"MDB və Baltikyanı ölkələr arasında Yaponiyanın "Toshiba" firmasının istehsalı olan noutbukların satışından Azərbaycanın payına cəmi bir faiz düşür. Buna baxmayaraq ölkədə olan satış həcmləri digər ölkələrin göstəricilərini üstələyir", - Toshiba-nın MDB və Baltikyanı ölkələr üzrə baş regional meneceri İqor Snıtko cümə günü bildirib.
"MDB və Baltikyanı ölkələr üzrə ötən il cəmi 6 milyon noutbuk satılıb. Regionun ümumi bazarındakı satışda Azərbaycanın payının az olmasına baxmayaraq ölkə şirkət üçün xüsusi maraq kəsb edir",- Snıtko deyib.
Snıtkonun sözlərinə əsasən, reallaşdırılan satışdan Rusiyanın payına 70%, Ukraynanın payına isə ölkəyə dünya maliyyə böhranı təsir edənə qədər 20% düşüb.
Snıtko qeyd edib ki, qeyri-rəsmi məlumatlara əsasən, Toshiba firmasının noutbukları Azərbaycanın 25% bazarını təmin edir.
"Stabil valyuta kursu və müştərilərin kreditləşmə ilə çox da bağlı olmayan alıcılıq qabiliyyəti Azərbaycana marağı artırır", - Snıtko vurğulayıb.
Qeyd edək ki,“Toshiba” şirkəti, həmçinin, Azərbaycanın “Delta Telecom” şirkəti ilə WIMAX texnologiyasını dəstəkləyən noutbukalrın təchizatı ilə bağlı razılaşma imzalayıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri