Dekabrın 23-də Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, işçi qrupun rəhbəri və üzvləri və özəl sektor nümayəndələri iştirak ediblər.
Xeberler.az məlumat verir ki, iclasda “Texnologiya və innovasiyalar” İşçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planına daxil edilməsi üçün aidiyyəti qurumlar tərəfindən təklif edilmiş tədbirlər və həmin tədbirlərin Qlobal İnnovasiyalar İndeksinin alt-indikatorlarının nəticələrinə birbaşa müsbət təsir göstərə bilmə imkanlılığı və digər aidiyyəti məsələlər ətraflı şəkildə müzakirə edilib.
İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov açılış çıxışı edərək 2025-ci il üzrə Qlobal İnnovasiyalar İndeksində Azərbaycanın mövqeyinin yaxşılaşdırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görüldüyünü qeyd edib.
Eyni zamanda bildirdi ki, “Texnologiya və innovasiyalar” İşçi qrupunun üzvləri tərəfindən 2025-ci il üzrə Fəaliyyət Planına Qlobal İnnovasiyalar İndeksinin alt-indikatorlarına birbaşa müsbət təsir göstərən tədbirlərin əlavə edilməsi məqsədilə təkliflər təqdim edilib.
İclas zamanı sözügedən təkliflərin daha da konkretləşdirilməsi və ölçüləbilən olması üçün işçi qrupun üzvlərinə müvafiq tövsiyələrini və tapşırıqlarını verərək qısa müddət ərzində təklifləri ümumiləşdirərək işçi qrupun Katibliyinə təqdim edilməsini bildirib.
Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev ölkənin Qlobal İnnovasiya İndeksindəki göstəricilərinin yaxşılaşdırılmasında işçi qrupun fəaliyyətinin mühüm rol oynadığını qeyd edib. Həmçinin növbəti il üçün işçi qrupun Katibliyi tərəfindən
İndeksin alt-indikatorlarının metodologiyasına uyğun olaraq tədbirlərin formalaşdırıldığını əlavə edib.
Davam edərək bildirdi ki, bugünkü iclasda əsas məqsədimiz nəticə əsaslı tədbirləri müəyyənləşdirərək növbəti ilin Fəaliyyət Planını təkmilləşdirməkdir ki, bu tədbirlərin icrası yekunda həm Qlobal İnnovasiya İndeksinə, həm də sahəvi göstəricilərə müsbət təsir etsin. Bundan əlavə, təqdim edilmiş təkliflər üzrə əsas keyfiyyət göstəricilərinin və icra müddətlərinin müəyyən edilməsini qeyd edib.
İclasda səsləndirilmiş fikirlər əsasında işçi qrup tərəfindən müvafiq təkliflər verilib və qərarlar qəbul edilib.
Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” İşçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir (https://azranking.az/az/working-groups).
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri