"Toshiba" şirkəti mart ayından etibarən Azərbaycan bazarına rəsmi distribüteri olan "N-LINK" şirkəti vasitəsi ilə noutbuklarının rəsmi təchizatını bərpa edir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər ki, "Toshiba" şirkətinin geniş çeşiddə istehsal etdiyi noutbuk modelləri yüksək keyfiyyəti ilə fərqlənir. Şirkət innovasiya texnologiyaları üzrə dünya lideridir, informasiya-kommunikasiya sistemləri üçün proqressiv elektron məhsulların, rəqəmli istehlak mallarının və komponent istehsalı ilə məşğuldur.
Rəsmi satış kanalının açılması ilə daha sərfəli qiymətlə məhsullar təqdim ediləcək, servis mərkəzi dəstəklənəcək, beynəlxalq səviyyəli zəmanət veriləcək. Bundan başqa, istehlakçılar lokallaşdırılmış klaviaturadan və bir sıra digər bonuslardan istifadə etmək imkanı əldə edəcək. (AZƏRTAC)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri