proqramı açıqlandı

30-03-2018
Startap Günlərinə hazırlıqlar davam edir

Startap Günlərinə hazırlıqlar davam edir

11-02-2018
Növbəti Startap Günlərinin keçiriləcəyi universitet açıqlandı

Növbəti Startap Günlərinin keçiriləcəyi universitet açıqlandı

28-02-2018
UNEC-də Startap Günləri başlayıb-Foto

UNEC-də Startap Günləri başlayıb-Foto

25-05-2018
Startap Günlərinə hazırlıqlar başa çatmaq üzrədir

Startap Günlərinə hazırlıqlar başa çatmaq üzrədir

20-02-2019
AzTU-da Startap Günlərinə hazırlıq davam edir

AzTU-da Startap Günlərinə hazırlıq davam edir

02-04-2018
Sabah növbəti Startap Günləri başlayır

Sabah növbəti Startap Günləri başlayır

05-04-2018
Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

21-06-2018
Azərbaycan Texniki Universitetində Startap Günləri keçiriləcək

Azərbaycan Texniki Universitetində Startap Günləri keçiriləcək

10-04-2019
Azərbaycanda Startap Günləri keçiriləcək

Azərbaycanda Startap Günləri keçiriləcək

08-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə