Previous Next
Bağla

“Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilib

05-03-2020 18:49
“Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilib

II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, sahə üzrə yerli və beynəlxalq təşkilatların, eləcə də müvafiq sahədə lisenziya almış şirkətlərin tərəfdaşlığı ilə “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilib.

Xeberler.az bildirir ki, əsas məqsəd fərdi məlumatların mülkiyyətçisi və operatoru kateqoriyalarını təmsil edən şəxslərlə əməkdaşlığın gücləndirilməsi, onların maarifləndirilməsi və beynəlxalq təcrübədən yararlanmaqla, ölkə səviyyəsində fərdi məlumatların mühafizə səviyyəsinin yüksəldilməsidir.

Tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatları, bank sektoru, beynəlxalq təşkilatlar və nümayəndəliklər, internet xidməti provayderləri, mobil operatorlar, təhsil müəssisələri, sığorta şirkətləri, səhiyyə müəssisələri və digər təşkilatların fərdi məlumatların mühafizəsi üzrə məsul şəxsləri, eləcə də Avropa Şurasının, Moldova, İsrail və s. ölkələrin ekspertləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə fərdi məlumatların mühafizəsi məsələsinin müasir dövrdə xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. “Fərdi məlumatlar bilavasitə kibertəqiblərin tərkib hissəsi sayılır, yəni həyata keçirilən hücumlar daha çox fərdi və digər potensial məlumatların əldə edilməsinə yönəldilir” – deyə nazir müavini bildirib.

E.Vəlizadə Avropada fərdi məlumatların mühafizəsi üzrə qanunvericiliyin 1981-ci ildən həyata keçirilməyə başlandığını qeyd edib. Fərdi məlumatların mühafizəsinin tələblərinə ciddi riayət edilməsini önə çəkərək ölkəmizdə qəbul olunmuş “Fərdi məlumatlar haqqında qanun”un təkmilləşdirilməsi üzərində işlərin aparıldığını, yeni qanun layihəsinin işləndiyini diqqətə çatdırıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas fərdi məlumatlar sahəsində normativ-hüquqi tənzimləmə, aktual və praktiki problemlərdən söz açaraq fərdi məlumatların etibarlı mühafizəsi üçün kompüter, mobil telefon şifrlərinin düzgün seçilməsinin önəmindən danışıb. K.Yankauskas kiberməkanda qaydaların təkmilləşdirilməsi, kibertəhlükəsizlik sahəsində məlumatların, o cümlədən qanunun aliliyinin qorunub saxlanması və s. məsələlərin həllinin Avropa İttifaqının fəaliyyətində prioritet istiqamətlərdən olduğunu nəzərə çatdırıb. O, “Şərq Tərəfdaşlığı” ölkələri, o cümlədən Azərbaycanla bu istiqamətdə görülən tədbirlərin əhəmiyyətini qeyd edərək, ölkəmizdə həyata keçirilən işləri dəstəklədiklərini bildirib.

Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov 7 il öncə martın 5-də Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyətə başladığını qeyd edib. F.Fərmanov bildirib ki, informasiya və kommunikasiya texnologiyalarının inkişafı fərdi məlumatların genişlənməsinə səbəb olur ki, bu da nəticə etibarilə yeni baxışların formalaşmasını tələb edir.

O, bu sahədə maarifləndirmənin böyük önəm kəsb etdiyini vurğulayıb. Daha sonra Avropa Şurası, Məlumatların mühafizəsi üzrə qrupun məsləhətçisi Peter Kimpian “Konvensiya 108: Qlobal Məlumat Təhlükəsizliyi Standartı” adlı məruzə ilə çıxış edib. P.Kimpian Avropa Şurası tərəfindən bu məsələlərin tənzimlənməsi istiqamətində görülən işlərdən danışıb.

“Prosol” QSC-nin Baş texniki direktoru, fərdi məlumatların mühafizəsi üzrə ekspert Kapelushnik Nir məruzə ilə çıxış edib. O bildirib ki, qanun və qaydaların tətbiqi, hökumət tərəfindən maarifləndirmə, fərdi məlumatların mühafizəsində mövcud problemlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsi çox önəmlidir.

Fərdi məlumatların mühafizəsi hüququ üzrə mütəxəssis Olga Demian “Fərdi məlumatların subyektinin hüquqları, onların tətbiqi və qorunmasının xüsusiyyətləri”, İnformasiya texnologiyaları üzrə auditor İlqar Əliyev “Fərdi məlumatlar üzrə hüquqlarımız və məsuliyyətimiz”, “AİSTGroup” MMC-nin layihə rəhbəri Babək Əliyev “Fərdi məlumatlardan istifadənin təşkili”, “Ernst & Young” şirkətinin Azərbaycandakı nümayəndəliyinin eksperti “Ernst & Young” şirkətinin fərdi məlumatların məxfiliyi ilə bağlı yanaşması və “GDPR”-a doğru atılacaq addımlar” adlı məruzə ilə çıxış edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
28 yanvar - Beynəlxalq fərdi məlumatların mühafizəsi günüdür

28 yanvar - Beynəlxalq fərdi məlumatların mühafizəsi günüdür

28-01-2021
Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

11-04-2022
ETX fərdi məlumatların mühafizəsi sahəsində layihəyə start verib

ETX fərdi məlumatların mühafizəsi sahəsində layihəyə start verib

26-05-2026
NRYTN və “AmCham” arasında videotədbir keçirilib

NRYTN və “AmCham” arasında videotədbir keçirilib

20-08-2020
AQEM-ə üzv dövlətlərin iştirakı ilə beynəlxalq forum keçirilib

AQEM-ə üzv dövlətlərin iştirakı ilə beynəlxalq forum keçirilib

30-10-2025
ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

28-01-2026
Fərdi məlumatların mühafizəsi təkmilləşdiriləcək

Fərdi məlumatların mühafizəsi təkmilləşdiriləcək

28-08-2023
Azərbaycanda "Fərdi informasiyanın mühafizəsi üzrə" qanun layihəsinə dəyişiklik hazırlanır

Azərbaycanda "Fərdi informasiyanın mühafizəsi üzrə" qanun layihəsinə dəyişiklik hazırlanır

13-06-2023
Elektron Təhlükəsizlik Xidməti daha bir məktəbdə maarifləndirmə tədbiri keçirib

Elektron Təhlükəsizlik Xidməti daha bir məktəbdə maarifləndirmə tədbiri keçirib

13-09-2024
Hüquq müdafiəçiləri Avropada fərdi məlumatların mühafizəsindən narahatdır

Hüquq müdafiəçiləri Avropada fərdi məlumatların mühafizəsindən narahatdır

23-04-2015
Nazirlik internetdən təhlükəsiz istifadə ilə bağlı treninq keçirib

Nazirlik internetdən təhlükəsiz istifadə ilə bağlı treninq keçirib

09-02-2016
28 Yanvar - Məlumatların Mühafizəsi Günüdür

28 Yanvar - Məlumatların Mühafizəsi Günüdür

28-01-2025
Fərdi məlumatların verilməsi qadağan edilib

Fərdi məlumatların verilməsi qadağan edilib

07-10-2015
Prezident İlham Əliyev fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması qaydalarını təsdiq etdi

Prezident İlham Əliyev fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması qaydalarını təsdiq etdi

05-10-2010
"Azərbaycanda fərdi məlumatların qorunması ilə bağlı yeni qanun hazırlanır"

"Azərbaycanda fərdi məlumatların qorunması ilə bağlı yeni qanun hazırlanır"

22-06-2023
Nazir: “Rəqəmsal transformasiya konsepsiyasının hərtərəfli və inklüziv olmasına çalışırıq”

Nazir: “Rəqəmsal transformasiya konsepsiyasının hərtərəfli və inklüziv olmasına çalışırıq”

11-06-2021
Xorvatiya ilə rəqəmsal təhlükəsizlik üzrə təcrübə mübadiləsi aparılıb

Xorvatiya ilə rəqəmsal təhlükəsizlik üzrə təcrübə mübadiləsi aparılıb

29-07-2025
Kibertəhlükəsizlik: çağırışlar, trendlər və qabaqcıl təcrübələr mövzusunda seminar keçirilib

Kibertəhlükəsizlik: çağırışlar, trendlər və qabaqcıl təcrübələr mövzusunda seminar keçirilib

22-11-2018
Niderlandın bir neçə qurumunun əməkdaşlarına kiberhücum edilib

Niderlandın bir neçə qurumunun əməkdaşlarına kiberhücum edilib

07-02-2026
Taksi operatorlarına qarşı fərdi məlumatların mühafizəsi ilə bağlı tələblər gücləndirilir

Taksi operatorlarına qarşı fərdi məlumatların mühafizəsi ilə bağlı tələblər gücləndirilir

12-06-2023
Informasiya təhlükəsizliyinə dair V respublika konfransı keçiriləcək

Informasiya təhlükəsizliyinə dair V respublika konfransı keçiriləcək

12-11-2019
Taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb

Taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb

16-10-2023
2016-cı ildə internetdə məxfilik problemi kritik həddə çatacaq

2016-cı ildə internetdə məxfilik problemi kritik həddə çatacaq

11-11-2015
Dövlət informasiya ehtiyatları və fərdi məlumatlarla bağlı yeni statistika açıqlanıb

Dövlət informasiya ehtiyatları və fərdi məlumatlarla bağlı yeni statistika açıqlanıb

17-05-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə