Previous Next
Bağla

Türkiyənin İstanbul Texnoparkı ilə Azərbaycanın İnnovasiyalar Agentliyi əməkdaşlıq edəcək

18-02-2021 18:58
Türkiyənin İstanbul Texnoparkı ilə Azərbaycanın İnnovasiyalar Agentliyi əməkdaşlıq edəcək

Ölkə başçısının göstərişi ilə Qarabağda abadlıq işlərinin aparılmasına başlanılıb. Qarabağ hər zaman ilk öncə mədəniyyət ocağı, şairlərin, musiqiçilərin və incəsənət xadimlərinin vətəni olub. Qarabağın yeni tarixi yazılarkən onu regionda həm də yüksək texnologiyalar və innovasiyalar məkanına çevirmək dövlətimizin iqtisadiyyatı və gələcək tərəqqisi üçün vacibdir.

Xeberler.az-ın məlumatına görə, İnnovasiyalar Agentliyindən bildirilib ki, bu məqsədlə Qarabağda texnologiya parklarının, innovasiya mərkəzlərinin açılması planlaşdırılır. İnnovasiyalar Agentliyi bu yöndə öz fəaliyyətlərini davam etdirərək Türkiyənin İstanbul Texnoparkı ilə “Yüksək Texnologiyalar sahəsində Əməkdaşlıq” memorandumunu imzalayıb. Sənəddə tərəflərin gələcək birgə fəaliyyətini əks etdirən bəndlər qeyd olunub. Azərbaycanda texnologiya bilikləri səviyyəsinin artırılması və gənc mütəxəssislərin yetişdirilməsi məqsədilə mütəmadi olaraq inkubasiya və akselerasiya proqramlarının, texnologiya transferi proqramlarının həyata keçirilməsi, eyni zamanda bilik və təcrübələrin paylaşılması planlaşdırılır. Bunun üçün qarşılıqlı seminar, təlim və konfranslar təşkil edilməsi, hər iki ölkədə nümayəndəliklərinin və ən əsası isə müştərək Yüksək Texnologiyalar Parklarının yaradılması nəzərdə tutulur. Həmin parklarda ən son “soft” və “hard” elmi araşdırmaların aparılması, eyni zamanda yüksək texnoloji cihazların istehsalı planlaşdırılır. Mütəmadi təşkil olunacaq kampuslarda isə gənclərimizin və İKT sahəsinin mütəxəssislərinin bir-biri ilə ünsiyyətdə olmaları, təcrübələrini bölüşmələri və yeni ideyalarını həyata keçirmələri üçün mühit yaradılacaq.

Bu cür əməkdaşlıq müqavilələrinin bağlanmasında İnnovasiyalar Agentliyinin məqsədi Azərbaycanı regionda yüksək texnologiyalar və innovasiyalar məkanına çevirmək dövlətimizin iqtisadiyyatı və gələcək tərəqqisi üçün addımlar atmaqdır.

Qeyd edək ki, İnnovasiyalar Agentliyi daha əvvəl Türkiyənin ən böyük sənaye bölgələrindən birində yerləşən, 130 texnologiya şirkətinə dəstək göstərən “GOSB” və məşhur Bilkent Universitetinin yaratdığı “Bilkent Cyberpark” texnoparkı ilə memorandum imzalayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qarabağda Türkiyə ilə müştərək ilk Yüksək Texnologiyalar Parkı yaradılacaq

02-12-2020

Qarabağda yüksək texnologiyalar parkları yaradılacaq

18-02-2021

“Texnopark İstanbul” şirkəti İnnovasiyalar Agentliyi ilə müqavilə imzalayıb

10-03-2021

Azərbaycan Hindistanla texnoloji transferləri müzakirə edib

25-07-2019

Startap və Texnologiya Transferi Mərkəzi yaradılacaq

24-09-2019

İnnovasiyalar Agentliyi beynəlxalq sammitdə təmsil olunub

24-02-2021

KOICA Azərbaycana qrant ayırıb

25-11-2020

İnnovasiyalar Agentliyi Asiya İnkişaf Bankı ilə görüşüb

17-08-2019

İnnovasiyalar Agentliyi Beynəlxalq Biznes İnnovasiya Assosiasiyasına üzv seçilib

16-11-2020

İnnovasiyalar Agentliyində ilk onlayn təcrübə proqramı başa çatıb

09-12-2020

UNEC Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək

23-10-2018

Azərbaycanın 3 layihəsi Startap Chile-da iştirak edir

24-07-2019

Azərbaycan Koreyanın CIAT proqramında təmsil olunur

08-08-2019

Daha 2 şirkət Yüksək Texnologiyalar Parklarına rezidentliyə qəbul olunub

22-02-2021

Nazir Rəşad Nəbiyevin Türkiyə Respublikasına səfəri başa çatıb

19-02-2021

İnnovasiyalar Agentliyi daha bir konfransda təmsil olunacaq

23-08-2019

İnnovasiyalar Agentliyi ilə KOICA-nın əməkdaşlığı davam edir

05-05-2021

Mingəçevir Dövlət Universiteti ilə İnnovasiya Agentliyi memorandum imzalayıb

22-12-2019

İnnovasiyalar Agentliyi fəaliyyətinin ilk ilində zərərlə işləyib

22-02-2021

AMEA YTP və Kapadokiya Texnoparkı arasında əməkdaşlıq protokolu imzalanıb

22-07-2022

İnnovasiyalar Agentliyi və “500 Startups” şirkəti arasında müqavilə imzalanıb

21-12-2020

İnnovasiyalar Agentliyi və “500 Startups” şirkəti arasında müqavilə imzalandı

14-01-2021

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində AZİNNEX üzvləri ilə görüş keçirilib

08-04-2021

İnnovasiyalar Agentliyi 43 beynəlxalq şirkətə müraciət göndərib

15-10-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə