"Tokio Yay Olimpiya Oyunları – 2020" mövzusunda poçt markaları buraxılıb

23-07-2021 / 17:35

Tokio Yay Olimpiya Oyunları – 2020" mövzusuna həsr edilmiş poçt markaları bloku dövriyyəyə buraxılıb.

“COVID-19” ümumdünya pandemiyası səbəbindən bir il təxirə salınan və bu ilin 23 iyul – 8 avqust tarixlərində keçiriləcək "2020-ci il Yay Olimpiya Oyunları" Yaponiyanın 42 yarış məkanında baş tutacaq. Bu oyunlarda ölkəmiz 44 idmançı ilə təmsil olunur.

Markalarda müxtəlif yay idman növləri Olimpiya oyunlarına ev sahibliyi edən ölkənin atributu ilə əlaqələndirilib.

Belarus Respublikasının Bobruysk şəhərində on min tirajla çap olunmuş poçt  markasının müəllifi rəssam Vüqar Əyyubovdur. Marka ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.