“TikTok” Mətbuat Şurası ilə əməkdaşlıq edəcək

12-05-2023 / 22:17

Azərbaycan Mətbuat Şurası “fake news”ların qarşısını almaq üçün “TikTok”la əməkdaşlıq etmək niyyətindədir.

Xeberler.az bu barədə Şuraya istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qurumda sosial şəbəkənin Azərbaycan ilə əlaqələndiricisi Emin Axundovla görüş keçirilib və müzakirələr aparılıb.

Müzakirələr zamanı dezinformasiyaların və "fake news"ların qarşısının alınması istiqamətində "Tiktok"un tətbiq etdiyi əks tədbirlər nəzərdən keçirilib, həmçinin "Tiktok"da cəmiyyətimiz üçün faydalı kontentin yaradılması haqda fikir mübadiləsi aparılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə