Ötən ay mediada hansı qurumlar aktiv oldu?

01-10-2016 / 12:07

MC&S-in media monitorinq qrupu  1-30 sentyabr 2016-cı il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Xeberler.az-ın məlumatına görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, şirkətin media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  500 on-line media daxil olmaqla  565-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. 

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edilib.

Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Bakcell (628 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (2372 məlumat), sığorta şirkətləri arasında PAŞA Sığorta (152 məlumat),  ali məktəblər arasında BDU (1498 məlumat),  otel və biznes mərkəzləri  arasında  Excelsior Hotel  (100 məlumat) irəlidədir.

Qeyd edək ki, daha dolğun nəticələr Facebook səhifəsində yerləşdirilib:

 

 

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə