Previous Next
Bağla

WhatsApp-dan daha bir yenilik

02-08-2017 12:09
WhatsApp-dan daha bir yenilik

Twitter-də təsdiq edilmiş hesabları göstərən “mavi  işarə” ikonu, WhatsApp-da da tətbiq ediləcək.

Xeberler.az xarici mediada yer alan məlumatlara istinadən bildirir ki, bu funksiya ilk olaraq Windows Phone üçün gələcək.

“Mavi işarə”nin hazırda Windows Phone üçün yaradılmış WhatsApp Beta-da test edildiyi müəyyən olunub.

Sınaq istifadəsindən sonra bu yeniliyin iOS və Android cihazlarında da tətbiqi gözlənilir.

WhatsApp-ın yeni xidməti əvvəlcə şirkətlərin hesablarına tətbiq ediləcək. Instagram və Twitter olduğu kimi tanınmış şəxslər üçün də təqdim ediləcəyi ilə bağlı hələlik məlumat verilməyib.

Günel

 

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə