Previous Next
Bağla

AMEA YTP və Kapadokiya Texnoparkı arasında əməkdaşlıq protokolu imzalanıb

22-07-2022 18:02
AMEA YTP və Kapadokiya Texnoparkı arasında əməkdaşlıq protokolu imzalanıb

AMEA Yüksək Texnologiyalar Parkı (YTP) və Nevşehir Hacı Bektaş Veli Universitetinin nəzdində fəaliyyət göstərən Kapadokiya Texnoparkı arasında əməkdaşlıq protokolu imzalanıb.

Xeberler.az bildirir ki, AMEA YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov və Kapadokiya Texnoparkının baş direktoru Bilgin Yazlık tərəfindən imzalanan sənədin əsas məqsədi iki qurum arasında davamlı əməkdaşlığın qurulması, çoxtərəfli layihələrin həyata keçirilməsi ilə qardaş ölkələr olan Azərbaycan və Türkiyənin texnoloji inkişafına mühüm töhfələr verməkdir.

Protokol çərçivəsində Kapadokiya Texnoparkı AMEA YTP-nin İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin fəaliyyətinin gücləndirilməsində, birgə inkubasiya proqramlarının hazırlanmasında, Türkiyədə texnoparkların inkişafı üçün dəstək proqramlarında, eləcə də Avropa İttifaqı və digər beynəlxalq təşkilatların layihə çağırışlarının reallaşdırılmasında iştirakının təmin edilməsində YTP-yə dəstək göstərəcək. Bundan əlavə, tərəflər innovasiya ekosisteminin inkişafına töhfə verə biləcək birgə konfrans və seminarların təşkili, kadr hazırlığı üçün qısamüddətli təlim və mentorluq dəstəyinin təmin edilməsi, akademiya-sənaye əməkdaşlığının inkişafı üçün qarşılıqlı təcrübə mübadiləsi, Azərbaycanda yetişən sahibkarların Kapadokiya Texnoparkına yönləndirilməsi və Kapadokiya Texnoparkının Azərbaycan ekosistemi ilə tanış edilməsini təmin edəcəklər.

Bu günlərdə YTP-nin İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidov və AMEA Radiasiya Problemləri İnstitutunun aparıcı mühəndisi Namiq Heydərov Türkiyə texnoparklarının təcrübəsinin öyrənilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq, o cümlədən birgə proqram və layihələrin icrası imkanlarının müzakirə edilməsi məqsədilə Ankara Bilkent Universitetinin “Cyberpark”ı, Orta Şərq Texniki Universitetinin Texnoparkı (Orta Doğu Teknik Üniversitesi (ODTÜ) Teknokenti), Türk Aerokosmik Sənaye Şirkəti (Türk Havacılık ve Uzay Sanayii A.Ş. – TUSAŞ), Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi (Türkiye Cumhuriyeti Cumhurbaşkanlığı Dijital Dönüşüm Ofisi) və Nevşehir Hacı Bektaş Veli Universitetində keçirilən görüşlərdə iştirak ediblər.

“Bilkent Cyberpark”ın baş direktoru Faruk İnaltekin, ODTÜ Teknokentin Biznesin inkişafı və marketinq departamentinin direktoru Selin Doğu, TUSAŞ-ın Akademiya başkanı professor Ahmet Pınarbaşı, Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin departament rəhbəri Halil İbrahim Özer və Nevşehir Hacı Bektaş Veli Universitetinin rektoru, professor Semih Aktekin ilə keçirilən görüşlərdə AMEA YTP-nin texnologiyaların transferi və inkubasiya sahələrində inkişafına dəstək verən proqramların təşkili, texnopark quruculuğu istiqamətində digər fəaliyyətlər, Bakıda TUSAŞ-ın mühəndislik ofisinin yaradılması, eləcə də azərbaycanlı tədqiqatçı və mühəndislərin Ankarada ixtisasartırma proqramlarına cəlb edilməsi, “Digital Europe”, “Horizon Europe” layihələri üzrə birgə əməkdaşlıq, kompüter mühəndisliyi sahəsində “Erasmus+” proqramı üzrə azərbaycanlı tələbələrin Nevşehir Universitetində təhsilini təkmilləşdirmələri ilə bağlı məsələlər müzakirə edilib.

Səfər çərçivəsində 20-21 iyul tarixlərində Kapadokiya Texnoparkında AMEA nümayəndələri üçün iki günlük təlim keçirilib, texnoparkların fəaliyyət mexanizmi, texnoloji transfer və kommersiyalaşdırılma prosesləri, biznes inkubasiya, əqli mülkiyyət, akademiya-sənaye əməkdaşlığına dair geniş təqdimatlar təqdim edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AMEA YTP İstanbulda yerləşən universitet və texnoparklarla əməkdaşlıq edəcək

AMEA YTP İstanbulda yerləşən universitet və texnoparklarla əməkdaşlıq edəcək

30-07-2022
AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

12-05-2017
AMEA Türkiyə texnoparkı ilə müqavilə imzaladı

AMEA Türkiyə texnoparkı ilə müqavilə imzaladı

18-02-2016
AMEA YTP Türk Aviasiya və Kosmik Sənaye Şirkəti ilə əməkdaşlıq edəcək

AMEA YTP Türk Aviasiya və Kosmik Sənaye Şirkəti ilə əməkdaşlıq edəcək

31-05-2022
YTP Koreya müəssisələri ilə neft-kimya sahəsində əməkdaşlıq edə bilər

YTP Koreya müəssisələri ilə neft-kimya sahəsində əməkdaşlıq edə bilər

14-02-2023
Xarici texnopark Azərbaycanla əməkdaşlıq edəcək

Xarici texnopark Azərbaycanla əməkdaşlıq edəcək

04-08-2017
AMEA YTP fəaliyyətini genişləndirir

AMEA YTP fəaliyyətini genişləndirir

02-08-2017
Azərbaycan və Özbəkistan arasında innovasiya sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Özbəkistan arasında innovasiya sahəsində əməkdaşlıq müzakirə edilib

04-07-2022
YTP innovasiya sahəsində Koreya təcrübəsini tətbiq etmək niyyətindədir

YTP innovasiya sahəsində Koreya təcrübəsini tətbiq etmək niyyətindədir

24-06-2021
Yüksək Texnologiyalar Parkı “Protechservice” MMC ilə əməkdaşlıq edəcək

Yüksək Texnologiyalar Parkı “Protechservice” MMC ilə əməkdaşlıq edəcək

08-08-2022
Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb

Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb

24-10-2023
AzTu kosmik sahəsində beynəlxalq əlaqələrini genişləndirir

AzTu kosmik sahəsində beynəlxalq əlaqələrini genişləndirir

31-08-2023
Azərbaycanlı alim Xəlil Kələntər AMEA Yüksək Texnologiyalar Parkının qonağı olub

Azərbaycanlı alim Xəlil Kələntər AMEA Yüksək Texnologiyalar Parkının qonağı olub

04-05-2022
Texnopark “Teknofest” festivalında 5 rezidentlə təmsil olunacaq

Texnopark “Teknofest” festivalında 5 rezidentlə təmsil olunacaq

17-05-2022
Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzi açıldı

Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzi açıldı

20-11-2017
YTP ilə “OnDigital” şirkəti arasında niyyət protokolu imzalanıb

YTP ilə “OnDigital” şirkəti arasında niyyət protokolu imzalanıb

06-02-2025
YTP-nin istismar proqramı, tətbiq və bacarıqların artırılması layihəsi çərçivəsində Koreyada təlim keçirilib

YTP-nin istismar proqramı, tətbiq və bacarıqların artırılması layihəsi çərçivəsində Koreyada təlim keçirilib

02-09-2024
Bakıda K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində forum keçirilir

Bakıda K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində forum keçirilir

25-10-2023
AMEA və TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı müzakirələr aparılıb

AMEA və TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı müzakirələr aparılıb

30-05-2022
AMEA  texnoparkı Moskva ilə birgə layihələr hazırlayacaq

AMEA texnoparkı Moskva ilə birgə layihələr hazırlayacaq

19-04-2017
“Future Lab” ilə YTP arasında niyyət protokolu imzalanıb

“Future Lab” ilə YTP arasında niyyət protokolu imzalanıb

20-02-2025
Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

05-07-2019
Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

25-10-2024
Elmin İnkişafı Fondunun icraçı direktoru AMEA Yüksək Texnologiyalar Parkında olub

Elmin İnkişafı Fondunun icraçı direktoru AMEA Yüksək Texnologiyalar Parkında olub

21-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə