Ötən ay mediada ən çox hansı qurumların adı hallanıb?

02-02-2016 / 14:10

MC&S-in media monitorinq qrupu  01-31 yanvar  dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Xeberler.az-ın məlumatına görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, şirkətin media monitorinq qrupu  10 televiziya, 55  çap  və  335 on-line media daxil olmaqla  400-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, telekommunikasiya, bank, sığorta, otelçilik və turizm, inşaat, ərzaq, tibb, içki, avtomobil, təhsil və sair sahələrin media monitorinqini aparır. 

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı  hallanan qurumları təqdim edirik.  Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (571 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (1911 məlumat), sığorta şirkətləri arasında PAŞA (232 məlumat),  ali məktəblər arasında BDU (864 məlumat),  otel və biznes mərkəzləri  arasında  JW Marriott Absheron (144 məlumat) irəlidədir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə