Uçan otel otaqları

21-06-2017 / 14:41

Hyperloop vakuum qatarlar şəbəkəsi hələ yaradılmasa da, onun virtual infrastrukturu artıq hazırdır.

Amerikalı memar və dizayner Brendan Zibreht vakuum otel layihəsini təqdim edib. Belə ki, vakuum otel otağında yaşamaq, səyahət etmək və yük daşımaq mümkün olacaq.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, şəbəkə ABŞ-ın sistemə qoşulmuş müxtəlif şəhərlərində 13 məntəqəni bir-biri ilə əlaqələndirəcək. Hər bir otaq rahat yük konteynerindən ibarət olacaq. Layihə insanlara sözün əsl mənasında otel otağını özü ilə götürüb bir neçə şəhəri ziyarət etməyə imkan verəcək.

Hər bir otel kapsul-vaqonu istehsalçılara 10 milyon, bütün mehmanxana isə 130 milyon dollara başa gələcək. Texnologiyanın reallaşdırılmasına 5-10 il vaxtın sərf olunacağı güman edilir.

Qeyd edək ki, Hyperloop One vakuum qatarı üçün ilk trek İlon Maskın Tesla  şirkəti tərəfindən Las-Veqasda tikilib. Şirkətin mütəxəssisləri qatarların Hyperloop tunellərində maksimal sürətinin 1200 km/saata çatacağını bildiriblər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə