2023-cü ilin birinci yarısında Avropanın ən çox satılan avtomobilləri açıqlanıb.
“Tesla” yanvar-iyun ayları arasında Avropaya 138.000 “Model Y” tədarük edib. Bu rəqəm satışların ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artdığını göstərir.
“Model Y” daxili yanma mühərrikləri olan avtomobilləri də geridə qoyub. “Dacia Sandero” və “Volkswagen T-Roc” kimi Avropada populyar olaraq seçilən avtomobilləri üstələyib.
Məlumata görə, “Tesla” “Model Y” indiyə qədər ən çox satılan avtomobil olub.
Avropanın ikinci ən çox satılan elektrik avtomobili isə “Model 3” olub. “Volvo XC40”, “VW ID.4” və “VW ID.3” digər elektrik avtomobilləri üçüncü, dördüncü və beşinci sıradadır.
“Tesla”nın bazar payı əvvəlki ilə nisbətən 2,8% artaraq Avropanın 116 avtomobil markası arasında ən böyük artımı olan istehsalçı olub. Analitiklər “Tesla”nın artımını Avropada qiymətlərin azalması və Almaniyada “Model Y” istehsalı ilə əlaqələndirirlər.
Avropanın ən çox satılan elektrik avtomobillərinin siyahısı:
1) Tesla Model Y – 138 814
2) Tesla Model 3 – 43,131
3) Volvo XC40 – 42.207
4) VW ID.4 – 41,733
5) VW ID.3 – 35.415
6) Fiat 500e – 32 289
7) Audi Q4 e-tron – 32 176
8) MG 4 – 31,341
9) Skoda Enyag – 30 259
10) Dacia Spring – 26 994
Trend
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri