Ağıllı otel fəaliyyətə başlayıb

15-03-2018 / 13:44

Avropada ilk ağıllı otel Macarıstanın paytaxtı Budapeştdə fəaliyyətə başlayıb. Qeyri-adi dördulduzlu mehmanxanada 40 otaq müştərilərin ixtiyarına verilib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, oteldə rahatlıqla yaşamaq üçün smartfona xüsusi proqram yükləmək lazımdır.

Müştəri proqram vasitəsilə otaq bron edə, personalı çağıra, taksi sifariş edə və kondisionerin rejimlərini tənzimləyə bilər.

Smartfondan, həmçinin otağa daxil olmaq üçün açar kimi istifadə etmək olar. TMRWHotels adlı proqram vasitəsilə istənilən zaman personalla ünsiyyət saxlamaq mümkündür.

Layihə müəllifləri bütün Avropa ərazisində fəaliyyət göstərən otellərin sahiblərinin istifadə edə biləcəkləri İT-layihə hazırlamaq niyyətindədirlər. Lakin bu qeyri-adi ideyanın reallaşdırılması üçün nə qədər vaxtın lazım olacağı məlum deyil.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə