Previous Next
Bağla
REKLAM YERİ

Caspian European Club-ın üzvləri İnnovasiyalar Mərkəzində olub

20-11-2019 19:55
Caspian European Club-ın üzvləri İnnovasiyalar Mərkəzində olub

Bu gün biznes-tur çərçivəsində “Caspian European Club” üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində İnnovasiyalar Mərkəzinə baş çəkiblər. 

Xeberler.az bildirir ki, bunu Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Şirkətlərə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti barədə məlumat təqdim olunub. Xüsusilə Elektron Hökumətin İnkişafı Mərkəzinin təqdimatı keçirilib. Biznes-tur çərçivəsində şirkətlər həmçinin “ASAN xidmət” Çağrı Mərkəzinin və “ASAN Radio”nun fəaliyyəti ilə tanış olublar.

“Biznes-tur iştirakçılarına interaktiv formatda Mərkəzin fəaliyyəti və gələcək planları barədə məlumat verilib. Qeyri-rəsmi şəraitdə “Caspian European Club” üzvlərinin Mərkəzin rəhbərliyi ilə görüşü təşkil olunub. Görüşdə biznes-tur iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Tərəflər əməkdaşlıq imkanları barədə müzakirələr aparıb, ilkin razılıq əldə ediblər”, - deyə Telman Əliyev qeyd edib.

Telman Əliyev bildirib ki, “Caspian European Club” ölkənin və regionun nəhəng dövlət və özəl müəssisələrinin potensialı, həmçinin əməkdaşlıq qurmaq imkanları ilə daha ətraflı tanış olmaları məqsədilə ənənəvi olaraq iş adamları üçün bu cür biznes-turlar təşkil edir. İl ərzində ondan artıq biznes-tur keçirilib. Onların sırasına erməni işğalçılarından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə, AMEA-nın Yüksək Texnologiyalar Parkına, Naxçıvan Muxtar Respublikasına, Bakıdakı Heydər Əliyev Beynəlxalq aeroportuna, Beynəlxalq Bakı Ticarət Limanına və digər məkanlara təşkil olunmuş biznes-turlar da daxildir.

Qeyd edək ki, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Klubun mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. “Caspian European Club”ın həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya və Latviyada isə səlahiyyətli nümayəndələri var.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NRYTN Caspian Energy Forum Baku– 2018-ə rəsmi dəstək göstərir

08-08-2018

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin iştirakı ilə biznes forum keçiriləcək

05-02-2019

AzerTelecom Caspian Energy Forum Baku-2019-un tərəfdaşıdır

11-09-2019

Caspian European Club-un biznes forumunun vaxtı dəyişdirilib

13-02-2019

Caspian Energy Forum Baku 2019-un partnyoru AzerTelecom olacaq

05-08-2019

Elmir Vəlizadə "Caspian Business Award 2020" mükafatına layiq görülüb

24-12-2020

Dövlət Gömrük Komitəsi və Caspian Energy Club-un birgə təşkilatçılığı ilə forum keçirilib

08-12-2023

Caspian Business Award 2018-in təqdimat mərasimi keçirilib

21-12-2018

Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası keçirilib

11-07-2025

Telman Əliyev 25 il sonra Caspian Energy International Media Group-un sədri vəzifəsinə təyin edilib

13-06-2024

ABŞ-ın “Caspian Policy Center” təşkilatının nümayəndələri İnnovasiyalar Agentliyində olublar

05-07-2019

“Texnologiya və innovasiyalar” işçi qrupunun birinci yarımil üzrə fəaliyyətə dair növbəti iclası keçirilib

21-07-2024

İxracyönümlü IKT məhsulların istehsalı stimullaşdırılacaq

19-02-2015

“Nar” “İlin mobil operatoru” adına layiq görülüb

18-12-2021

BarCamp Caspian-a hazırlıq işləri gedir

13-02-2009

"Digital Bridge" üzərindən 500 milyondan çox tranzaksiya həyata keçirilib

04-12-2024

Azərbaycanda "E-KOB Evi" yaradılır

04-12-2024

Azərbaycanın 3 layihəsi Startap Chile-da iştirak edir

24-07-2019

“Alibaba Qrup”un nümayəndə heyəti “ASAN xidmət”də

28-02-2024

Bakı Monex Summit Caspian tədbirinə ev sahibliyi edəcək

22-05-2019

Sumqayıt şəhərində “BarCamp Caspian 2009”-un təqdimatı oldu

24-02-2009

II Beynəlxalq “Caspian Innovation Forum”u keçirilib

04-12-2025

“ASAN xidmət” təcrübəsi beynəlxalq festivalda təqdim olunub

22-04-2025

Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də

23-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə