Bakı Dövlət Peşə Təhsil Mərkəzində növbəti Startap Günləri başlayıb.
Xeberler.az bildirir ki, tədbiri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz açıb. Onun sözlərinə görə Startap Günləri peşə liseylərində ilk dəfə olaraq bu təhsil müəssisəsində keçirilir.
Eyni zamanda Osman Gündüz Startap Azərbaycan Təşkilatının həyata keçirdiyi işlərdən, Startap Günlərinin əhəmiyyətindən danışıb.
Peşə Təhsil Mərkəzinin direktoru Qalib Həsənov çıxış edərək Startap Günlərinin bu təhsil mərkəzində keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, liseydə xeyli potensiallı tələbələrin təhsil aldığını bildirib. Direktor Startap Günlərinin keçirilməsinə hazırlıqla bağlı işçi qrupunun yaradıldığını və bu istiqamətdə tələbələrlə görüşlərin keçirildiyini, hazırlıq işlərinin yüksək səviyyədə başa çatdırıldığını bildirirb.
Nazirliyin nümayəndəsi Toğrul Qafarbəyli çıxış edərək Startap Günlərinə Nazirlik tərəfindən dəstək verildiyini diqqətə çatdırıb. O, Startap Günlərinin ölkədə startap ekosistemin və innovativ mühitin formalaşmasında xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Nazirlik nümayəndəsi startap ekosistemin inkişaının Nazirliyin diqqət mərkəzində olduğunu vurğulayıb.
NRYTN yanında İT-nin İnkişafı Dövlət Fondunun nümayəndəsi Anar Cəfərov çıxış edərək ondun bu sahədə gördüyü işləri diqqətə çatdırıb. O tələbələr tərəfindən hazırlanan innovaiv layihələrin dəstəklənməsi üçün Fondun müsabiqələrinə qatılmağa çağırıb.
A.Cəfərov bu tip keçirilən tədbirlərin ekosistemin inkişaı üçün çox faydalı olduğunu bildirib.
Açılış mərasimində Almaniya Texniki Əməkdaşlıq Təşkilatının, Xətai İcra Hakimiyyətinin və digər qurumların nümayəndələri də çıxış ediblər.
Açılış məraismndən sonra biznes ideyaların irəli sürüləməsinə start verilib. Tələbələr tərəfindən 21 biznes ideya irəli sürülüb. Bu ideyalar içərisindən tələbələrin səsverməsi və ekspertlərin dəyərləndirməsi əsasında 6 biznes ideya seçilib. Seçilən biznes ideyalar əttrafında startap komandalar formalaşıb.
Ekspertlər seçilən biznes ideyaların ilkin prototiplətrinin hazırlanması məqsədilə komandalarla ilkin tövsiyyələrini veriblər.
Startap Günlərinin növbəti günündə komandalara təqdimatların hazırlanması və prototiplərin hazırlanması məqsədilə təlim keçiriləcək.
Daha sonra komandalar mentorların dəsətyi ilə layihələrin ilkin verisyalarını hazirlayacaqlar .
Hər bir komanda münsiflər qarşısında layihələrin qısa müddətli təqdimatlarını edəcəklər və layihələr münsiflər tərəfindən qiymətləndiriləcək
Qaliblərə sertifikatlar, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.
Startap Günləri Startap Azərbaycan və Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişafı Dövlət Fondu dəstək verir.
Startap Azərbaycan tərəfindən həyata keçirilən Startap Günləri ölkəmizdə 2012-ci ildən təşkil olunur.
Məlumat verdiyimiz kimi, ötən aylarda Qərbi Kaspi Universiteti, Azərbaycan Texniki Universitetində, UNEC-də təşkil olunan Startap Günüləri də uğurla başa çatıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri