Previous Next
Bağla

Telman Əliyev 25 il sonra Caspian Energy International Media Group-un sədri vəzifəsinə təyin edilib

13-06-2024 15:02
Telman Əliyev 25 il sonra Caspian Energy International Media Group-un sədri vəzifəsinə təyin edilib

Telman Əliyev Caspian Energy International Media Group-un İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Bu barədə Caspian Energy Club-un mətbuat xidmətindən bildirilib.

Caspian Energy International Media Group-un İdarə Heyətinin sədri Telman Əliyevin sözlərinə görə, o, yeni səlahiyyətlərini növbəti beş il ərzində həyata keçirəcək.

“Dünyanın 70 ölkəsində yayımlanan və bizim fəaliyyətimizin flaqmanı olan Caspian Energy jurnalın hər nömrəsində MDB və Avropa İttifaqı ölkələrinin prezidentləri və Baş nazirləri, iri transmilli şirkətlərin başçıları ilə müsahibələri, aparıcı ekspertlərin şərhləri və analitik materialları dərc olunur. Caspian Energy jurnalı müxtəlif hesablamalara görə, Xəzər-Qara dəniz və Baltik regionlarının beş aparıcı nəşri sırasındadır. Jurnal həmin regionlarda öz fəaliyyətini müəyyənləşdirmək istəyən bir çox sərmayədarlar üçün oriyentirdir”,- Telman Əliyev diqqətə çatdırıb.

“Qarşımızdakı əsas hədəf Caspian Energy International Media Group-a daxil olan bütün layihələrin rəqəmsallaşdırılması və strukturlaşdırması, ümumi maddi-texniki bazanın yenilənməsi, media qrupun enerji və biznes sektorlarına bölünməsi, oxucu auditoriyasının genişləndirilməsidir”,- Telman Əliyev əlavə edib.

Telman Əliyev Caspian Energy International Media Group-a daxil olan televiziya və radio kanallar, fotoagentlik, analitik informasiya portalı, “Tellmann Show” və digər media layihələrinə yeni nəfəs vermək planlaşdırdığını qeyd edib. Telman Əliyev, həmçinin Caspian Energy International Media Group-a məxsus olan Financial journal, Construction journal, Industry journal, Telekom journal, Autoclub, Salam Azerbaijan! (turizm) və s. kimi mövcud nəşrləri Energy for Business (E4Business journal) işçi adı altında vahid layihədə birləşdirmək istədiyini bildirib.

“Bu il bizim üçün ikiqat yubileydir. Bildiyiniz kimi, bu il həm “Əsrin müqaviləsi”nin 30 illik yubileyi, həm də Caspian Energy brendinin 25 illik yubileyi qeyd olunur. Məhz “Əsrin müqaviləsi” imzalandıqdan sonra, Caspian Energy-nin hazırkı rəhbərliyi neft və qaz sahəsində fəaliyyətə başlamışdır. “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il sonra Azərbaycanın yenidən dünya ictimaiyyətinin mərkəzində olduğunu dərk etmək ikiqat xoşdur. Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un təşkilatçısıdır. Hesab edirəm ki, Xəzər-Qara dəniz və Baltik regionların aparıcı media təşkilatı olan Caspian Energy International Media Group olaraq, aktiv şəkildə COP29-u təbliğ edib, ölkənin həm neft, həm də qeyri-neft sektoruna innovativ və ekoloji texnologiyalarının tətbiq etməsində dəstək olmalıyıq. Nəşrimizin, COP29-un bilavasitə təsir etdiyi hadisələri və prosesləri kütləvi və fəal şəkildə işıqlandıraraq, bu tədbirdən sonra Azərbaycanın və ümumiyyətlə, qlobal dünyanın necə dəyişdiyini əks etdirən rupora çevriləcəyindən əminik”, - deyə Telman Əliyev çıxışını yekunlaşdırıb. (Azərtac)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NRYTN Caspian Energy Forum Baku– 2018-ə rəsmi dəstək göstərir

08-08-2018

Caspian Energy Forum Baku 2019-un partnyoru AzerTelecom olacaq

05-08-2019

Dövlət Gömrük Komitəsi və Caspian Energy Club-un birgə təşkilatçılığı ilə forum keçirilib

08-12-2023

Elmir Vəlizadə "Caspian Business Award 2020" mükafatına layiq görülüb

24-12-2020

AzerTelecom Caspian Energy Forum Baku-2019-un tərəfdaşıdır

11-09-2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin iştirakı ilə biznes forum keçiriləcək

05-02-2019

Caspian Business Award 2018-in təqdimat mərasimi keçirilib

21-12-2018

“Brand Award Azerbaijan” davam edir

03-06-2009

Bakıda onlayn Neft-Qaz Birjası açılır

19-09-2009

Caspian European Club-ın üzvləri İnnovasiyalar Mərkəzində olub

20-11-2019

Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası keçirilib

11-07-2025

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

24-09-2019

“Nar” “İlin mobil operatoru” adına layiq görülüb

18-12-2021

Azərbaycanlı elmi işçisinin nüfuzlu “Applied Energy” jurnalı ilə əməkdaşlığı yüksək qiymətləndirilib

11-04-2023

KOBİA NRYTN ilə birgə startapları dəstəkləyir

19-09-2019

Caspian European Club-un biznes forumunun vaxtı dəyişdirilib

13-02-2019

BarCamp Caspian-a hazırlıq işləri gedir

13-02-2009

Ötən il Iteca Caspian və Сaspian Event Organisers Azərbaycanda 22 sərgi keçirib

24-01-2019

Bluetooth ilə təmassız ödəniş mümkün olacaq

16-08-2019

Azərbaycanda "E-KOB Evi" yaradılır

04-12-2024

Barcamp Caspian-ın dəstəkçiləri artır

04-03-2009

Nail Mərdanov: "Virtual operatorların fəaliyyətinə şərait yaradılacaq"

04-12-2024

"Digital Bridge" üzərindən 500 milyondan çox tranzaksiya həyata keçirilib

04-12-2024

Sumqayıt şəhərində “BarCamp Caspian 2009”-un təqdimatı oldu

24-02-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə