Previous Next
Bağla

Türk Hava Yolları yeni reklam çarxını təqdim edib

06-02-2018 12:35
Türk Hava Yolları yeni reklam çarxını təqdim edib

Türk Hava Yolları aviaşirkəti məşhur kardiocərrah və teleaparıcı Mehmet Ozun (Dr. Oz) iştirakı ilə "Beş hiss” adlı yeni reklam çarxını təqdim edib.

Dünya aviasiya sənayesində ən nüfuzlu təşkilatlardan biri olan “Skytrax” şirkətinin apardığı tədqiqatların nəticələrinə görə, 6 il ərzində "Avropanın ən yaxşı aviaşirkəti" adına layiq görülən Türk Hava Yolları yeni reklam çarxını ilk dəfə bu həftə Amerika televiziyasında ən məşhur şou sayılan ABŞ Milli Futbol Liqasının final qarşılaşması (Superboul) zamanı nümayiş etdirib.

Xebeler.az bildirir ki, milli aviadaşıyıcının uçuşlar həyata keçirdiyi ölkələrin əksəriyyətində yayımlanacaq çarxının rejissoru danimarkalı Martin Aamund olub.

Çəkilişlər ay ərzində Şimali Avropa, Afrika və Uzaq Şərqin müxtəlif mövqelərində şimal şəfəqin çəkilişlərində 0 dərəcədən aşağı Böyük Səhradakı müsbət 50 dərəcəyədək temperaturları əhatə edən ekstremal hava şəraitində keçirilib. Çarx insan bədəninin müxtəlif şəraitdə özünü necə hiss etdiyindən bəhs edir. "Dünyaya geniş baxın" şüarı tamaşaçı üçün beş hiss vasitəsi ilə ətraf aləmi və özünü tədqiq etmək çağırışdır.

Hisslər bizə dünyanı dərk etmək üçün unikal imkan yaradır. Lamisə, iybilmə, eşitmə, görmə və dad olduğunuz yeri canınıza çəkmək və bununla yaddaşınızda həmişəlik həkk olunan qeyri-adi təcrübə əldə etmək üçün beş sehrli üsullardandır. Məhz beş hiss bizim üçün ən əziz olan və bizə zaman arasında səyahət etməyə kömək edən xatirələrə dalmaq imkanı yaradır. Maraqlıdır ki, belə bir sehrli səyahətə bizi hətta çiçəyin qoxusu və ya ədviyyatın dadı kimi kiçik bir detal ruhlandıra bilər. "Beş hiss" kampaniyası tamaşaçıları daxilimizdə yerləşən bütöv kainat və möcüzəli planet qarşısında ehtiram hissi yaşamağa sövq edir.

 Türk Hava Yolları-nın marketinq üzrə direktoru Ahmet Olmuştur yeni kampaniyanin debütunu belə şərh edib: “Digər aviaşirkətlərdən daha çox ölkələrə uçuşlar həyata keçirən şirkət kimi biz tam əminik ki, missiyamız sərnişinlərimizi sadəcə mənzilbaşına çatdırmaqdan daha qlobaldır. Biz onları ətraf aləmi və özlərini tanımağa ruhlandırmaq istəyirik. “Beş hiss" adlı kampaniyamız yeni kəşflər vasitəsi ilə fərəh hissini tam duymağa istiqamətləndirilib. Biz tanınmış adamların iştirakı ilə kampaniyalarımızın nəticələri və onlara qarşı yaranan münasibət ilə tamamilə razıyıq. Morqan Frimanın iştirakı ilə keçənilki kampaniyamız çox populyar olub, indi isə biz Dr. Oz ilə əməkdaşlığımızı səbirsizliklə gözləyirik. Əminəm ki, biz liderliyimizi qoruyub saxlayacağıq və dünyanı yeni kəşflərə ruhlandıra biləcəyik”.

Dr. Oz insanın uçuş zamanı hisslərinin vacibliyini vurğulayıb:

“Həyatını insan bədəninin qadir olduğu möcüzələr haqqında məlumatın yayılmasına həsr etmiş bir həkim kimi "Beş hiss" layihəsi çərçivəsində “Türk Hava Yolları” ilə işləməyə çox şadam. Biz birlikdə dünyanın müxtəlif yerlərində əldə edə biləcəyimiz nadir təcrübəni tədqiq edəcəyik və beləliklə bizim auditoriyanın maraq və təəccüb qabiliyyətlərini stimullaşdıracağıq”.

"Beş hiss" 2017-ci ildə Morqan Frimanın iştirakı ilə Superboul yarışının fasiləsində nümayiş olunan və YouTube-da 53 milyon baxış sayı toplayan çarxıdan sonra növbəti reklam kampaniyasıdır. Türk Hava Yolları 2016-cı ildə “Betmen Supermenə qarşı: Ədalətin şəfəqi” filminin sponsoru oldu və sponsorluq paketi çərçivəsində ilk dəfə olaraq öz reklamını auditoriyası 800 milyondan artıq insan olan Superboul yarışı zamanı nümayış etdirdi. Milli aviadaşıyıcının Lionel Messi və Kobe Bryantın iştirakı ilə “Kobe Messiyə qarşı: selfi ilə ayırdetmə” adlı daha bir reklam çarxı YouTube-da onilliyin ən yaxşı reklamı seçilib.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Türk Hava Yollar yeni Airbus təyyarələri alır

14-03-2018

Mastercard-dan endirim kampaniyası

28-11-2017

Türk Hava Yolları Bakıdan İstanbulun yeni aeroportuna uçuşlara başlayır

19-10-2018

Türk Hava Yolları rekord göstərici əldə edib

12-06-2018

AZAL və OpenAirlines şirkəti razılaşma imzalayıb

19-09-2019

IATA-nın yeni mobil əlavəsi Azərbaycanda tətbiq edilə bilər

14-05-2021

“Türkiyə Hava Yolları”ndan sosial media qadağası

14-06-2017

Səlçuk Bayraktar: Azərbaycanlı qardaşlarımızı komandaları ilə “TEKNOFEST”ə müraciət etmələrini gözləyirik

04-02-2021

Azərbaycan Hava Yolları adından fişinq kampaniyası həyata keçirilir

10-11-2024

Aeronaviqasiya qurumlarının rəhbərlərinin ilk sammiti keçirilir.

24-01-2024

Türk hakerlər Ermənistanın rəsmi saytını dağıtdılar

29-12-2010

AZAL "A320neo" ailəsinə aid 12 təyyarə sifariş edib

06-04-2023

Bakı Aeroportunda yeni texnologiyalar tətbiq ediləcək

12-03-2019

"Meta” ilk reklam kampaniyasını təqdim edib

06-11-2021

Əlin həssaslığını imitasiya edən protez hazırlanıb

15-10-2016

Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində ekoloji dayanıqlılıq diqqət mərkəzindədir

12-06-2024

Yaponiya Hava Yolları şirkəti kütləvi kiberhücuma məruz qalıb

26-12-2024

İran hava məkanını açıb

24-06-2025

Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir

15-11-2021

Aviasiya məsələləri üzrə beynəlxalq forum keçirilir

24-11-2015

Reklam qanunvericiliyi ilə bağlı seminar keçirilib

03-10-2022

Azərbaycan və Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir

24-08-2023

Azərbaycan Hava Yolları mobil əlavəsini təqdim edib

11-10-2019

Növbəti 5 il ərzində həyatımıza daxil olacaq texnologiyalar

18-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə