Twitter-in şəffaflıq hesabatı yayımlandı

14-08-2015 / 16:25

Twitter-in şəffaflıq hesabatı yayımlanıb.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, 2012-ci ildən hazırlanan hesabatda ən böyük artım bu ilin yanvar-iyun aylarına təsadüf edir.

Məlumatda bildirilir ki, Twitter -ə ümumilikdə 4 min 363 müraciət olunub. Onlardan 2 min 436-sı ABŞ-ın üzərinə düşür.

Siyahıda ABŞ-ı 425 müraciətlə Yaponiya təqib edir. Türkiyə isə 412 müraciət etməklə üçüncü ölkə kimi göstərilir.

Şəffaflıq hesabatına görə, Twitter-ə edilən məlumatın şəbəkədən götürülmə tələbi ilə müraciət edənlərin sayı keçən ilin ikinci yarısına nisbətən 26 faiz artıb.

 

Ruhəngiz Muradova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə