Previous Next
Bağla

Twitter-dən yenilik-Foto

24-05-2016 12:21
Twitter-dən yenilik-Foto

Twitter yeni dizayn dəyişikliyi üzərində çalışır.

Xeberler.az xarici KİV-lərə istinadən məlumat verir ki, şirkət müəyyən saatdan sonra aktiv olacaq “ Gecə rejimi” özəlliyini Android  platformasına gətirir.

Məlum olduğu kimi, Apple iOS 9.2  yeniləməsi ilə gecə rejimi xidmətini istifadəyə verdi. Bununla da istifadəçilər müəyyən saatdan sonra gözlərini daha az yoran rejimdən faydalana bilir.

Twitter də xüsusilə gecə istifadəsi üçün yenilik edir.

Huawei-də çalışan Taylor Wimberly tərəfindən paylaşılan ekran görüntlərində  Twitter-in gecə rejimi üçün göy rəngi seçməsi diqqət çəkib.

Hazırda yeni xidmət Android platformasında sınaqdan keçirilir.

Twitter gecə rejimi ilə bağlı özəlliyi istifadəyə verəcəyi tarixi açıqlamayıb.

Günel

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə