Previous Next
Bağla

Mingəçevir Dövlət Universiteti ilə İnnovasiya Agentliyi memorandum imzalayıb

22-12-2019 10:09
Mingəçevir Dövlət Universiteti ilə İnnovasiya Agentliyi memorandum imzalayıb

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi ilə Mingəçevir Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Xeberler.az bildirir ki, İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli və MDU-nun rektoru Şahin Bayramov tərəfindən imzalanan memorandum iki qurum arasında innovasiya sahəsində birgə fəaliyyət, müştərək layihələrin hazırlanması və icra edilməsi, tələbə və gənclər arasında innovativ və kreativ düşüncə tərzinin formalaşdırılması, mütərrəqi texnologiyaların yaradılması və tətbiqini mənimsəyən mütəxəssislərin hazırlanması və startaplara inkubasiya xidmətlərinin göstərilməsi istiqamətlərində əməkdaşlığın yaradılmasını nəzərdə tutur.

İmzalama mərasimində çıxış edən Tural Kərimli ölkə başçısı cənab İlham Əliyevin birbaşa təşəbbüsü və dəstəyi ilə yaradılmış İnnovasiyalar Agentliyinin əsas hədəfləri və fəaliyyət istiqamətləri barədə məlumat verib. MDU ilə əməkdaşlığın potensial istiqamətlərindən bəhs edən T.Kərimli Mingəçevir Yüksək Texnologiyalar Parkında “Simbioz” texnoloji biznes inkubatorunun istifadəyə verilməsinin əhəmiyyətindən danışıb.

Şahin Bayramov İnnovasiyalar Agentliyi ilə əməkdaşlığın MDU-da innovativ idarəetmə texnologiyalarının tətbiqinə və yüksək ixtisaslı kadr hazırlığının məzmununun müasir dövrün tələblərinə uyğunlaşdırılmasına mühüm töhfə verəcəyinə əminliyini bildirib. Mingəçevir Yüksək Texnologiyalar parkı ilə qarşılıqlı faydalı işbirliyinin yaradılması üçün bütün zəruri addımların atılacağını qeyd edən Ş.Bayramov “Simbioz” texnoloji biznes inkubatorun fəaliyyətində MDU tələbələri və müəllimlərinin fəal iştirak edəcəyini diqqətə çatdırıb.

Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti “H-TECH İnvest” MMC-nin direktoru Vidadi Məhərrəmov rəhbərlik etdiyi müəssisədə MDU tələbələrinin istehsalat təcrübəsi keçməsi üçün bütün imkanlarların yaradılacağını bildirib.

Universitet – sənaye işbirliyinin yaradılması, MDU-nun startap ekosistemindəki iştirakının genişləndirilməsi, tələbə-gənclərin biznes ideyalarının və innovativ təşəbbüslərinin dəstəklənməsi, innovasiyalar yaradılmasını hədəfləyən birgə əməkdaşlıq baxımından böyük imkanlar vəd edən memorandumun imzalanması mərasimində Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, MDU-nun professor-müəllim və tələbələri iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
MDU-da elektron universitet modelinin yaradılması ilə bağlı növbəti razılaşma əldə edilib

MDU-da elektron universitet modelinin yaradılması ilə bağlı növbəti razılaşma əldə edilib

26-09-2024
AKTA və Mingəçevir Dövlət Universiteti arasında memorandum imzalanıb

AKTA və Mingəçevir Dövlət Universiteti arasında memorandum imzalanıb

27-10-2025
“UniStartup” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“UniStartup” müsabiqəsinin qalibləri mükafatlandırılıb

25-10-2025
Qazi Universitetində “Tədqiqat-Təcrübə Proqramı”nda iştirak edən AzTU-nun heyəti ilə ilkin qiymətləndirmə görüşü keçirilib

Qazi Universitetində “Tədqiqat-Təcrübə Proqramı”nda iştirak edən AzTU-nun heyəti ilə ilkin qiymətləndirmə görüşü keçirilib

07-06-2022
Mingəçevir Dövlət Universitetində “Elektronika və avtomatika” təlimi davam edir

Mingəçevir Dövlət Universitetində “Elektronika və avtomatika” təlimi davam edir

03-10-2024
Daha 2 şirkət Yüksək Texnologiyalar Parklarına rezidentliyə qəbul olunub

Daha 2 şirkət Yüksək Texnologiyalar Parklarına rezidentliyə qəbul olunub

22-02-2021
Mingəçevir İnkubator  Mərkəzinin istifadəyə veriləcəyi tarix açıqlanıb

Mingəçevir İnkubator Mərkəzinin istifadəyə veriləcəyi tarix açıqlanıb

20-06-2015
Mingəçevir Dövlət Universitetində regionun startapçıları ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetində regionun startapçıları ilə görüş keçirilib

18-11-2016
Mingəçevirdə Texno Park və Sənaye Parkı yaradılır

Mingəçevirdə Texno Park və Sənaye Parkı yaradılır

27-02-2015
Mingəçevir İnkubatoruna müraciət edən gənclərlə görüş keçirilib

Mingəçevir İnkubatoruna müraciət edən gənclərlə görüş keçirilib

12-10-2016
UNEC Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək

UNEC Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək

23-10-2018
 “UniStartup” müsabiqəsinə qeydiyyat başlanıb

“UniStartup” müsabiqəsinə qeydiyyat başlanıb

25-08-2025
Mingəçevir Dövlət Universiteti “AzInTelecom” MMC-nin xidmətlərindən yararlanacaq

Mingəçevir Dövlət Universiteti “AzInTelecom” MMC-nin xidmətlərindən yararlanacaq

07-10-2022
Startap Azərbaycan Mingəçevirdə  tələbələrlə görüşüb-Fotolar

Startap Azərbaycan Mingəçevirdə tələbələrlə görüşüb-Fotolar

13-04-2016
Mingəçevir YT Parkının tikintisi yaxın müddətdə başa çatdırılacaq

Mingəçevir YT Parkının tikintisi yaxın müddətdə başa çatdırılacaq

28-10-2015
Azərbaycanda Acer kompüterlərinin istehsalına başlanır

Azərbaycanda Acer kompüterlərinin istehsalına başlanır

30-11-2015
Universitetlər Anlaşma Memorandumu imzaladılar

Universitetlər Anlaşma Memorandumu imzaladılar

07-03-2024
Femmes Digitales-in təşkiltçılığı ilə 5-ci regional tədbir keçirilib

Femmes Digitales-in təşkiltçılığı ilə 5-ci regional tədbir keçirilib

05-11-2019
4SİM “Regional Universitet-Sənaye Birliyi Sammiti”ndə təmsil olunub

4SİM “Regional Universitet-Sənaye Birliyi Sammiti”ndə təmsil olunub

27-10-2025
Mingəçevir İnkubasiya Mərkəzinə layihələrin qəbulu başlayıb

Mingəçevir İnkubasiya Mərkəzinə layihələrin qəbulu başlayıb

21-09-2016
Azərbaycanda istehsal ediləcək Acer kompüterləri ilk hansı mağazada satılacaq?

Azərbaycanda istehsal ediləcək Acer kompüterləri ilk hansı mağazada satılacaq?

08-12-2015
Mingəçevir Dövlət Universitetində Biznes İnkubator Mərkəzi açılıb

Mingəçevir Dövlət Universitetində Biznes İnkubator Mərkəzi açılıb

07-04-2016
İnnovasiyalar Agentliyinə sədr təyin olunub

İnnovasiyalar Agentliyinə sədr təyin olunub

08-08-2019
AzTU-nun mütəxəssisləri NRYTN-nin Yüksək Texnologiyalar Parkında olublar

AzTU-nun mütəxəssisləri NRYTN-nin Yüksək Texnologiyalar Parkında olublar

19-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə