Previous Next
Bağla

Azercell Tokio-2020-nin qaliblərini təbrik edib

13-10-2021 13:49
Azercell Tokio-2020-nin qaliblərini təbrik edib

Şirkət beynəlxalq olimpiadada öz qələbəsilə Azərbaycan bayrağını zirvələrdə dalğalandıran olimpiya və paralimpiya medalçılarını dəyərli hədiyyələrlə mükafatlandırdı Tokio-2020 Yay Oyunlarında Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya Komandalarının Məğrur Tərəfdaşı kimi çıxış edən Azercell ölkəmiz üçün böyük uğurla nəticələnən bu əhəmiyyətli yarışın medalçılarını bir araya toplayaraq təbrik etdi.

Oktyabr ayının 12-də Azercell şirkətinin prezidenti Zərinə Zeynalova, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyevin iştirakı ilə keçirilən görüşə Tokio-2020 Olimpiya və Paralimpiya Oyunlarının mükafatçısı olan idmançılar da qatıldı. Tədbirdə qonaqları salamlayan Azercell şirkətinin prezidenti Z. Zeynalova öz çıxışında bildirdi ki, 23 olimpiyaçı və paralimpiyaçılarımızın müxtəlif idman növlərində toplam olaraq 26 medal qazanması ölkəmiz üçün böyük bir fəxrdir: “Yarışlara qatılan və mükafat alan bütün idmançılarımız, xüsusilə də bu il rekord sayda qızıl medal qazanaraq Azərbaycanın adını 10 lider ölkə sırasına daxil edən paralimpiyaçılarımzla qürur duyur, onları ürəkdən təbrik edir və müvəffəqiyyətlər arzulayıram! Tokio-2020 çərçivəsində Azercell-i Məğrur Tərəfdaş kimi dəvət edən Azərbaycan Milli Olimpiya Komitəsinə və Milli Paralimpiya Komitəsinə əməkdaşlığa görə təşəkkür edirəm!”

Tədbirdə, həmçinin, Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov da söz alaraq ölkəmizdə olimpiya və paralimpiya hərəkatlarına olan dəstəyə görə təşəkkürünü bildiriblər. Ç.Hüseynzadə qeyd etdi ki, Olimpiya və Paralimpiya Komandasının Tokio 2020 Oyunlarındakı iştirakı və yarışların nəticələrinin Azərbaycan, eyni zamanda dünyaya çatdırılmasında ölkənin bir nömrəli mobil operatoru olan Azercell şirkətinin böyük zəhməti var.

Tədbirdə bütün qalib idmançılara “Azercell Telekom” adından sertifikatlar və dəyərli hədiyyələr təqdim olundu.

Xatırladaq ki, Tokio-2020 Olimpiya və Paralimpiya oyunlarında Azərbaycanın Milli Olimpiya yığması 3 gümüş və 4 bürünc medal, Milli Paralimpiya Yığması isə 14 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Ümumilikdə, Azərbaycan idmançıları ölkəmizə 14 qızıl, 4 gümüş və 7 bürünc medalla qayıdıblar.

Məlumat üçün bildirək ki, Azercell 2004-cü ildə Afinada keçirilən yay oyunlarında Azərbaycanın Milli Olimpiya Yığmasının tərəfdaşı olmuşdur. Bundan başqa, Azercell 2014-cü ildən etibarən Uşaq Paralimpiya Komitəsinin sponsorudur. Bu komitədə yetişmiş idmançılar ayrı-ayrı illərdə ölkəmizə beynəlxalq turnirlərdə müxtəlif medallar qazandırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell Paralimpiyaçı idmançılarımıza da dəstək olur

Azercell Paralimpiyaçı idmançılarımıza da dəstək olur

24-08-2021
Azercell Uşaq Paralimpiya İdman Oyunlarına dəstək olub

Azercell Uşaq Paralimpiya İdman Oyunlarına dəstək olub

12-12-2017
Azercell Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq Memorandumu imzalayıb

Azercell Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq Memorandumu imzalayıb

28-02-2020
Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub

Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub

28-12-2021
Azercell-in dəstəyi ilə beşinci Uşaq Paralimpiya Oyunları keçirilib

Azercell-in dəstəyi ilə beşinci Uşaq Paralimpiya Oyunları keçirilib

15-11-2019
Azercell-in dəstəyi ilə V Uşaq Paralimpiya Oyunları keçiriləcək

Azercell-in dəstəyi ilə V Uşaq Paralimpiya Oyunları keçiriləcək

31-10-2019
Azercell Telekom idmançı qadınların simasında bütün xanımları təbrik edib

Azercell Telekom idmançı qadınların simasında bütün xanımları təbrik edib

06-03-2020
   Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

27-04-2016
"Azercell Telecom"un dəstəyilə “Uşaq Paralimpiya kuboku” turniri keçirilib

"Azercell Telecom"un dəstəyilə “Uşaq Paralimpiya kuboku” turniri keçirilib

08-06-2023
Avropa Oyunlarının qalibləri Azercell-də qonaq olub

Avropa Oyunlarının qalibləri Azercell-də qonaq olub

03-07-2015
Azercell I Uşaq  Paralimpiya Oyunlarını dəstəkləyir

Azercell I Uşaq Paralimpiya Oyunlarını dəstəkləyir

06-11-2015
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi "Azercell"i təltif etdi

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi "Azercell"i təltif etdi

18-01-2023
Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək

Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək

19-12-2025
Azercell və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir

Azercell və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir

10-04-2025
 Azercell prezidenti mükafatlandırıldı

Azercell prezidenti mükafatlandırıldı

10-12-2016
Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya Oyunları keçirilib

Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya Oyunları keçirilib

11-11-2016
Uşaq paralimpiyaçılarımız qələbə ilə döndü

Uşaq paralimpiyaçılarımız qələbə ilə döndü

11-09-2017
IV Uşaq Paralimpiya oyunları keçirilib

IV Uşaq Paralimpiya oyunları keçirilib

15-11-2018
"Tokio Yay Olimpiya Oyunları – 2020" mövzusunda poçt markaları buraxılıb

"Tokio Yay Olimpiya Oyunları – 2020" mövzusunda poçt markaları buraxılıb

23-07-2021
Azercell-in dəstəyilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verilib

Azercell-in dəstəyilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verilib

23-11-2021
Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib

Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib

23-12-2025
Azercell Uşaq Paralimpiya Komitəsinə dəstəyi davam etdirir

Azercell Uşaq Paralimpiya Komitəsinə dəstəyi davam etdirir

13-04-2018
Azercell  paralimpiyaçılara dəstək olur

Azercell paralimpiyaçılara dəstək olur

03-08-2017
Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb

Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb

30-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə