Previous Next
Bağla

Uber-dən Bakıda sürücülər üçün yenilik

30-10-2017 16:26
Uber-dən Bakıda sürücülər üçün yenilik

Uber beynəlxalq texnologiya şirkəti bu gün sürücülər üçün eyniadlı tətbiqdə sözügedən platforma ilə əməkdaşlığı daha rahat edən və səmərəliliyini artırmağa imkan verən bir sıra yeni funksiya təqdim edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata göprə, yeniliklərin tətbiqi tədricən həyata keçiriləcək.

Bu gündən etibarən Uber sürücüləri üçün yeni funksiyaların sırasında aşağıdakılar mövcuddur:

-Marşrut və səfərin statusunu yaxınlar və dostlar ilə bölüşmək imkanı;

-Uzunmüddətli səfər haqqında öncədən məlumat əldə etmək imkanı – sifarişi qəbul etməkdən əvvəl sürücü səfərin 45 dəqiqə və ya daha çox vaxt ala biləcəyi barədə məlumat alır;

-Tətbiqin özündə çat vasitəsilə istifadəçi ilə sürücü arasındakı əlaqə imkanı (test rejimində mövcuddur).

“Bu il Uber sürücülərinin istifadəçi təcrübəsini artırmaq və daha da rahat etmək üçün yeni funksiyalar əlavə edərək və yaxud mövcud olanları dəyişdirərək tətbiqi təkmilləşdirmək məqsədilə ABŞ-da genişmiqyaslı kampaniyaya başlayıb. Bu yeniliklər istifdəçilərin şərhləri və fokus-qruplarla aparılan tədqiqatlar sayəsində mümkün olub. Məsələn, “səfərin statusunu paylaşmaq” funksiyasının sərnişinlər tərəfindən geniş istifadəsini gördükdə biz bu funksiyanı sürücülərə də şamil etməyi qərara aldıq. Uzun müddətdir bizdən gözlənilən bir funksiya da tətbiqin çatıdır – onu həm sürücülər, həm də sərnişinlər dəyərləndirəcək”, - deyə MBD ölkələri üzrə Uber-in baş meneceri Aleksey Stax bildirib.

Səfər haqqında məlumatın ötürülməsi

Bu funksiya sürücülərə səfər zamanı hazırda yerləşdikləri ərazi haqqında məlumatı yaxınları və dostları ilə asanlıqla bölüşmək imkanı verir. Əvvəllər bu seçim yalnız sərnişinlər üçün mümkün idi. Yeni funksiya sayəsində sürücünün yaxınları real vaxt rejimində onun səfərini görə bilir ki, bu da öz növbəsində sürücülərin təhlükəsizliyini daha çox təmin etməlidir.

Uzunmüddətli səfər haqqında öncədən məlumatlandırma

Əvvəllər sürücülər son ünvanı yalnız səfəri qəbul edib başyalandan sonra öyrənə bilirdilər. İndi isə sürücülər üçün tətbiqdə səfərin 45 dəqiqə və ya daha çox vaxt aparacağı barədə xəbərdarlıq əks olunacaq. Bu, Uber platforması üzərindən iş qrafikini daha düzgün planlaşdırmağa imkan verəcək.

 Tətbiq üzərindən çat xidməti

Uber tətbiqi 77 ölkənin 600-dən çox şəhərində fəaliyyət göstərir ki, xidmət xarici ölkələrdə səfərlər də daxil olmaqla sərnişinlərin istifadəsi üçün çox rahatdır. İndi sürücülər və istifadəçilər rouminq zamanı bahalı telefon danışıqlarına ehtiyac olmadan Uber tətbiqinin çat xidməti vasitəsilə mesaj göndərə və səfərin detallarını dəqiqləşdirə biləcəklər. Sürücü smartfonunun ekranında yalnız bir düyməni sıxmaqla sərnişinin mesajını görməsi haqqında təsdiq məlumatı göndərə bilər. Yeni funksiya bütün dünyada avtomobil sifarişi prosesini çox asanlaşdırır. Xidmət bu gündən etibarən test rejimində mövcud olacaq.

Uber-dən istifadə etmək üçün Google Play və ya App Store-dan bu link vasitəsilə tətbiqi yükləmək lazımdır.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Uber Bakıda yeni xidmət istifadəyə verdi

Uber Bakıda yeni xidmət istifadəyə verdi

28-08-2017
Uber Bakıda daha bir yeni xidmət istifadəyə verdi

Uber Bakıda daha bir yeni xidmət istifadəyə verdi

28-09-2016
Azərbaycan Uber-in reytinq siyahısında 3-cü oldu

Azərbaycan Uber-in reytinq siyahısında 3-cü oldu

21-09-2017
Uber dünya üzrə 5 milyard səfər həyata keçirib

Uber dünya üzrə 5 milyard səfər həyata keçirib

03-07-2017
Uber və Bravo Bakıda yeni kampaniyaya başlayıb

Uber və Bravo Bakıda yeni kampaniyaya başlayıb

19-04-2017
Uber Bakıda nağd ödəniş sistemini istifadəyə verib

Uber Bakıda nağd ödəniş sistemini istifadəyə verib

19-07-2016
UberX indi daha sərfəli oldu- Qiymətləri  endirdi

UberX indi daha sərfəli oldu- Qiymətləri endirdi

11-03-2016
Uber şopinq həvəskarları üçün yeni kampaniya keçirir

Uber şopinq həvəskarları üçün yeni kampaniya keçirir

01-08-2016
Uber Azərbaycan üçün yeni tədbiq yaratdı – Uber Azerbaijan

Uber Azərbaycan üçün yeni tədbiq yaratdı – Uber Azerbaijan

11-02-2019
Uber Bakıda daha bir yeni xidmət istifadəyə verdi

Uber Bakıda daha bir yeni xidmət istifadəyə verdi

27-01-2017
Uber Bakıda istifadəçilərə idman avtomobilləri təqdim edəcək

Uber Bakıda istifadəçilərə idman avtomobilləri təqdim edəcək

28-06-2016
Taksi sürücülərinin identifikasiyası üçün "SİMA"nın tətbiqinə başlanılıb

Taksi sürücülərinin identifikasiyası üçün "SİMA"nın tətbiqinə başlanılıb

10-07-2025
“Uber yeni xəbərlərlə istifadəçilərini sevindirəcək”

“Uber yeni xəbərlərlə istifadəçilərini sevindirəcək”

05-11-2015
Uber sürücülərə 1,3 milyard dollar ödəyib

Uber sürücülərə 1,3 milyard dollar ödəyib

06-04-2017
Mastercard və Uber Bakıda birgə aksiya keçirir

Mastercard və Uber Bakıda birgə aksiya keçirir

24-04-2017
“Hər gün 5 milyondan çox Uber səyahəti gerçəkləşir”

“Hər gün 5 milyondan çox Uber səyahəti gerçəkləşir”

19-10-2016
Uber dondurmaların çatdırılması üzrə kampaniyaya başlayır

Uber dondurmaların çatdırılması üzrə kampaniyaya başlayır

13-07-2016
Uber Bakıda yeni xidmət istifadəyə verdi

Uber Bakıda yeni xidmət istifadəyə verdi

09-09-2016
Uber Bakıda istifadəçilərə pulsuz şirniyyat çatdıracaq

Uber Bakıda istifadəçilərə pulsuz şirniyyat çatdıracaq

10-03-2017
Uber sürücüləri nə qədər qazanır?-Araşdırma

Uber sürücüləri nə qədər qazanır?-Araşdırma

05-03-2018
Bakıda Uber-in yeni xidməti fəaliyyətə başladı

Bakıda Uber-in yeni xidməti fəaliyyətə başladı

04-06-2015
  Uber-dən Bakıda daha bir yeni  xidmət

Uber-dən Bakıda daha bir yeni xidmət

22-06-2016
Uber taksi xidmətindən istifadə edirsiniz? -Sorğu

Uber taksi xidmətindən istifadə edirsiniz? -Sorğu

22-09-2017
Azərbaycanlılar Uber-dən ən çox hansı ölkədə istifadə edir?

Azərbaycanlılar Uber-dən ən çox hansı ölkədə istifadə edir?

31-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə