Previous Next
Bağla

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

24-09-2019 10:59
AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkəti “9-cu Beynəlxalq Caspian Energy Forum Baku 2019” tədbirində “Caspian Energy Award” mükafatına və “İlin Telekommunikasiya şirkəti” adına layiq görülüb.

Xeberler.az bildirir ki, “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi, “Caspian Energy” jurnalının fəaliyyətinin isə 20 illik yubileyinə həsr olunmuş “Beynəlxalq Caspian Energy Forum 2019” tədbiri dövlət və özəl sektorun, nüfuzlu regional və beynəlxalq təşkilatlardan olan çoxsaylı nümayəndələrin iştirakı ilə baş tutub.

Forumda İKT, aqrosənaye və turizm mövzularına həsr olunmuş panel müzakirəsində “AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev məruzəçi qismində çıxış edərək şirkət tərəfindən Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üçün həyata keçirilən “Azerbaijan Digital HUB” proqramı və bu proqram çərçivəsində icra olunan iri infrastruktur layihələrindən bəhs edib.

“25 il əvvəl ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında “Əsrin müqaviləsi”nin
imzalanması Azərbaycanı enerji mərkəzi etdi. Hazırda bu konsepsiyanın davamı olaraq “AzerTelecom” şirkəti ölkəmizin həm də rəqəmsal mərkəz olması üçün “Digital HUB” proqramını icra edir”- deyə Fuad Allahverdiyev bildirib. O “Digital HUB” proqramının 3 mərhələdən ibarət olduğunu və bu mərhələlərin hər birinin icrasının ölkənin təkcə İKT sektorunun deyil, ümumilikdə iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, onun rəqəmsallaşmasına və rəqəmsal iqtisadiyyat quruculuğu proseslərinə mühüm töhfə verəcəyini qeyd edib.

Fuad Allahverdiyev proqram çərçivəsində Avropa ilə Asiya arasında Azərbaycandan
keçəcək rəqəmsal telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) formalaşması, Azərbaycanla Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə “Transxəzər magistralı” fiber-optik kabel xəttinin çəkilişi layihəsinin detalları, ölkə daxilində magistral infrastruktur quruculuğu istiqamətində “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə icra edilən layihələr barəsində danışıb.

Forumda “AzerTelecom” şirkətinə Azərbaycan iqtisadiyyatının inkişafına xüsusi töhfə
vermiş şirkət olaraq “Beynəlxalq Caspian Energy Award” mükafatı təqdim edilib, “AzerTelecom” İlin Telekommunikasiya şirkəti adına layiq görülüb.

“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir.

Proqramın reallaşması ölkənin Milli İT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

14-06-2019

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

01-07-2019

AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

21-11-2019

AzerTelecom İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

05-08-2019

Azerbaijan Digital Hub proqramı gələcəkdə Startupların inkişafına töhfə verəcək

28-11-2019

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

05-12-2019

AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

03-12-2019

AzerTelecom Microsoft-un rəsmi tərəfdaşı oldu

22-07-2019

AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

26-04-2019

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

Transxəzər magistralı layihəsi xarici medianın diqqətində

07-06-2019

Azerbaijan Digital Hub proqramı mükafata layiq görülüb

10-12-2019

Digital HUB proqramının yaradacağı imkanlar müzakirə olundu

16-05-2019

“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

05-03-2021

“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17-02-2020

AzerTelecom Caspian Energy Forum Baku-2019-un tərəfdaşıdır

11-09-2019

AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

30-06-2020

Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib

10-10-2019

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020

AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

27-01-2020

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019

AzerTelecom qlobal şirkətlərin rəsmi tərəfdaşı oldu

09-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə